* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Ağ ciyər. 2. dan. Hirs, qəzəb, hiddət. ◊ Öfkən (öfkəsi) yansın! – qarğış məqamında işlədilir. Səni görüm, öfkən yansın. – [Telli:] Məni qınayan, öfkən yansın! Ə.Məmmədxanlı. Öfkəyə dönmək – rəngi qaçmaq, ağarmaq. Katibin qanı qaçmış, öfkəyə dönmüş dodaqları gülümsünmək üçün aralandı. S.Rəhimov. Bəhramın dili-dodağı təpmiş, üzünün qanı qaçmış, öfkəyə dönmüşdü. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / öfkə1 Bağır-öfkə sözü “içalat” anlamını əks etdirir. Öfkə həm “ağ ciyər”, həm də “hirs” mənalarında işlədilir. Tatar dilində öpkə sözü “qəzəb” mənasını verir. Türkoloqlardan Bamberi yazır ki, öfkə və öd kökdaş sözlərdir. Öd həm də həyəcan mənbəyidir (ödünü uddu, ödü parçalandı deyirik). Belə halda –kə şəkilçisinin öd sözünə necə artırılması və sözə verdiyi yeni məna açılmamış qalır. Güman ki, söz övkələ kəlməsi ilə qohumdur, darılmaq (darıldı bağrım...), sıxılmaq (qəzəb!?) anlamları ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / öfkə1 1. ÖFKƏ [Ülkər:] Dipdinməz oturduğumuz yerdə ciyəri yanmış, öfkəsi parçalanmış, gör başımıza nə oyun açdı (R.Rza); AĞ CİYƏR Hacı bir gecə gözünə ağciyər bağlayıb yatdı (Ə.Haqverdiyev). 2. öfkə bax hiddət
Azərbaycan dilinin sinonimlər lüğəti / öfkə1 сущ. 1. тухул, лацу жигер; 2. рах. хъел; ** öfkəyə dönmək рангар атӀун, лацу хьун.
Azərbaycanca-ləzgicə lüğəti / öfkə