çərşənbələr sözü azərbaycan dilində

çərşənbələr

Yazılış

  • çərşənbələr • 82.8571%
  • Çərşənbələr • 17.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çərşənbələr
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.

"çərşənbələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çərşənbələr nədir? #çərşənbələr sözünün mənası #çərşənbələr nə deməkdir? #çərşənbələr sözünün izahı #çərşənbələr sözünün yazılışı #çərşənbələr necə yazılır? #çərşənbələr sözünün düzgün yazılışı #çərşənbələr leksik mənası #çərşənbələr sözünün sinonimi #çərşənbələr sözünün yaxın mənalı sözlər #çərşənbələr sözünün əks mənası #çərşənbələr sözünün etimologiyası #çərşənbələr sözünün orfoqrafiyası #çərşənbələr rusca #çərşənbələr inglisça #çərşənbələr fransızca #çərşənbələr sözünün istifadəsi #sözlük