Əsgərov sözü azərbaycan dilində

Əsgərov

Yazılış

  • Əsgərov • 99.3881%
  • ƏSGƏROV • 0.6007%
  • əsgərov • 0.0112%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elçin Əsgərov
Elçin Əsgərov (tam adı: Elçin Mirnizami oğlu Əsgərov; d. 4 avqust 1968, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini (24 avqust 2005 - 18 fevral 2011). İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya ölkələri üzrə Regional Mərkəzin İdarə Heyətinin sədri. == Həyatı == Elçin Mirnizami oğlu Əsgərov 4 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1985-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin "Tarix" fakültəsindən məzun olmuşdur. 2003-cü ildə Almaniya Federativ Respublikası Rur-Bohum Universitetində "Postsovet Dövründə Azərbaycan Respublikasında İslam təhsili problemləri (1989-2003)" mövzusu üzrə Ph.D səviyyəsində elmi iş hazırlamışdır. == Əmək fəaliyyəti == 1993-1994-cü illərdə Fasiləsiz Təhsil Mərkəzi Futurologiya İnstitutunda müəllim işləmişdir. 1994-1996-cı illərdə jurnalist kimi fəaliyyət göstərmişdir. 1996-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında komissiya sədri, sədr müavini, İdarə Heyətinin sədri olmuşdur.
Fikrət Əsgərov
Fikrət Hacı Abrek oğlu Əsgərov (9 may 1943 – 31 may 2013) — kinooperator və assistenti, fotoqraf-rəssam, rəssam assistenti. == Həyatı == 1943-cü ildə Gəncə şəhərində doğulmuşdur. 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini - B.Volçekin emalatxanasını bitirmişdir. 1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. == Filmoqrafiya == Arşın mal alan (film, 1965) Ailə (film)(tammetrajlı bədii film)-quruluşçu operator Çətin yol (film, 1975) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Bizi bağışlayın (film, 1979) Cazibə qüvvəsi (film, 1964) Daş dözür (film, 1973) Etimad telefonu (film, 2001) Günlərin bir günü...
Firavan Əsgərov
Fərhad Əsgərov
Fərhad Əsgərov — Azərbaycan Jurnalistlər Birliyinin (1997) və Azərbaycan Yazıçılar Birliyinin (2002) üzvü. “Qızıl qələm” və “İti qələm” mükafatları laureatı. == Həyatı == Əsgərov Fərhad Ramiz oğlu 1960-cı il dekabr ayının 24-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. Mərdəkandakı 181 saylı orta məktəbi bitirib. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun məzunudur, ixtisasca texniki əmək və rəsmxət müəllimidir. Sonralar jurnalistika ixtisası üzrə də ali təhsil alıb. İlk əmək fəaliyyətinə 1980-ci ildə Kəlbəcər rayonunun Kilsəli kənd orta məktəbində müəllim kimi başlayıb. Həmin məktəbdə üç ay işlədikdən sonra könüllü olaraq əsgəri xidmətə gedib. 1980-82-ci illərdə Qazaxıstan Respublikası, Kızılorda vilayətinin Leninsk şəhərində - Baykonurda həqiqi hərbi xidmətdə olub. Əsgəri xidmətdən sonra Kəlbəcər rayonunun Seyidlər kənd orta məktəbində çalışıb.
Fərid Əsgərov
Fəxrəddin Əsgərov
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri. == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində daşnaklar tərəfindən xaincəsinə qətlə yetirilmişdi. Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı. Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.
Hafiz Əsgərov
Hatəm Əsgərov
Hatəm Əsgərov (17 may 1957, Bakı, Azərbaycan SSR) — Azərbaycan rejissoru, aktyor. == Həyat və fəaliyyəti == Əsgərov Hatəm Məmmədəli oğlu 17 may 1957-ci ildə Bakıda anadan olub.1974-cü ildə 89 saylı orta məktəbi bitirib. 1974-79-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində oxuyub. 1979-82-ci illərdə təyinat ilə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dran Teairında rejissor işləyib. Təyinat müddəti başa çatandan sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Mozalan” satirik kinojurnalında bir neçə sənədli süjetin rejissioru olub.”Debüt”yaradıcılıq birliyində “Haqqın dərgahı” adlı iki hissəli sənədli filmi lentə alıb.”Mir” DTRŞ-nin Azərbaycan nümayəndiliyində sənədli filmlər çəkib.2011-ci ildən Az.tv-də fəaliyyətini davam etridir. == Filmoqrafiya == Üzr istəyirəm (film, 1985) Haqqın dərgahı (film, 1991) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Sazdakı incə bir sim.M.Rahim. (film,2014) Gələcəyə gedən yolda. Q.İlkin.(film, 2015) Yol adamı.
Hüseyin Əsgərov
Hüseyn Əsgərov
Hüseyn Abbas oğlu Əsgərov — Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini,professor, Azərbaycan Respublikası Əməkdar müəllim == Həyatı və təshili == Əsgərov Hüseyn Ababs oğlu 1958-ci ildə Naxçıvanda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək “Filoloq. Azərbaycan və türk dilləri və ədəbiyyatı müəllimi” ixtisası alıb. 1985-1987-ci illərdə zabit kimi hərbi xidmətdə olub. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Pedaqoji və elmi fəaliyyəti === 1981-1984-cü illərdə Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, 1997-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 1994-ci ildə namizədlik, 2008-ci ildə isə “Azərbaycan dilində maddi mədəniyyət leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasına rəhbərlik edir. Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının üzvüdür. 3 monoqrafiyanın, 70-dən çox elmi məqalənin, ali məktəblərin filologiya fakültələri, həmçinin ümumtəhsil məktəbləri üçün xeyli dərslik, dərs vəsaiti və tədris proqramlarının müəllifi, 11 doktorant və dissertantın elmi rəhbəridir.
Hətəm Əsgərov
Hatəm Əsgərov (17 may 1957, Bakı, Azərbaycan SSR) — Azərbaycan rejissoru, aktyor. == Həyat və fəaliyyəti == Əsgərov Hatəm Məmmədəli oğlu 17 may 1957-ci ildə Bakıda anadan olub.1974-cü ildə 89 saylı orta məktəbi bitirib. 1974-79-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində oxuyub. 1979-82-ci illərdə təyinat ilə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dran Teairında rejissor işləyib. Təyinat müddəti başa çatandan sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Mozalan” satirik kinojurnalında bir neçə sənədli süjetin rejissioru olub.”Debüt”yaradıcılıq birliyində “Haqqın dərgahı” adlı iki hissəli sənədli filmi lentə alıb.”Mir” DTRŞ-nin Azərbaycan nümayəndiliyində sənədli filmlər çəkib.2011-ci ildən Az.tv-də fəaliyyətini davam etridir. == Filmoqrafiya == Üzr istəyirəm (film, 1985) Haqqın dərgahı (film, 1991) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Sazdakı incə bir sim.M.Rahim. (film,2014) Gələcəyə gedən yolda. Q.İlkin.(film, 2015) Yol adamı.
Kamran Əsgərov
Lev Əsgərov
Əsgərov Lev Mabudoviç (1 sentyabr 1940 və ya 1 oktyabr 1942, Artyom – 30 aprel 2023, Bakı) — nasir, publisist, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin] == Həyatı == Lev Əsgərov 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik etmişdir. Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1959–1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxmışdır. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1962–1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967–1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973–1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976–1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982–1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olmuşdur. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunmuşdur. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanmışdır. Lev Əsgərov 30 aprel 2023-cü ildə dünyasını dəyişmişdir. == Kitabları == Голубые вёрсты: Рассказы и очерки.
Maarif Əsgərov
Marlen Əsgərov
Marlen Əsgər oğlu Əsgərov (17 noyabr 1936 – 16 sentyabr 2018) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sabiq vitse-prezidenti (2005–2018). == Həyatı == Marlen Əsgər oğlu Əsgərov 1936-cı il noyabr ayının 17-də Ağdam rayonunda anadan olmuşdur. 3 övladı var. 16 sentyabr 2018-ci ildə vəfat etmişdir. == Təhsili == 1955-1960-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları, şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnmişdir. == Əmək fəaliyyəti == 1960-cı ildə “Azərbaycan Energetika İdarəsi”ndə əmək fəaliyyətinə başlamışdır. 1960-1961-ci illərdə “Azərbaycan Energetika İdarəsi”nin Mərkəzi İzolyasiya Xidmətinin mühəndisi, 1961-1962-ci illərdə “Əli-Bayramlı DRES”in Elektrik sexinin rəisi, 1962-1974-cü illərdə “Krasin adına DRES”-nin Elektrik sexinin rəisi, 1974-1979-cu illərdə “Azbaşenerji”nin Kirov adına Elektrik şəbəkəsinin baş mühəndisi, müvəqqəti direktoru və direktoru, 1979-1980-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisin vəzifəsini müvəqqəti icra edən, 1980-1991-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisi, 1991-ci ildə “Qafqazenerjitəmir” Trestinin sədr müavini, 1991-1993-cü illərdə “Azərenerji” İstehsalat Birliyinin baş mühəndisinin vəzifəsini müvəqqəti icra edən, 1993-cü ildə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin baş mühəndisin müavini, 1993-1995-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Perspektiv inkişaf, informasiya, elm və texniki işlər üzrə şöbəsinin rəisi, 1996-2001-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2001-2002-ci illərdə “Azərenerji” ASC-nin Enerjinin İstehsalı Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-ci ildə “Azərenerji” ASC-nin Enerji İstehsalı İdarəsinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-2005-ci illərdə “Azərenerji” ASC-nin baş mühəndisi vəsifələrində işləmişdir. 2005-ci ilin sentyabr ayından ömrünün sonunadək "Azərenerji" ASC-nin vitse-prezidenti olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alaraq imzaladığı 2015-ci il 19 oktyabr tarixli, 1050 nömrəli Sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mayıl Əsgərov
Mayıl Binnət oğlu Əsgərov (17 yanvar 1962, Bozalqanlı, Tovuz rayonu) — filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, Bakı Avrasiya Universitettin professorudur, Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin müəllifidir. == Həyatı == Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1979-cu ildə Y. Sadıqov adına Bozalqanlı kənd orta məktəbinində təhsil alıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib. 1990–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1994–2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları ilə təltif olunub. 22.02.2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418). Namizədlik dissertasiyasının mövzusu: "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr". 28.03.2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027). 22.01.2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696).
Musa Əsgərov
Mübariz Əsgərov
Mübariz Ağali oğlu Əsgərov (20 yanvar 1962, Ucar) — telejurnalist, prodüser, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucar şəhərində anadan olub. Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Ailəlidir, 3 övladı var. 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də layihə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur.
Müzəffər Əsgərov
Müzəffər Əsgərov — (tam adı: Müzəffər Rza oğlu Əsgərov 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili kəndində anadan olub). 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, 2017-ci ildə isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. Naxçıvan MR Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin baş redaktoru. 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili (Şahbuz) kəndində anadan olub. Kənddəki on illik orta məktəbi bitirib. 1989-1991-ci illərdə Orenburq vilayətinin Orsk şəhərində hərbi xidmətdə olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinn Mədəni-maarif fakültəsinin Teatr kollektivinin rejissoru fakültəsinə qəbul olub. 1997-ci ildə həmin universiteti bitirib, təyinatla Naxçıvana göndərilib. 1998-ci ildən 2001-ci ilə qədər Naxçıvan şəhərində fəaliyyət göstərən Zabitlər evində hərbi işlər üzrə təlimatçı işləyib. İşlədiyi müddətdə zabitlər evinin kollektivi ilə bir neçə tamaşaya quruluş verib.
Məmməd Əsgərov
Məmməd Həsən oğlu Əsgərov (25 dekabr 1918, Naxçıvan qəzası – 27 iyul 1988, Bakı) — Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977–1985), Azərbaycan Kommunist Partiyası Şamxor Rayon və Ağcabədi Rayon komitələrinin birinci katibi, Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, Naxçıvan MSSR Nazirlər Sovetinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Bərdə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Məmməd Əsgərov 1918-ci ildə Culfa rayonu Yaycı kəndində anadan olub. Məmməd Əsgərov 1943–1944-cü illərdə Tovuz MTS-in baş aqronomu, 1944–1948-ci illərdə Cəbrayıl MTS-də, 1948–1954-cü illərdə Bərdə MTS-in direktoru olmuşdur. 1954–1958-ci illərdə Bərdə rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1958-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsini daşımışdır. 1959-cu ildə isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri olmuşdur. 1964-cü ildən Ağdaş rayon kolxoz-sovxoz istehsalat idarəsinin rəisi seçilmişdir. 1965–1968-ci illərdə Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində, 1968–1970-ci illərdə Azərbaycan SSR Yüngül sənaye nazirinin müavini, 1970–1977-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin birinci katibi, 1977–1985-ci illərdə, yəni vəfat edənədək Azərbaycan SSR Kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir. SSRİ Ali Sovetinin (6-cı çağrış) Azərb. SSR Ali Sovetinin (4–11-ci çağrış) deputatı olmuşdur.
Nadir Əsgərov
Namiq Əsgərov
Namiq Əsgərov — Azərbaycan Respublikası Baş prokurorunun 2007–2020-ci illərdə müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. Namiq Əli oğlu Əsgərov 1954-cü ilin dekabr ayının 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1976–1981-ci illərdə BDU-nun hüquq fakültəsini bitirdikdən sonra təyinatla Respublika prokurorluq orqanlarına işə qəbul olunaraq 26 Bakı komissarı (Səbail) rayon prokurorluğunun stajoru təyin edilmişdir. Daha sonra N. Əsgərov Bakı nəqliyyat prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru, müstəntiqi, Azərbaycan nəqliyyat prokurorunun ümumi nəzarət üzrə köməkçisi, Bakı şəhər prokurorluğu ümumi nəzarət şöbəsinin prokuroru, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Təşkilat-nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Təşkilat-nəzarət idarəsinin böyük prokuroru vəzifələrində işləmişdir. 27 dekabr 2000-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük referenti, həmin şöbənin müdir müavini vəzifələrində çalışmış, 14 mart 2005-ci il tarixdə köçürülmə qaydasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. 2020-ci il mayın 21-də prezidentin sərəncamına əsasən tutduğu vəzifədən azad edilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Müsabiqə komissiyasının sədridir, "Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminatları məsələlərinin həlli üzrə komissiyası"nın sədridir, "Prokurorluq orqanlarında uzunmüddətli xidmətə görə üstəlik haqq verilməsi üçün əmək stajını müəyyən edən komissiya"nın sədridir, "Azərbaycan Prokurorluğu" jurnalının baş redaktorudur.
Novruz Əsgərov
Nurlan Əsgərov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Elçin Əsgərov (dövlət xadimi)
Elçin Əsgərov (leytenant)
Gülnarə Əsgərova
Gültəkin Əsgərova
Gültəkin Məlik qızı Əsgərova (20 noyabr 1960, Bakı – 20 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. === Şəxsi həyatı === Ailəli idi, Əminə adlı qızı yadigar qalıb. === Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.
Hafizə Əsgərova
Hafizə Əsgərov Hüseyn qızı (d.1950-ci ildə 20 mart Cəbrayıl rayonunun Soltanlı kəndi) coğrafiya elmlər doktoru, Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti. == Həyatı == Əsgərova Hafizə Hüseyn qızı 1950-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1967-ci ildə ADPU-nun Coğrafiya fakültəsinə qəbul olmuş, 1971-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1971-ci ildən 1979-cu ilə kimi təyinatla Xırdalan şəhərində 2 saylı orta məktəbdə müəllim işləmiş, 1979-cu ildə Pedoqoji Universitetin coğrafiya fakültəsində ümumi coğrafiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ildən kafedrada müəllim, baş müəllim işləmişdir. 1999-cu ildə AMEA ak H.Əliyev adına Coğrafiya İnstitutunun “Fiziki coğrafiya” şöbəsinin “landşaftşünaslıq” bölməsində “Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi Kiçik Qafqazın şimal-şərq və Ceyrançöl alçaq dağlığı timsalında” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adını almışdır. == Elmi əsərləri == O, bir ixtisasçı kimi səhralaşma sahəsi üzrə 34 məqalə, 4 tezis çap etdirmişdir, 4 tədris proqramı, 2 metodik göstərişin müəllifidir. “Landşaftın geokimyası” kursunun proqramı. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün. Bakı, ADPU, 2005, səh 24-28.
Minəvvər Əsgərova
Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). Münəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Musa Əsgərov (əsgər)

Oxşar sözlər

#əsgərov nədir? #əsgərov sözünün mənası #əsgərov nə deməkdir? #əsgərov sözünün izahı #əsgərov sözünün yazılışı #əsgərov necə yazılır? #əsgərov sözünün düzgün yazılışı #əsgərov leksik mənası #əsgərov sözünün sinonimi #əsgərov sözünün yaxın mənalı sözlər #əsgərov sözünün əks mənası #əsgərov sözünün etimologiyası #əsgərov sözünün orfoqrafiyası #əsgərov rusca #əsgərov inglisça #əsgərov fransızca #əsgərov sözünün istifadəsi #sözlük