Əzimbəyov sözü azərbaycan dilində

Əzimbəyov

Yazılış

  • Əzimbəyov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aydın Əzimbəyov
Aydın Əlibəy oğlu Əzimbəyov (10 dekabr 1932, Cəhri, Naxçıvan MSSR – 20 noyabr 2012) — Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri (1996–2004), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005). == Həyatı == 1932-ci ildə Azərbaycan SSR-in Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. Atası Əlibəy Əzimzadə bölgənin tanınmış qənaət öndərlərindən olmuşdur. Atasının Cəhridən sürgün edilməsini xatırladığını deyən Aydın bəy 1937-ci ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilmişdir. 1957-ci ildə Daşkənd Kənd Təsərrüfatı Mühəndisləri İnstitutunu bitirmişdir. Təyinatla Qazaxıstana göndərilmiş və 1957–1960-cı illərdə Slavyansk avtobazasının baş mühəndisi, 1960–1964-cü illərdə rəisi olmuşdur. 1964–1966-cı illərdə Özbəkistan SSR Sırdərya vilayəti avtotrestinin baş mühəndisi, 1966–1974-cü illərdə isə rəisi olmuşdur. 1974–1977-ci illərdə Özbəkistan SSR Sırdərya Vilayət Kommunist Partiyasının şöbə müdiri təyin edilmiş, 1977–1986-cı illərdə Özbəkistan SSR Sırdərya Vilayət Kommunist Partiyasının katibi seçilmişdir. 1986–1988-ci illərdə Özbəkistan SSR Avtomobil nəqliyyatı naziri olmuşdur. 1988–1989-cu illərdə Daşkənddə "OrtaAsiyaQazprom" İB-nin Nəqliyyat və xüsusi texnika şöbəsinin rəis müavini, 1989–1990-cı illərdə isə həmin şöbənin rəisi vəzifəsində işləmişdir.
İsa Əzimbəyov
İsa Əzimbəyov (?-?) — Azərbaycan arxeoloqu və epiqrafı, Azərbaycan Arxeologiya Komissiyasının üzvü, şair. 1920-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətində, o cümlədən də Azərbaycan Arxeoloji komitəsində işləməyə başlayıb. Arxeoloqlarla birlikdə bütün respublikanı gəzmiş, maddi mədəniyyət abidələrini tədqiq etmişdir. O, qədim şərq yazıları üzrə əvəzedilməz mütəxxəsis idi. O, sadəcə kufi xətti ilə olan yazıları (qədimi olduğu kimi yeni kufini də oxuya bilirdi), həm də divani, nəsx və digər xətləri oxuya bilirdi. İ.Əzimbəyov Şirvanşahlar sarayında, Şəki xanları sarayında, Qız Qalası ərazisində və digər yerlərdə arxeoloji qazıntı və restavrasiya işlərində iştirak edib. O, sadəcə epiqrafik yazıları oxumaqla kifayətlənmir onları tədqiq və tərcümə də edirdi. َ 1929-cu ildən Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsinin elmi işçisi işləmişdir. 1920-ci illərdə Azərbaycanın ilk arxeoloq və epiqrafçılarından olan Nardaran ziyalısı İsa Əzimbəyov doğma kəndinin qədim abidələrinin tarixini tədqiq edərək "Azərbaycan Arxeologiya Komitəsinin xəbərləri" adlı jurnalda bu barədə məqalə dərc etdirmişdi. 1926-cı ildə Astara rayonu ərazisində epiqrafik abidələrin tədqiqinə təşəbbüs göstərilmişdir.

Oxşar sözlər

#əzimbəyov nədir? #əzimbəyov sözünün mənası #əzimbəyov nə deməkdir? #əzimbəyov sözünün izahı #əzimbəyov sözünün yazılışı #əzimbəyov necə yazılır? #əzimbəyov sözünün düzgün yazılışı #əzimbəyov leksik mənası #əzimbəyov sözünün sinonimi #əzimbəyov sözünün yaxın mənalı sözlər #əzimbəyov sözünün əks mənası #əzimbəyov sözünün etimologiyası #əzimbəyov sözünün orfoqrafiyası #əzimbəyov rusca #əzimbəyov inglisça #əzimbəyov fransızca #əzimbəyov sözünün istifadəsi #sözlük