çoxbucaqlı sözü azərbaycan dilində

çoxbucaqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çoxbucaqlı • 75.0000%
  • Çoxbucaqlı • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çoxbucaqlı
Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur. Onun 3 müxtəlif tərifi mövcuddur: Qapalı müstəvi sınıq xətt; Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt; Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi. Çoxbucaqlını əmələ gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır. Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır. Qonşu olmayan təpə nöqtələrini birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır. Çoxbucaqlının üç təpə nöqtəsi varsa — üçbucaqlı, dörd təpə nöqtəsi varsa, — dördbucaqlı, beş təpə nöqtəsi varsa, — beşbucaqlı, ümumiyyətlə, n təpə nöqtəsi varsa, n-bucaqlı adlanır. n-bucaqlının diaqonallarının sayı n×(n-3)/2-yə bərabərdir. Daxili bucaqlarının cəmi 180×(n-2) ə bərabərdir. Xarici bucaqların cəmi 360° -yə bərabərdir. n-bucaqlının 1 təpəsindən çıxan diaqonallarının sayı n-3 -ə bərabərdir.
Qabarıq çoxbucaqlı
Qabarıq çoxbucaqlı — bütün diaqonalları öz daxilində yerləşən çoxbucaqlı. Əgər çoxbucaqlının tərəflərinin uzantısı çoxbucaqlını kəsmirsə, bu qabarıq çoxbucaqlıdır. QABARIQ n-bucaqlının d=n² — 3n/2 sayda diaqonalı var. QABARIQ çoxbucaqlının xarici bucaqlarının cəmi 360°-yə bərabərdir QABARIQ çoxbucaqlının daxili bucaqlarının cəmi 180° • (n–2) dərəcədir. QABARIQ n-bucaqlının bir xarici bucağı: 360/n QABARIQn-bucaqlının daxili bucaqlarının cəmi: 180° • (n–2) QABARIQ n bucaqlının diaqonallarının sayı: n(n–3) / 2 Çoxbucaqlının bir təpəsindən çıxan diaqonalları, bu çoxbucaqlını n-2 sayda üçbucağa ayırır. DÜZGÜN ÇOXBUCAQLI Düzgün çoxbucaqlının daxili bucağı 180*(n-2) bir daxili bucağı isə 180*(n-2)/n düsturu ilə hesablanır. xarici bucaqlarının cəmi 360 dərəcədir.
Çoxbucaqlı (kompüter qrafikası)
Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir. Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar hər növbəti nəsildə daha mürəkkəb olur. Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor). OpenGL Programming Guide (ingilis) (Third edition).
Düzgün çoxbucaqlılar
Düzgün çoxbucaqlılar Xarici bucaqların ölçüləri eynidir. Daxili bucaqların ölçüləri eynidir. Tərəflərin uzunluqları eynidir.

çoxbucaqlı sözünün leksik mənası və izahı

çoxbucaqlı sözünün rus dilinə tərcüməsi

  • 1 1. многоугольник; 2. многоугольный;

    Azərbaycanca-rusca lüğət / çoxbucaqlı
  • 2 I прил. многоугольный (имеющий более четырёх углов). мат. Çoxbucaqlı piramida многоугольная пирамида, çoxbucaqlı oturacaq многоугольное основание II сущ. многоугольник (геометрическая фигура, ограниченная ломаной линией, звенья которой образуют более четырёх углов). Qabarıq çoxbucaqlı выпуклый многоугольник, düzgün olmayan çoxbucaqlı неправильный многоугольник

    Azərbaycanca-rusca lüğət / çoxbucaqlı

çoxbucaqlı sözünün inglis dilinə tərcüməsi

çoxbucaqlı sözünün fransız dilinə tərcüməsi

çoxbucaqlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. гзаф пипӀерин, гзаф пипӀер авай; // сущ. гзаф пипӀеринди, пипӀерин кьадар кьудалай артух тир геометриядин фигура.

    Azərbaycanca-ləzgicə lüğəti / çoxbucaqlı

"çoxbucaqlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çoxbucaqlı nədir? #çoxbucaqlı sözünün mənası #çoxbucaqlı nə deməkdir? #çoxbucaqlı sözünün izahı #çoxbucaqlı sözünün yazılışı #çoxbucaqlı necə yazılır? #çoxbucaqlı sözünün düzgün yazılışı #çoxbucaqlı leksik mənası #çoxbucaqlı sözünün sinonimi #çoxbucaqlı sözünün yaxın mənalı sözlər #çoxbucaqlı sözünün əks mənası #çoxbucaqlı sözünün etimologiyası #çoxbucaqlı sözünün orfoqrafiyası #çoxbucaqlı rusca #çoxbucaqlı inglisça #çoxbucaqlı fransızca #çoxbucaqlı sözünün istifadəsi #sözlük