Əbdülağalı
Abdalağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.
Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağalu
formasında qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim türkmənşəli abdal etnonimi əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur.
Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır.
XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.