şrapnel sözü azərbaycan dilində

şrapnel

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şrapnel • 83.3333%
  • Şrapnel • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şrapnel
Şrapnel — hazır vurucu ünsürləri — sferik güllə, çubuq, ikili pelerin (bir-biri ilə qısa trosla bağlanmış, içi qurquşunla doldurulmuş borucuqlar), oxları və s. olan artilleriya mərmisi. 1803-cü ildə bu karteç tipli mərmini təklif edən ingilis zabiti H.Şrapnelin adı ilə bağlıdır. Şrapnel vintlənmiş başı olan, icində, korpusu dolduran vurucu ünsürlərdən diafraqma ilə ayrılan, tüstülü barıtdan olan itələyici ücrəti olan, polad korpusdan ibarətdir. Vurucu ünsürlərin arası aşağıdan tüstüyaradan tərkiblə (Şrapnelin partlayışının müşahidəsini asanlaşdıran tüstü buludunu yaratmaq üçün), üstdən isə kanifol yaxud kükürdlə(ünsürlərin korpusun içində yerdəyişməsinin qarşısını almaq üçün)doldurulur. Korpusun içilə itələyici PM doldurmasına qədər, içində barıt olan mərkəzi borucuq gedir. Distansion partladan şrapnelin havada, hədəfin üzərində, topdan bir qədər məsafədə partlamasını təmin edir. Şrapnel açıq yerləşən canlı qüvvəyə qarşı olduqca effektiv idi, lakin XX əsrin 40-cı illərində, yerini qəlpəli və qəlpəli-fuqas mərmilərə verərək, öz əhəmiyətini itirdi. 1960-cı illərin sonunda, canlı qüvvənin məhvi üçün oxformalı vurucu ünsürlərlə təchiz olunmuş artilleriya mərmiləri ortaya çıxdı. Məsələn amerikan ordusunda 105-mm mərminin, (uzunluğu 25 mm kütləsi 0,5q) 8000 oxformalı polad çubuqları var.

şrapnel sözünün leksik mənası və izahı

  • 1 [ing.] Düşmənin canlı qüvvəsini məhv etmək üçün içi yumru güllələrlə doldurulmuş top gülləsi. Şrapnellər cavab verdi; “Bala” deyən anaların səsinə. R.Rza. [Əsgər] … elə o dəqiqə gözləmədiyi bir amansız şrapnel və sağdan isə pulemyot və silah atəşi altına düşmüşdü. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / şrapnel

şrapnel sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. шрапнель (разрывной артиллерийский снаряд, начиненный круглыми пулями) II прил. шрапнельный: 1. относящийся к шрапнели. Şrapnel gülləsi шрапнельная пуля, şrapnel mərmisi шрапнельный снаряд 2. производимый шрапнелью. Şrapnel atəşı шрапнельный огонь

    Azərbaycanca-rusca lüğət / şrapnel

şrapnel sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ing.] шрапнель (душмандин ччан алай къуватар телеф авун патал къен куьлуь, керкил гуьллейрив ацӀурнавай тупунин гуьлле).

    Azərbaycanca-ləzgicə lüğəti / şrapnel

"şrapnel" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şrapnel nədir? #şrapnel sözünün mənası #şrapnel nə deməkdir? #şrapnel sözünün izahı #şrapnel sözünün yazılışı #şrapnel necə yazılır? #şrapnel sözünün düzgün yazılışı #şrapnel leksik mənası #şrapnel sözünün sinonimi #şrapnel sözünün yaxın mənalı sözlər #şrapnel sözünün əks mənası #şrapnel sözünün etimologiyası #şrapnel sözünün orfoqrafiyası #şrapnel rusca #şrapnel inglisça #şrapnel fransızca #şrapnel sözünün istifadəsi #sözlük