* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Çiçək açmaq, gül açmaq, çiçəkləmək. Çiçəklənib bar verir sulananda bağ-bağat; Su ilə boz səhrada canlanıb qalxır həyat. N.Rəfibəyli. Bahar çağı Qubada; Çiçəklənir ağaclar. M.Seyidzadə. 2. məc. İnkişaf etmək, tərəqqi etmək, çiçəkləmək. // məc. Abadlaşmaq, abad olmaq. İnsanın tükənməz əbədiyyəti; Çiçəklənir onun sinirlərində. M.Müşfiq. Zəhmətinlə çiçəklənir; Qara qumlu səhralar. Aşıq Hüseyn. 3. məc. Həyata keçmək, yerinə yetmək. Bir gün olacaq, ürəkdə qalan arzular çiçəklənəcək. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / çiçəklənmək2 1. ÇİÇƏKLƏNMƏK (gül haqqında) [Qəndab:] Ağaclar çiçəklənməyə başladı (B.Bayramov); Bu günədək qış paltarından çıxmaq olmur, ağaclar çiçəklənir, bülbüllər oxumur (N.Nərimanov); AÇILMAQ Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənəfşə, yasəmən, sünbül (Q.Zakir). ÇİÇƏK AÇMAQ Qəndab; Alçamız çiçək açdı (B.Bayramov); GÜL AÇMAQ Bizim həyətdə qaysı, alma və armud ağacları gül açmışdı (M.İbrahimov); GÜLLƏNMƏK Südabənin anası: Yəqin indi oralarda badam güllənir, hə?.. (M.İbrahimov); ŞÜKUFƏLƏNMƏK Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər (Ə.Haqverdiyev). 2. ÇİÇƏKLƏNMƏK Dostusunuz ilk baharın; Çiçəklənən bu diyarın (S.Rüstəm); TƏRƏQQİ ETMƏK [Mirzə Mehdi xan:] Bunun çalışdığı odur ki, qüvvətlənsin, millət ayılsın, Vətən tərəqqi etsin (N.Nərimanov); İNKİŞAF ETMƏK (ELƏMƏK).
Azərbaycan dilinin sinonimlər lüğəti / çiçəklənmək1 ÇİÇƏKLƏNMƏK – SOLMAQ Larisanın gülşəni yenə çiçəkləndi (M.Hüseyn); Baharın yaşıl gözəlliyi tez soldu, tez çəkildi (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / çiçəklənmək1 глаг. 1. расцветать, расцвести; распускаться, распуститься, дать цветки 2. перен. процветать, достигать высокой степени развития. Mədəniyyət çiçəklənir культура процветает 3. перен. сбываться, сбыться. Arzular çiçəklənir мечты сбываются
Azərbaycanca-rusca lüğət / çiçəklənmək1 гл. 1. цуьк авун, цуьк ахъаюн, цуьк акъудун, цуькун; чуькун (нугъ.); 2. пер. цуькун, вилик фин, кисир авун; // абад хьун; 3. пер. кьилиз акъатун (мес. мурадар).
Azərbaycanca-ləzgicə lüğəti / çiçəklənmək