çərşənbəsi sözü azərbaycan dilində

çərşənbəsi

Yazılış

  • çərşənbəsi • 97.1787%
  • Çərşənbəsi • 2.8213%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Od çərşənbəsi
Od çərşənbəsi — Novruz bayramının ikinci çərşənbəsi. Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Od çәrşәnbәsinin maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı. Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun. Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən. Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib.
Su çərşənbəsi
Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsi. Bu çərşənbəni Yalançı çərşənbə, "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur.
Torpaq çərşənbəsi
Torpaq çərşənbəsi və ya Axır çərşənbə — Novruz bayramının sonuncu, dördüncü çərşənbəsi. Xalq arasında "İlaxır çərşənbə" kimi də adlanır. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “Zında çərşənbə", "Xak çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Yel çərşənbəsi
Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsi. Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır.
Yer çərşənbəsi
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı
Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı — Ağsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir. == Tərəkəmə Çərşənbəsi == Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər. 2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir. Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. == Bütün festivallar == === I festival === I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdir. === II festival === II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdır.

"çərşənbəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çərşənbəsi nədir? #çərşənbəsi sözünün mənası #çərşənbəsi nə deməkdir? #çərşənbəsi sözünün izahı #çərşənbəsi sözünün yazılışı #çərşənbəsi necə yazılır? #çərşənbəsi sözünün düzgün yazılışı #çərşənbəsi leksik mənası #çərşənbəsi sözünün sinonimi #çərşənbəsi sözünün yaxın mənalı sözlər #çərşənbəsi sözünün əks mənası #çərşənbəsi sözünün etimologiyası #çərşənbəsi sözünün orfoqrafiyası #çərşənbəsi rusca #çərşənbəsi inglisça #çərşənbəsi fransızca #çərşənbəsi sözünün istifadəsi #sözlük