Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) — Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzv ölkənin təşkil etdiyi forumdur.
== Yaranma tarixi ==
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC — Asia-Pacific Economic Cooperations) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır.
== Məqsədləri və fəaliyyət istiqamətləri ==
ASOİƏ-nin məqsədləri bunlardır:
regionda və bütün dünyada iqtisadi artıma dəstək;
əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək;
açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu
ASOİƏ-nin fəaliyyəti üç geniş miqyasda aparılır:
ticarətin və investisiya ab-havasının liberallaşdırılması;
ticarətə və investisiyaya əlverişlilik;
ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi.
Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir.
== Fəaliyyəti ==
Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil, elektrik enerjisi, ətraf mühit və davamlı inkişaf. əmək ehtiyatlarının inkişafı, elm və texnologiyada əməkdaşlıq, kiçik və orta biznesin təşkili, telekommunikasiya və informasiya sənayesi, ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.
== Üzvləri ==
== İllik görüş zirvələri ==
Hər il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ticarət məsələləri ilə bağlı müzakirə aparmaq üçün illik zirvə toplantısı keçirir.