Əlisoltan sözü azərbaycan dilində

Əlisoltan

Yazılış

  • Əlisoltan • 93.6170%
  • əlisoltan • 6.3830%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlisoltan Quliyev
Əlisoltan Yarəli oğlu Quliyev — Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi. 12 iyul 1939-cu ildən 16 avqust 1941-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Əlisoltan Yarəli oğlu Quliyev 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1925–1926-cı illərdə Digah kənd sovetində katib vəzifəsində işləmişdir. 1926–1929-cu illərdə Respublika Partiya Məktəbinin və 1929–1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetinin tələbəsi olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı Partiya Məktəbinə müəllim təyin olunmuş və 1932–1933-cü illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1933–1934-cü illərdə Bakı şəhərində Marks-Engels-Lenin İnstitutunun (MELİ) tələbəsi olmuşdur. Quba rayonunun Xalq Təhsili şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar Əlisoltan Quliyev 1934-cü ildə MELİ-də təhsilini yarımçıq qoymuş və 1934–1935-ci illərdə həmin vəzifədə işləmişdir. 1935–1937-ci illərdə o, Bakı şəhərində MELİ-də təhsilini davam etdirmişdir. Əlisoltan Quliyev 1937-ci ildə partiya işinə irəli çəkilərək Qusar rayon partiya komitəsinə I katib vəzifəsinə təyin olunmuş və 1937–1938-ci illərdə həmin vəzifədə çalışmışdır.
Vahid Əlisoltanov
Əlisoltanlı
Əlisoltanlı — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Araz çayının sağ sahilində, Muğan düzündədir. Kəndin adının Əlibəy Sultanın (İlisusultanı) adı ilə bağlı olması ehtimal edilir. Potubəyli və Bəylər kəndləri ilə həmsərhəddir. Əlisoltanlı kəndlərində e. ə. II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi Saatlı rayonu üzrə ən yaxşı məktəbdir. 2015-ci ildə məktəb respublikanın ən yaxşı 50 məktəbi sırasında yer aldı və "İlin məktəbi" seçildi. Məktəbin 2003-cü ildə 100 illiyi keçirilmişdir.[mənbə göstərin] Ərazidə həmçinin tikintisi 2014-cü ildə bitmiş məscid də yerləşir.

əlisoltan sözünün leksik mənası və izahı

Oxşar sözlər

#əlisoltan nədir? #əlisoltan sözünün mənası #əlisoltan nə deməkdir? #əlisoltan sözünün izahı #əlisoltan sözünün yazılışı #əlisoltan necə yazılır? #əlisoltan sözünün düzgün yazılışı #əlisoltan leksik mənası #əlisoltan sözünün sinonimi #əlisoltan sözünün yaxın mənalı sözlər #əlisoltan sözünün əks mənası #əlisoltan sözünün etimologiyası #əlisoltan sözünün orfoqrafiyası #əlisoltan rusca #əlisoltan inglisça #əlisoltan fransızca #əlisoltan sözünün istifadəsi #sözlük