şəhərində sözü azərbaycan dilində

şəhərində

Yazılış

  • şəhərində • 99.9793%
  • Şəhərində • 0.0161%
  • ŞƏHƏRİNDƏ • 0.0046%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bir cənub şəhərində
Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər. == Məzmun == Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. == Çəkilişlərdən öncə == Rasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi.
Haaqa şəhərində Xocalı abidəsi
Haaqa şəhərində Xocalı abidəsi — 24 fevral, 2008-ci ildə, Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq ucaldılan abidə. Azərbaycandan kənarda ucaldılan ilk belə abidənin açılışında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak edib. "Kamperfoeliestraat" parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq. 2020-ci ildə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınaraq, abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.
Naxçıvan şəhərində Koroğlu abidəsi
Naxçıvan şəhərində Koroğlu abidəsi - Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin cənub girişində xalq qəhrəmanının şərəfinə qoyulmuş abidə. Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltaraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.
Bir cənub şəhərində (film, 1969)
Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər. == Məzmun == Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. == Çəkilişlərdən öncə == Rasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi.
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması — 8 may 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) minlərlə buddistin Hyue şəhərində din azadlığı tələbi ilə nümayiş keçirdiyi hadisələr. Nümayiş Vesak bayramına təsadüf etmişdir. Burada dindarlar Roma Katolik kilsəsi tərəfindən buddistlərə qarşı diskriminasiyaya, buddist bayraqlarının asılmasına, dini ayin və mərasimlərin yerinə yetirilməsinə qadağalara etiraz etmişdilər. Nümayişlər zamanı camaata atəş açılmış və bir neçə qumbara atılmışdır. Nəticədə 9 dinc sakin həlak olmuşdur. Nqo Din Zyem hökuməti hadisəyə görə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdir. Onlar hadisəni Vyetkonqun üzərinə atmış və bu, əksər buddistlər arasında artan narazılığa səbəb olmuşdur. Sonradan yaranan gərginlik Vyetnam Respublikasında buddist böhranı adlanan hadisələr və genişmiqyaslı itaətsizlik aksiyaları ilə nəticələnmişdir. 1 noyabr 1963-cü ildə hərbi çevriliş baş vermiş, nəticədə prezident Nqo Din Zyem öldürülmüşdür. Buttinger, Joseph.
Bakı şəhərində Xəzər dənizi üzərindən avtomobil körpüsü
Xəzər körpüsü - Bakı şəhərində Bibiheybət tərəfindən Xəzər dənizi üzərindən Zığ burnuna qədər layihələndirilən avtomobil körpüsü. == Layihə == Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədovun açıqlamasına görə, layihənin texniki iqtisadi əsaslandırılması başa çatıb. Bu layihə Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib və hazırda müvafiq dövlət orqanları tərəfindən baxılır. Hesablamalara görə, uzunluğu 17 km olacaq bu körpünün tikintisi təqribən 2 milyard dollara başa gələcək. Bu təkcə nəqliyyat deyil, həm də turizm layihəsi olacaq və burada şəhərin abadlaşdırılması elementləri də əksini tapacaq. İlkin plana görə, layihənin həyata keçirilməsi qərara alınarsa, bunun üçün beynəlxalq konsorsium yaradılacaq, həmin konsorsium körpünün detallı layihəsi hazırlayıb təsdiq olunandan sonra onun tikintisini həyata keçirəcək. Tikinti başa çatandan sonra konsorsium onun idarəetməsi ilə məşğul olacaq. Həmin şirkət idarəetmə dövrü ərzində bura yatırdığı vəsaiti götürəndən sonra körpünün idarəetməsi Azərbaycan tərəfinə veriləcək. Tikiləcəyi təqdirdə bu körpüdən istifadə pullu olacaq, amma burada gediş haqqının məbləğinin nə qədər olacağını indidən demək mümkün deyil. Amma elə səviyyədə olacaq ki, bundan hamı istifadə edə bilsin.Bu körpünün tikintisi nəqliyyatın hərəkətini dəfələrlə asanlaşdıracaq, həm şəhərdəki tıxac probleminin həllinə, həm də ekoloji vəziyyətə müsbət təsir edəcək.
Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi

Dəməşq şəhərində yerləşən İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Bakı şəhərindəki Nizami Gəncəvinin heykəli
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1949-cu ildə Bakı şəhərində qoyulmuş abidə. == Müəllifləri == Heykəl Bakı şəhərində, Nizami meydanında , İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulmuşdur. Heykəlin açılışı 1949-cu ilin aprelində olmuşdur. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur. == Texniki xarakteristikası == Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi. Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdir. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdür. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.
Bakı şəhərindəki abidələrin siyahısı
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir.
Bakı şəhərindəki heykəllərin siyahısı
Bu siyahı Bakıdakı heykəllər barədə məlumatları əhatə edir. Siyahıya Azərbaycanın paytaxtı Bakının küçələrində və ya meydanlarında, parklarında və ya xiyabanlarında yerləşən müstəqil heykəltaraşlıq əsərləri daxildir, bura həmçinin dağılmış heykəllər (kursiv xətlə yazılıb) də əlavə olunub. Siyahıya plastikdən hazırlanan və digər obyektlərin elementləri kimi düzəldilən əsərlər daxil edilməyib məsələn, fəvvarələri bəzəyən yada binalarda quraşdırılmış fiqurlar və ya kompozisiyalar. Siyahıya dekorativ park heykəlləri (sənət əsəri əhəmiyyətli olmayan heykəllər) və Bakı şəhər qəbiristanlıqlarında yerləşən qəbirüstü abidələr əlavə olunmayıb. Siyahıda həmçinin heykəltaraşlıq əsərləri sayılmayan müxtəlif xatirə tikililəri və ya abidələr yoxdur məsələn, xatirə daşları və ya işarələr, memarlıq abidələri, eləcə də postamentdə quraşdırılan müxtəlif texnika.
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.

"şəhərində" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəhərində nədir? #şəhərində sözünün mənası #şəhərində nə deməkdir? #şəhərində sözünün izahı #şəhərində sözünün yazılışı #şəhərində necə yazılır? #şəhərində sözünün düzgün yazılışı #şəhərində leksik mənası #şəhərində sözünün sinonimi #şəhərində sözünün yaxın mənalı sözlər #şəhərində sözünün əks mənası #şəhərində sözünün etimologiyası #şəhərində sözünün orfoqrafiyası #şəhərində rusca #şəhərində inglisça #şəhərində fransızca #şəhərində sözünün istifadəsi #sözlük