Əlibəyov sözü azərbaycan dilində

Əlibəyov

Yazılış

  • Əlibəyov • 99.4286%
  • ƏLİBƏYOV • 0.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balabəy Əlibəyov
Balabəy Əlibəyov — texnika elmləri doktoru, professor. Balabəy Əlibəyov — diplomat, kolleksioner, muzeyşünas.
Cəmil Əlibəyov
Əlibəyov Cəmil Ədil oğlu — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984). == Həyatı == Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy Həsəy bəy oğlu üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olmuşdur. Sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar–bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir. Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsində təvəllüd tapmışdır. C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar kulaka salınmış, təqib olunmuşdur. C.Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən) məktəbdə təhsil almağa başlamış, lakin mühacirətdə olan atası İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır.
Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor. == Həyatı == Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Vasif Əlibəyov
İsmayıl Əlibəyov
İsmayıl Əlibəyov (24 dekabr 1902 - 12 mart 1988) - Azərbaycanın ilk kişi radio diktoru. 1902-ci il 24 dekabrda Bakıda anadan olub. O zamankı Politexnik İnstitutunu bitirib. Azərbaycan radio tarixinin ilk kişi diktorudur. Amma bu onun əsas işi olmayıb. İsmayıl Əlibəyov dövrünün gidroenergetika sahəsində ən tanınmış və azsaylı mütəxəssislərindən olub. Ömrünü SSRİ, İran, Vyetnam, Laosun gidroenergetikasının inkişafına həsr edib. 1988-ci ildə Bakıda dünyasını dəyişib.
Əlibəy Əlibəyov
Əlibəy Əlibəyov (22 mart 1878, Füzuli, Dədəli – 7 aprel 1964, Bakı) — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru (1936), professor (1932). Azərbaycan SSR Əmək Qəhrəmanı (1933). Azərbaycan SSR əməkdar elm xadimi (1943). Əlibəyov Əli bəy Qulu bəy oğlu 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında anadan olmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sonra Bakıya gəlmişdi. Elm-təhsil yolunda fədakarlığı bundan sonraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır. Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kontorunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir.
Ənvər Əlibəyov
Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir. Döyüşlərin birində ağır yaralanaraq Bakıya qayıdan Ənvər Əlibəyli bir müddət "Vətən uğrunda" jurnalında məsul katib kimi çalışmış, Azərbaycan KP MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. 40-cı illərin sonlarında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948–1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru vəzifəsini icra etmişdir.
Əvəz Əlibəyov
Balabəy Əlibəyov (diplomat)
Balabəy Əlibəyov (1855, Naxçıvan – XX əsr) — diplomat, kolleksioner, muzeyşünas, Naxçıvan SSR-in Qarsdakı müvəkkili, Naxçıvan Dövlət Tarix Muzeyinin qurucusu. == Həyatı == Hələlik Qarsdakı müvəkkil Balabəyin məhz Balabəy Əlibəyov olduğunu göstərən ən dəqiq fakt filologiya elmləri doktoru Fərman Xəlilovun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında əksini tapmışdır. Belə ki, müəllif Naxçıvan Muzeyi ilə bağlı tədqiqatlar apararkən ədəbiyyatşünas, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadənin fikirlərini öyrənmişdir. Müəllif yazır: "…B. Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi L. Hüseynzadənin 2005-ci il iyun aynda bizimlə söhbəti zamanı xatırladığına görə B. Əlibəyov Qarsda səfirlikdə (konsulluqda) hansısa bir vəzifədə işləyirmiş və Qarsla əlaqələri yaxşı imiş". Qeyd edək ki, Balabəy Əlibəyovun Naxçıvan Muzeyi haqqında Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da tədqiqat aparmış və onun muzeyçilik fəaliyyəti ilə bağlı qiymətli məlumatlar vermişdir. Akademik İsmayıl Hacıyev və Elnur Kəlbizadənin tədqiqatlarına görə Balabəy Əlibəyov 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. Çünki, Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov haqqında verilən məlumatda onun 70 yaşı olduğu göstərilmişdir. Balabəy 1903–1908-ci illərdə polis zabiti, 1908–1911-ci illərdə Qars polis idarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir. 1911-ci ildə pensiyaya çıxan Balabəy Əlibəyovun təcrübəsi, yerli əhali arasında olan nüfuzu və rus, türk, fars və digər dillərə yaxşı bələd olması onu xidmətini pensiya ala-ala davam etdirməsi ilə nəticələnmiş, beləliklə o 1911–1917-ci illərdə polis idarəsində həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1917-ci ildən 1920-ci ilə qədər Balabəy Əlibəyovun fəaliyyəti Urmiya şəhəri ilə bağlı olmuşdur.
Balabəy Əlibəyov (mühəndis)
Əlibəyov Balabəy İsa oğlu (1910, Lənkəran, Lənkəran qəzası – 1988) — texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935–1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954–1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977–1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B. İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Balabəy Əlibəyov (professor)
Əlibəyov Balabəy İsa oğlu (1910, Lənkəran, Lənkəran qəzası – 1988) — texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935–1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954–1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977–1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B. İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Mustafa bəy Əlibəyov
Mustafa bəy Əlibəyov (1872, Nuxa – 1945, SSRİ) — publisist, ədib, dramaturq, vəkil. İşıq jurnalının naşiri, "Nicat" xeyriyyə cəmiyyətinin, "Möhtaclara kömək" cəmiyyətinin üzvü, "Hidayət" xeyriyyə cəmiyyətinin katibi, Əhrar partiyasının üzvü olub. Mustafa bəy Əlibəyov 1872-ci ildə Azərbaycanda Şəki şəhərində dünyaya gəlib. İlk təhsil illərində ərəb-fars dillərini mükəmməl öyrənib. Şəkidə rus-tatar məktəbində təhsil alıb. 1892-ci ildə Tiflis gimnaziyasını bitirib. Bu illər ərzində rus və fransız dillərini öyrənib. 1892-ci ildə Bakı quberniyası dairə məhkəməsində baş müstəntiqin tərcüməçisi kimi fəaliyyət göstərməyə başlayıb. "Nicat" xeyriyyə cəmiyyətinin üzvü olub. O, hüquqşünas kimi tanınmaqla yanaşı, ədəbiyyatşünas kimi də tanınıb.
Paşa bəy Əlibəyov
Gülrux Əlibəyova
Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978). == Həyatı == Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. == Fəaliyyəti == Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub. Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub. Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur.
Tetey Əlibəyova
Tetey Əlibəyova (d. 5 oktyabr 1971) — Dağıstan əsilli Rusiyanı təmsil edən sabiq qadın güləşçi. 1993-cü ildə Avropa çempionu olan Tetey Əlibəyova 1992 və 1993-cü illərdə baş tutan Dünya Çempionatlarında müvafiq olaraq gümüş və bürünc medala sahib olub. Tetey Əlibəyova 1971-ci ilin 5 oktyabr tarixində anadan olub. Əlibəyovanın şəxsi məşqçisi Kusm Nasrudinovdur. Tetey Əlibəyova beynəlxalq səviyyədə birinci yarışına Rusiya yığmasının heyətində 1992-ci ildə Fransanın Villeurbanne şəhərində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı. Həmin yarışlarda Əlibəyova 2-ci yeri tutdu və gümüş medal qazandı. Bir il sonra, 1996-cı ildə isə Elmira Məhəmmədova Avropa Çempionatında qüvvəsini sınadı. Rusiyanın İvanovo şəhərində baş tutan yarışlarda Əlibəyova qızıl medal uğrunda görüşdə Ukraynalı Svetlana Odayı məğlub etdi və qızıl medal qazandı. Elə həmin eldəcə, Tetey Əlibəyova Dünya Çempionatının bürünc medalına layiq görüldü.
Xədicə Əlibəyova
Xədicə Əlibəyova (1884, Tiflis – 1961, Bakı) — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor. Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq Xədicə Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan "İşıq" qəzəti işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan qəzətin (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Qadınların maarif və mədəniyyətə, zaman nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran "İşıq" qəzətində çalışanlar da əsasən qadınlar idi. Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar "İşıq"ın ətrafında böyük bir ümidlə birləşmişdilər.
Əlibəyovlar
Əlibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. XVIII yüzilin önlərində Dədəli oymağının başçısı Əli ağa Hüseyn ağa oğlu idi. Əli ağa öncə Osmanlılara xidmət etsə də sonradan qaçıb Qızılbaşlara qoşuldu. Bir az Şah II Təhmasib Səfəviyə (1722-1732) qulluq etdi. Sonra Nadirqulu xanın ordusunda Osmanlılara qarşı vuruşdu. Cavanşirlər şahın fərmanı ilə Xorsana sürgün olunanda Əli ağa ailəsinin yanına qayıtdı. Əli ağa Qarabağa Nadir şahın ölümündən sonra döndü. Doğma torpağında vəfat etdi. Əli ağanın Məhəmməd ağa adlı oğlu vardı. Məhəmməd ağa Pənahəli xana xidmət edirdi.
Əlibəyovların evi
Əlibəyovların evi — Bakı şəhəri Rza Quliyev döngəsi 4 (keçmiş Karaulnıy döngəsi 4) və Süleyman Tağızadə küçəsi 60 (keçmiş Poçtovaya küçəsi 60) ünvanında yerləşən yaşayış evi. Mülkü tikdirən Rza bəy Əlibəyov Kazanda tibb təhsili alıb. Sonradan isə Peterburqdan hüquq fakultəsini qızıl medalla bitirib. Bu medalla onu şəxsən imperator II Nikolay təltif etmişdi. Məhz Peterburqda təhsil aldığı zaman o memar Nikolay Prokofyev ilə tanış olur. Sonradan isə ağlında olan malikanəni məhz tanışı Nikolaya tikdirir. Bina 1903-cü ildə akademik N.Prokofyevin layihəsi üzrə inşa edilmişdir. Künc ərazidə uğurla yerləşən varlı malikanə üslubuna aiddir. Relyefdə bina istər həcmli modelləşdirilməsi istərsə də arxitektur şərhi ilə şəhərin tarixi məhəllələr strukturuna daxil edilmiş və yaşayış evinin yüksək estetik səviyyədə həllinin maraqlı nümunəsi kimi çıxış edir. Burada "şüşəbənd" formasında yerli memarlığın klassik üsulları və həcmli elementlərindən istifadə edilmişdir ki, bu da özünəməxsus memarlıq kompozisiyasının yaranmasını şərtləndirmişdir.
Əruziyə Əlibəyova
Əruziyə Mustafa qızı Əlibəyova (29 mart 1914, Bakı – 10 yanvar 1981) — azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar iqtisadçısı. O, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülən ilk şəxslərdən biri, şərqdə iqtisadiyyat sahəsində professor elmi adı alan (1967) ilk qadın və konkret iqtisadiyyat kafedrasına başçılıq edən ilk azərbaycanlı qadındır. Əruziyə Əlibəyova 1914-cü il martın 29-da Bakı şəhərində, dövrün mütərəqqi ziyalılarından olan Mustafa bəy Əlibəyov və Xədicə Əlibəyovanın ailəsində anadan olmuşdur. O, 1931-ci ildə Bakı Pedaqoloji Texnikumunu bitirdikdən sonra 1932-ci ilin mayına qədər Nuxanın Böyük Dəhnə kəndində müəllimlik etmişdir. Həmin il K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutuna daxil olan Əlibəyova 1936-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, komissiyanın qərarı ilə elmi-tədqiqat işləri aparmaq üçün institutda saxlanılmışdır. O həmçinin, 1936-cı ildə Azərbaycan Dövlət Universitetində "Sənayenin iqtisadiyyatı" fənnindən kurslar aparmışdır. 1944-cü ildə "Azərbaycan xalq təsərrüfatında qadın əməyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Əlibəyovaya 1945-ci ildə dosent adı verilmişdir. Əlibəyova 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" kafedrasına rəhbərlik etmiş, 1951-ci ilin payızında Azərbaycan Politexnik İnstitututunda işə başlamış və 1955-ci ilə qədər "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 1955-1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasına müdir seçilib. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının təşki etdiyi iqtisadiyyat üzrə sahə elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olan Əlibəyovanın başçılığı və bilavasitə iştirakı ilə 70-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir.
Naibə Əlibəyova
Naibə Əlibəyova (15 noyabr 1963, Bakı – 6 mart 2024) — azərbaycanlı aktrisa. 1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olub. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni - maarif işi" fakültəsinin "Kütləvi tamaşalar rejissoru" ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub. Üç il təyinat müddətini başa vurandan sonra Bakıya qayıdıb və 1992-ci ilə qədər Musiqili Komediya Teatrında çalışıb. N. Əlibəyova daha çox "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tanınıb. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. 6 mart 2024-cü ildə vəfat edib. Bir qızı və Rüqayyə adlı bir nəvəsi var.

Oxşar sözlər

#əlibəyov nədir? #əlibəyov sözünün mənası #əlibəyov nə deməkdir? #əlibəyov sözünün izahı #əlibəyov sözünün yazılışı #əlibəyov necə yazılır? #əlibəyov sözünün düzgün yazılışı #əlibəyov leksik mənası #əlibəyov sözünün sinonimi #əlibəyov sözünün yaxın mənalı sözlər #əlibəyov sözünün əks mənası #əlibəyov sözünün etimologiyası #əlibəyov sözünün orfoqrafiyası #əlibəyov rusca #əlibəyov inglisça #əlibəyov fransızca #əlibəyov sözünün istifadəsi #sözlük