Firəngiz Əhmədova
Firəngiz Yusif qızı Əhmədova (23 sentyabr 1928, Bakı – 16 dekabr 2011, Bakı) — Azərbaycanın görkəmli opera müğənnisi, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti (1967). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
== Həyatı ==
Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başladı. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər. Firəngiz Əhmədova uzun illər Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.