Hanı mənim övladlarım? (film, 1967)
== Məzmun ==
Tammetrajlı film şah diktaturası dövründə Təbrizdə Cənubi Azərbaycan Demokrat Partiyasının rəhbərlik etdiyi xalq hakimiyyəti süqut etdikdən sonra öz ev-eşiklərini tərk edib keçmiş Sovet İttifaqında, o cümlədən Şimali Azərbaycanda məskunlaşmağa məcbur olmuş Güney Azərbaycan mühacirlərinin-demokratların sonrakı taleyindən bəhs edir.
== Film haqqında ==
Filmdə tarixi sənədlər və arxiv materiallarından istifadə eilmişdir
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Niyazi Bədəlov
Ssenari müəllifi: Qulamrza Cəmşidi, Sabir Əmirov, Məmmədrza Afiət, Niyazi Bədəlov
Operator: Əlibala Ələkbərov, Vladimir Zbudski, Mehman Dadaşov, Vladimir Konyagin
Rəssam: Cəbrayıl Əzimov
Məsləhətçi: Məmmədrza Afiət
Səs operatoru: Şamil Kərimov
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.