Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi
Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi — Məhəmmədhüseyn Şəhriyarın ömrünün son 19 ilini keçirdiyi ev. Burada böyük şairdən yadigar qalan əşyalar, hətta vaxtı ilə geyindiyi ayaqqabı, istifadə etdiyi əl çantası və digər əşyalar saxlanılır.
Ustad Şəhriyarın evi Təbrizdə Maksudiyyə Şəhr bölgəsində yerləşir. Şair ömrünün son 19 ilini bu evdə keçirib. Evi 1988-ci ildə şairin ölümündən sonra Təbriz bələdiyyəsi alıb və muzeyə çevirib. Muzeydə 500-dən artıq eksponat mövcuddur. Burada onun əlyazmaları, ondan yadigar qalan əşyalar, hətta vaxtı ilə geyindiyi ayaqqabı, istifadə etdiyi əl çantası və digər əşyaları saxlanılır. Şəhriyarın ev muzeyində Bakıdan gətirilən tara da rast gəlmək mümkündür.