* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Cəsarətlənmək, cəsarəti artmaq, cəsarət etmək, cəsarəti özünə qayıtmaq. Dilənçinin açıq üzündən və mehriban danışığından Nurəddin ürəklənib ağacdan düşdü. S.S.Axundov. Aydın bu sözlərdən bir az di ürəklənib sevinə-sevinə dedi… M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ürəklənmək1 həvəslənmək — ruhlanmaq — cəsarətlənmək — cürətlənmək
Azərbaycan dilinin sinonimlər lüğəti / ürəklənmək2 ÜRƏKLƏNMƏK Sonra yavaş-yavaş ürəklənib yenə əvvəlki Mirzoppa kimi böyük-böyük danışmağa başladı.. (Elçin); CÜRƏTLƏNMƏK Hamı uşağa tərəf döndü, uşaq cürətlənib hərəkətə gəldi (Mir Cəlal); RUHLANMAQ Cahangir qoca atasının bu sözlərindən daha da ruhlandı (M.Hüseyn); CƏSARƏTLƏNMƏK (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / ürəklənmək1 ÜRƏKLƏNMƏK – QƏHƏRLƏNMƏK Sərvinazın sözü Poladı həm ürəkləndirdi, həm də qəhərləndirdi (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / ürəklənmək2 глаг. 1. подбадриваться, подбодряться, подбодриться; ободряться, ободриться (почувствовать себя увереннее) 2. вдохновляться, вдохновиться, воодушевляться, воодушевиться
Azərbaycanca-rusca lüğət / ürəklənmək1 f. to take* heart, to hearten up, to dare; to become* encouraged / heartened
Azərbaycanca-ingiliscə lüğət / ürəklənmək