əsməqovaq sözü azərbaycan dilində

əsməqovaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əsməqovaq • 81.8182%
  • Əsməqovaq • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əsməqovaq
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.

əsməqovaq sözünün leksik mənası və izahı

əsməqovaq sözünün rus dilinə tərcüməsi

əsməqovaq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#əsməqovaq nədir? #əsməqovaq sözünün mənası #əsməqovaq nə deməkdir? #əsməqovaq sözünün izahı #əsməqovaq sözünün yazılışı #əsməqovaq necə yazılır? #əsməqovaq sözünün düzgün yazılışı #əsməqovaq leksik mənası #əsməqovaq sözünün sinonimi #əsməqovaq sözünün yaxın mənalı sözlər #əsməqovaq sözünün əks mənası #əsməqovaq sözünün etimologiyası #əsməqovaq sözünün orfoqrafiyası #əsməqovaq rusca #əsməqovaq inglisça #əsməqovaq fransızca #əsməqovaq sözünün istifadəsi #sözlük