şikayət sözü azərbaycan dilində

şikayət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şikayət • 94.3745%
  • Şikayət • 5.5922%
  • ŞİKAYƏT • 0.0333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şikayət
== Şikayətin verilməsi qaydası == Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Şikayət (dəqiqləşdirmə)
Şikayət — üçüncü şəxsin hərəkətlərindən kiməsə narazılıq ifadə edilməsi. Şikayət (hüquq) — dövlət orqanının səlahiyyətli şəxsinə kiminsə pozulmuş qanuni hüquqlarının bərpa edilməsi haqqında yazılı müraciəti.
Şikayət (hüquq)
== Şikayətin verilməsi qaydası == Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Şikayətçi (film, 1986)
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.
Xaxeperrasenebin şikayətləri
"Xaxeperrasenebin şikayətləri" və ya "Xaxeperrasenebin ağlamaları" — Birinci aralıq dövrün sonu və ya Orta padşahlığın əvvəlinə aid qədim Misir mətni. Bu mətn yazı lövhəsində verilmişdir və buna görə də onun məktəb üçün mətn olduğu qəbul edilmişdir. Hal-hazırda Britaniya Muzeyində saxlanılır. Əsərin yazıldığı tarix fakt kimi müəyyən edilmir, lakin o dövrə yaxın olduğu düşünülür və Xaxeperraseneb yazısı əzab hekayəsindən bəhs edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Assmann, Jan. "Cultural Memory and the Myth of the Axial Age." In The Axial Age and Its Consequences, edited by Bellah Robert N. and Joas Hans, 366-408. Cambridge, Massachusetts; London, England: Harvard University Press, 2012. JSTOR j.ctt2jbs61.18 Bell, Barbara. "Climate and the History of Egypt: The Middle Kingdom." American Journal of Archaeology 79, no. 3 (1975): 223-69.

şikayət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley. İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Ata-anasını görcək qız həyatından şikayətə başlardı. H.Sarabski. Bu nə şikayətdir, bu nə nalədir? B.Vahabzadə. □ Şikayət etmək (eləmək) – narazılığını, məmnunsuzluğunu bildirmək, gileylənmək, ah-zar etmək. Xəstəliyindən şikayət etmək. – Şikayət eyləmə, biganədən səfa gəlməz; Nə gəlsə başına, ey xəstə, aşinadəndir. S.Ə.Şirvani. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn. 2. Birinin haqsızlığı və düzgün olmayan hərəkəti barəsində rəsmi şəkildə verilən məlumat, ərizə. [Qasıməli:] Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. C.Məmmədquluzadə. □ Şikayət etmək – 1) birinin özü barəsində edilən haqsızlıq haqqında rəsmi məlumat vermək. Kimin İskəndər bəyin əlindən hökumətə şikayət etməyə cürəti vardı? Ə.Haqverdiyev; 2) şikayətlənmək. Birindən şikayət edəsən əgər; Danışmağa qoymaz, sözünü kəsər. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / şikayət
  • 2 öz halından ah-zar etmə, şikayətlənmə.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / şikayət
  • 4 Dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət

    Terminlər lüğəti / şikayət
  • 5 1) dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət; 2) vətəndaşın hüququnun, yaxud qanunla qorunan mənafeyinin pozulması və ya kollektivin hüquqlarının pozulması barədə dövlət orqanlarına müraciəti. Şikayət qanunvericiliyin pozulması halları-nın qarşısını almaq vasitələrindən biridir. Qanunla nəzərdə tutulan hallarda şikayət məhkəməyə də verilə bilər. Qanunla şikayətə 1 ay müddətində baxılmalıdır. Şikayətlərə baxılması qaydasını pozma-ğa görə vəzifəli şəxslərin intizam məsuliyyəti müəyyən edilmişdir.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / şikayət

şikayət sözünün sinonimləri (yaxın mənalı sözlər)

şikayət sözünün rus dilinə tərcüməsi

  • 1 жалоба, апелляция

    Azərbaycanca-rusca lüğət / şikayət
  • 2 сущ. 1. жалоба: 1) выражение неудовольствия, печали, сетования по поводу неприятностей, боли и т.д.; сетование. Saysız-hesabsız şikayətlər бесчисленные жалобы, qonşulardan şikayət жалобы на соседей, baş ağrısından şikayət жалобы на головные боли, kasıbçılıqdan şikayət жалобы на бедность, səhhətindən şikayət жалобы на здоровье, ədalətsizlikdən şikayət жалобы на несправедливость, şikayətləri dinləmək выслушать жалобы, şikayətləri ilə təngə gətirmək (bezikdirmək) kimi надоесть жалобами кому 2) официальное заявление о незаконном или неправильном действии какого-л. лица, учреждения, организации; апелляция. Rəsmi şikayət официальная жалоба, əsassız şikayət необоснованная жалоба, ədalətli şikayət справедливая жалоба, şikayət yazmaq написать жалобу, şikayətə baxmaq рассмотреть жалобу, şikayət gəlib (daxil olub) kimdən, haradan поступила жалоба от кого, откуда; юрид. apelyasiya şikayəti апелляционная жалоба, kasasiya şikayəti кассационная жалоба, nəzarət qaydası ilə şikayət жалоба в порядке надзора, təkrarən şikayət повторная жалоба, şikayət və ərizə bürosu бюро жалоб и заявлений, şikayət vermək обжаловать что 2. ропот (недовольство, протест, выражаемые негромко, не вполне открыто) II прил. жалобный. Şikayət dəftəri жалобная книга; şikayət ərizəsi жалоба (официальная, письменная); şikayət etmək kimdən, nədən kimə жаловаться, пожаловаться: 1. к ому на что высказывать жалобы, неудовольствие, сетования по поводу неприятностей; сетовать. Bəxtindən şikayət etmək жаловаться на судьбу, səhhətindən şikayət etmək жаловаться на свое здоровье 2. к ому, куда на кого подавать, приносить официальное заявление о незаконном или неправильном действии какого-л. лица, учреждения, организации. Yuxarı təşkilatlara şikayət etmək жаловаться в вышестоящие организации; şikayət vermək юрид. обжаловать что

    Azərbaycanca-rusca lüğət / şikayət

şikayət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. complaint; ~ etmək to complain, to make* a complaint (to, about), to lodge a complaint (with, about); Şikayətim yoxdur I have no complaint to make II. s. complaint; ◊ ~ kitabçası book of complaints; ◊ ~ bürosu complaints office

    Azərbaycanca-ingiliscə lüğət / şikayət

şikayət sözünün fransız dilinə tərcüməsi

şikayət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. шикаят; арза; // шикаятдин; шикаятрин (мес. дафтар); 2. арза-ферзе, шел-хвал, гьалдикай наразивал; şikayət etmək (eləmək) а) шикаят авун, шикаятун; б) шел-хвал авун, гьалдикай наразивал авун, кая-кьея авун.

    Azərbaycanca-ləzgicə lüğəti / şikayət

şikayət sözünün türk dilinə tərcüməsi

"şikayət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şikayət nədir? #şikayət sözünün mənası #şikayət nə deməkdir? #şikayət sözünün izahı #şikayət sözünün yazılışı #şikayət necə yazılır? #şikayət sözünün düzgün yazılışı #şikayət leksik mənası #şikayət sözünün sinonimi #şikayət sözünün yaxın mənalı sözlər #şikayət sözünün əks mənası #şikayət sözünün etimologiyası #şikayət sözünün orfoqrafiyası #şikayət rusca #şikayət inglisça #şikayət fransızca #şikayət sözünün istifadəsi #sözlük