Əhmədağalı bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr.
== Mövcud bələdiyyələr barədə məlumatlar ==
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir.
Mövcud bələdiyyələrin siyahısı belədir:
== İşaldan azad olunmuş və bələdiyyəsi olmayan inzibati ərazi vahidləri ==
== Ağdam bələdiyyələrin inkişaf tarixi ==
Ağdam rayonunun digər yaşayış məntəqələri işğaldan yeni azad olunduğuna görə, onlara bələdiyyələrə aid edilməyib.
07.12.1999-cu il tarxili 771-IQ nömrəli Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində cəmi 8 bələdiyyə nəzərdə tutulub: Quzanlı Bələdiyyəsi, Xındırıstan Bələdiyyəsi, Üçoğlan Bələdiyyəsi, Qərvənd Bələdiyyəsi, Çəmənli Bələdiyyəsi, Zənkişalı Bələdiyyəsi, Qaradağlı Bələdiyyəsi, Əfətli Bələdiyyəsi.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası yaradılıb, Ağdam bələdiyyələri həmin şuranın üzvülüyünə qəbul edilib və Quzanlı bələdiyyəsinin sədri eyni zamanda həmin Əlaqələndirmə Şurasının sədri seçilib.
29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla vətəndaşların müraciəti nəzərə alınaraq, Mərzili kəndində Mərzili bələdiyyəsi yaradılıb, baxmayaraq ki, rəsmən kən ərazisi kimi tanınan və faktiki olaraq tarixi kənd işğal altında olub, kənd əhalisi isə ərzidə rəsmiləşdirilməmiş evlər tikərək, yaşayıblar.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Ağdam bələdiyyələri Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Azərnaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvlüyünə qəbul ediliblər.
09.10.2007-ci il tarixli 426-IIIQD nömrəli Qanunla “Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı”nda "Ağdam rayonu” bölməsinin 9-cu sırasında “Quzanlı, Çullu, Eyvazlı” sözləri “Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu” sözləri ilə əvəz" edilib.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində:
1) 1-ci sırada "Alıbəyli bələdiyyəsi" sözlərinin qarşısındakı "və Kiçikli kəndləri" sözləri ", Kiçikli kəndləri və Birinci Alıbəyli, İkinci Alıbəyli qəsəbələri" sözləri ilə;
2) 4-cü sırada "Əhmədağalı bələdiyyəsi" sözlərinin qarşısındakı "və Mirəşelli kəndləri" sözləri ", Mirəşelli kəndləri və Bənövşələr qəsəbəsi" sözləri ilə;
3) 6-cı sırada "Xındırıstan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Sarıçoban kəndləri" sözləri ", Sarıçoban kəndləri və Qasımbəyli qəsəbəsi" sözləri ilə;
4) 9-cu sırada "Quzanlı bələdiyyəsi" sözlərinin qarşısındakı "Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu və İmamqulubəyli kəndləri" sözləri "Quzanlı, Birinci Quzanlı, İmamqulubəyli qəsəbələri və Çullu, Eyvazlı, İmamqulubəyli kəndləri" sözləri ilə;
5) 12-ci sırada "Təzəkənd bələdiyyəsi" sözlərinin qarşısındakı "Təzəkənd kəndi" sözləri "Təzəkənd kəndi və Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələri" sözləri ilə;
6) 13-cü sırada "Üçoğlan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Yusifli kəndləri" sözləri ", Yusifli kəndləri və Birinci Baharlı, İkinci Baharlı, Səfərli qəsəbələri" sözləri ilə əvəz" edilib.