Əbədi odlar ölkəsi (film, 1945)
== Məzmun ==
Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir.
Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır.
İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır.
== Film haqqında ==
Film saxlanılmayıb.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Hüseyn Seyidzadə
Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman
Baş operator: Seyfulla Bədəlov
Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: İlya Ozerski
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.