üçbucağı sözü azərbaycan dilində

üçbucağı

Yazılış

  • üçbucağı • 94.1799%
  • Üçbucağı • 4.7619%
  • ÜÇBUCAĞI • 1.0582%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bermud üçbucağı
Bermud üçbucağı və ya Şeytan üçbucağı — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi, qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. == Bermud üçbucağı == 1964-cü ildə Vinsent Qaddis adında Amerikalı yazıçı Arqosy jurnalında tarixdə ilk dəfə olaraq "Bermud üçbucağı" ifadəsini işlətmiş və onun faktiki sahəsinin Mayami, San Xuan, Puerto-Riko və Bermud adalarının birləşməsi kimi geometrik olaraq göstərmişdir. Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almırlar. Onların fikrincə isə, Bermud üçbucağının ümumi sahəsi 1.3 milyon km2-dən 3.9 milyon km2 arasında dəyişir.
Həlaib Üçbucağı
Həlaib Üçbucağı (ərəb. مُثَلَّث حَلَايِب‎) — Misir və Sudan sərhədində 20,580 km² mübahisəli ərazi. XX əsrin demək olar ki, bütün ikinci yarısı Sudan tərəfindən idarə olunub. Hazırda Misirin nəzarəti altındadır. Coğrafi baxımdan mübahisəli ərazi Nubiyanın bir hissəsidir. Misir milli parkı Gebel-Elba "üçbucağın" ərazisində yerləşir. Burada neft ehtiyatları aşkar edilmişdir. Onun kimə məxsus olması BMT qətnamələri ilə müəyyən edilməyib. Təşkilatın hər bir üzv dövləti öz mülahizəsinə əsasən 1899 və ya 1902-ci il sərhədlərinin tanınmasından asılı olaraq mübahisəli ərazinin Misirə və ya Sudana aid olduğunu bildirir. Azərbaycan “Həlaib üçbucağı”nı Misirin bir hissəsi hesab edir.
Sünni üçbucağı
"Sünni üçbucağı" — İraqda şərti ərazi. Bağdadın şimalında və qərbində yerləşir. İraq müharibəsi zamanı şöhrət qazanmışdır. Bu ad 2003-cü ildə beynəlxalq koalisiya qüvvələrinin ölkəni işğal etməsindən əvvəl ortaya çıxmışdır. Ölkənin ərəb sünni əhalisinin üstünlük təşkil etdiyi ərazini bildirir. Onun şimalında əhalinin əhəmiyyətli bir hissəsini kürdlər, cənubunda isə şiə ərəblər təşkil edir. "Sünni üçbucağının" təxmini hüdudları Bağdad, Tikrit və Ramadi şəhərləridir.
Sevgi üçbucağı
Sevgi üçbucağı — üç nəfər arasındakı romantik münasibət növüdür. Bu termin həm iki insanın bir-birindən asılı olmayaraq üçüncü şəxsə emosional bağlılıq hiss etdiyi, birincinin ikinciyə (ona biganə olan), ikincinin isə ilk ikisinə laqeyd, üçüncüyə cəlb edildiyi hallara şamil edilir. Bir qayda olaraq, monoqam cəmiyyətdə sevgi üçbucağı münaqişə anlayışı ilə sinonimdir, çünki belə bir vəziyyət ən azı içindəkilərdən biri üçün qəbuledilməzdir. Həmçinin, qarşılıqsız sevgi və qısqanclıq anlayışları çox vaxt sevgi üçbucaqları ilə əlaqələndirilir. Sabit üçbucaqlar, əgər bütün "iştirakçıların" çoxşaxəli inancları varsa, mümkündür. P.Abelson və R.Şenkin 1994-cü ildə nəşr olunan "İnanclar, Düşüncələr və Qərar Qəbuletmə" (ing. Beliefs, Reasoning, and Decision Making) kitabında yazır: “Romantik sevgi üçbucağı formal olaraq dostluq triadası ilə eyni olsa da, onun əsl mənası tamamilə fərqlidir... Romantik məhəbbət adətən müstəsna münasibət kimi qəbul edilir, dostluq isə belə deyil.” Statistika göstərir ki, Qərb cəmiyyətində “böyüklərin əksəriyyəti istəsələr də, istəməsələr də, sevgi üçbucağına qarışıblar”.
Kədər üçbucağı
Kədər üçbucağı (ing. Triangle of Sadness) — Ruben Estlundun 2022-ci ildə ekranlara çıxan filmi. == Süjet == Model cütlük Karl və Yaya lüks yaxtaya dəvət edilirlər. Yaxta batan zaman onlar bir qrup milyarder ilə birlikdə kimsəsiz bir adada çıxılmaz vəziyyətdə qalırlar.
Lublin üçbucağı
Lublin üçbucağı (lit. Liublino trikampis, pol. Trójkąt Lubelski, ukr. Люблінський трикутник) — 2020-ci ilin iyul ayında Lublin şəhərində Ukrayna, Polşa və Litva tərəfindən təsis edilmiş üçtərəfli regional platforma (format). Onun yaradılmasının hərbi, siyasi, iqtisadi və sosial əməkdaşlığın dərinləşdirilməsi məqsədlərinə xidmət etdiyini bildirilmişdir. Bu ölkələr, həm də Ukraynanın Avropa İttifaqı və NATO- ya inteqrasiyasına dəstək verir. == Tarixi == Litva, Polşa və Ukrayna xarici işlər nazirləri tərəfindən platformanın yaradılması ilə bağlı birgə bəyannamə 28 iyul 2020-ci ildə Lublin şəhərində (Polşa) imzalanıb. Nazirlər Rusiyanın Krımı və Sevastopolu ilhaq etməsini pisləyib və Rusiyanı Donetsk və Luqansk vilayətlərinin bir hissəsindən qoşunlarını çıxarmağa çağırıb, NATO-nun Ukraynaya Gücləndirilmiş İmkanlar üzrə Tərəfdaş statusunun verilməsini (12 iyun 2020-ci il) alqışlayıblar və Ukraynanı NATO-ya üzvlük planı ilə təmin etdiyini qeyd ediblər.
Cənub Üçbucağı (bürc)
Cənub Üçbucağı (lat. Crux) - göyün cənub yarımkürəsində bürc.
Tusi-Paskal üçbucağı
Tusi-Paskal üçbucağı — binomial əmsalların üçbucaq formasında düzülüşü. Paskal üçbucağı kimi qeyd edilməsinə baxmayaraq, tarix göstərir ki, ilk dəfə bu üçbucağı dahi azərbaycanlı alim Nəsirəddin Tusi qurmuşdur. Təkrarsız kombinazonlar üçün isbat etdiyimiz C m n = C m − 1 n − 1 + C m − 1 n {\displaystyle {C_{m}^{n}}={C_{m-1}^{n-1}}+{C_{m-1}^{n}}} bərabərliyi C m − 1 s {\displaystyle {C_{m-1}^{s}}} binomial əmsalları məlum olduqda C m n {\displaystyle {C_{m}^{n}}} -i tapmağa imkan verir. Bunu göstərmək üçün C m n {\displaystyle {C_{m}^{n}}} -in ardıcıl olaraq cədvəl şəklində yazılışdır. Bu cədvəldə C m 0 = 1 {\displaystyle {C_{m}^{0}}=1} C m m = 1 {\displaystyle {C_{m}^{m}}=1} olduğundan hər sətirdə birinci və sonuncu qiymətlər mövcuddur. Arada qalan hər bir element isə ondan yuxarıdakı sətirdə solda və sağda duran elementlərin sayına bərabərdir.

"üçbucağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üçbucağı nədir? #üçbucağı sözünün mənası #üçbucağı nə deməkdir? #üçbucağı sözünün izahı #üçbucağı sözünün yazılışı #üçbucağı necə yazılır? #üçbucağı sözünün düzgün yazılışı #üçbucağı leksik mənası #üçbucağı sözünün sinonimi #üçbucağı sözünün yaxın mənalı sözlər #üçbucağı sözünün əks mənası #üçbucağı sözünün etimologiyası #üçbucağı sözünün orfoqrafiyası #üçbucağı rusca #üçbucağı inglisça #üçbucağı fransızca #üçbucağı sözünün istifadəsi #sözlük