Aalto sözü azərbaycan dilində

Aalto

Yazılış

  • Aalto • 73.3333%
  • AALTO • 13.3333%
  • aalto • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aalto-1
"Aalto-1" — Finlandiyanın ilk peyki.Çəkisi 4 kiloqram təşkil edən bu peyk 2010-cu ildən Aalto Universitetinin 80 tələbəsi və gənc alimi tərəfindən yığılıb.Aparatın buraxılışına dair saziş Niderlandın "Innovative Solutions in Space" şirkəti ilə Finlandiyanın Aalto Universiteti arasında 2015-ci ilin aprel ayında imzalanıb. Həmin sazişə görə "Falcon 9" raketdaşıyıcısı orbitə "Aalto-1" ilə birlikdə daha bir neçə nanopeyk çıxaracaq. Onların Yer üzərindən 600 km hündürlüyə qaldırılacağı nəzərdə tutulur."Aalto-1" peykinin 2015-ci ilin sonunda kosmosa göndərilməsi planlaşdırılır. Finlandiya hökuməti tərəfindən peykdən növbəti 5 ildə radioyayımın həyata keçirilməsinə icazə verilib.
Aalto-2
"Aalto-2" — Finlandiyanın süni peyki.Aalto Universitetində peykin hazırlanmasına 2015-ci ildən başlanılmışdır.Plana görə, bu peykin kosmosa "Aalto-1"-dən 4 il sonra göndərilməsi nəzərdə tutulur.
Aalto Universiteti
Aalto Universiteti — Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi; Texnologiya və dizayn sahələri üzrə ixtisaslaşan müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Aalto Universitetinin əsası 2010-cu ildə qoyulub. Ali məktəb Helsinkinin 3 ali təhsil ocağının — Texnologiya Universiteti, İqtisadiyyat Məktəbi, İncəsənət və Dizayn Universitetinin birləşdirilməsi nəticəsində yaranıb. Yeni ali təhsil müəssisəsi finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri Alvar Aaltonun şərəfinə adlandırılıb. Üç universitet ittifaqı fənlərarası elmi araşdırmalar üçün yeni imkanlar açıb. Aalto Universiteti özündə təhsilə müasir yanaşmaları və qabaqcıl texnologiyaları əhatə edir. Bir qayda olaraq, ali təhsil müəssiəsinin tədris mərkəzləri, elmi tədqiqat institutları, tələbə yataqxanaları, kitabxana, auditoriyalar və yemək otaqlarının daxil olduğu tələbə şəhərcikləri Helsiki, Espo, Lahti, Mikkeli, Pori və Vaasada yerləşir. Ali məktəb kampusları gediş-gəlişin rahatlığı baxımından müntəzəm fəaliyyət göstərən nəqliyyat vasitələri ilə təmin olunub. Burada tələbələrin təhsili və istirahəti üçün çox gözəl infrastruktur yaradılıb. Kampuslarda yüksək standartlara cavab verən kitabxanalar, kompüter və idman zalları fəaliyyət göstərir.
Alvar Aalto
Hüqo Alvar Henrik Aalto (3 fevral 1898[…], Kuortane, Finlandiya knyazlığı – 11 may 1976[…], Helsinki[…]) — Finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri. Aalto Universiteti onun şərəfinə adlandırılıb. Kilsə memarlığı layihələrinin müəllifidir. Modern dizaynlı mebel nümunələri dünyada geniş yayılmışdır. 1963–1968-ci illərdə Finlandiya Akademiyasının prezidenti olmuşdur. == Həyatı == Hüqo Alvar Henrik Aalto 1898-ci ildə Kuortanedə doğulmuşdur. 1916-cı ildə Helsinki Politexnik İnstitutuna daxil olmuş, 1918-ci ildə o təhsilini Finlandiyanın müstəqilliyi uğrunda müharibəyə görə yarımçıq qoyub, fin ordusunun əsgəri kimi bu müharibədə iştirak etmişdir. Müharibədən sonra, 1921-ci ildə İnstitutu bitirmiş və memar diplomunu aldımışdır. 1923-cü ildə Yuvaskyulaya qayıtdı və orada özünün ilk memarlıq ofisini açır. Sonrakı ildə isə o, memar Aino Marsio ilə evlənir.
Pentti Aalto
Pentti Aalto(fin Pentti Aalto; 22 iyul 1917 - 30 noyabr 1998)—Finlandiya dilçisi. == Həyatı == Pentti Aalto 1917-ci ildə anadan olmuşdur. 1935-ci ildə Helsinki Universitetində klassik ədəbiyyat, sanskrit dili və müqayisəli dilçilik, Altay ədəbiyyatını öyrənmişdir. 1949-cu ildə həmin universitetdə doktorluq işini müdafiə etmişdir. 1949-1958-ci illər arasında müqayisəli dilçilikdən mühazirələr oxumuş və 1958-ci ildə professor adı almışdır. O, tədqiqatları ilə bağlı Monqolustan, Türkmənistan, Hindistan və Koreyada ekspedisiyalarda olmuşdur. Onu daha çox Altay dilləri maraqlandırmışdır. 1951-ci ildə o, Q. Ramstedtin və mühazirələrini, 1952-1966- cı illərdə isə «Einfuhrung in die altaische Sprachwissenschaft» adlı böyük əsərini çap etdirmişdir. Bunlardan başqa Q. Ramstedtin «Additional Korean Etymolögies», «Torgutische Lieder» əsərləri ilə yanaşı həm onun, həm də G. Granönün qədim türk abidələri ilə bağlı əsərlərini də çap etdirmişdir. O, həmin əsərdə özünün topladığı materialları tədqiq etmişdir.
Saara Aalto
Saara Sofiya Aalto (fin Saara Sofia Aalto; d. 2 may 1987, Oulunsalu, Finlandiya) — Finlandiya müğənnisi və bəstəkarı. Saara 2012-ci ildə Finlandiyanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. Müğənni eyni zamanda Finlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turlarında iki dəfə iştirak etmiş və hər iki cəhdində ikinci yerdə qərarlaşmışdır. Saara ilk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə Avroviziyada ölkəsini təmsil etmək üçün Finlandiyanın Euroviisut mahnı müsabiqəsində iştirak etmişdir. Daha sonra isə 2016-cı ildə müğənni yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi UMK mahnı müsabiqəsində iştirak etmiş və Saara hər iki müsabiqədə ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir. Saara eyni zamanda bir çox xarici cizgi filmlərinin və teleserialların dublyajlarında iştirak etmiş və müxtəlif obrazları səsləndirmişdir. O, Disneyin Donmuş cizgi filminin fin dilindəki versiyasında Şahzadə Anna obrazını səsləndirib. Saara Aalto Adam Lambertlə duet ifa etmiş və eyni zamanda Andrea Boçelli, Xose Karreras və pianoçu Robert Uellslə birlikdə konsertlərdə iştirak etmişdir. Saaranın indiyədək 5 albomu işıq üzü görüb.
Monsters (Saara Aalto mahnısı)
Monsters (azərb. Bədheybətlər‎) — Finlandiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Saara Aalto "Monsters" mahnısı ilə Finlandiyanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Pop üslubunda olan mahnı ifaçı Saara Aalto, daha öncə İsveçin 2013 və 2015 Avroviziya mahnılarını bəstələyən isveçli bəstəkarlar Coy və Linnea Deb və eyni zamanda ingilis bəstəkar Ki Fitzjeraldın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Ali Aaltonen
Aleksi "Ali" Aaltonen (2 avqust 1884, Yyamsa[d], Mərkəzi Finlandiya – avqust 1918, Lahti[d])- Fin jurnalist və 1917-ci ilin noyabrından 1918-ci il yanvar ayının sonuna qədər Finlandiya Qırmızı Qaravullarının birinci ordu komandiri olmuş keçmiş Rusiya İmperator Ordusu leytenantı. O, Finlandiya vətəndaş müharibəsindən sonra, 1918-ci ilin mayında edam edilmişdir. == Həyatı == === Erkən illər === Aaltonen Yyamsada kasıb torpaq işçisi ailəsində dünyaya gəlmişdir. 1897-ci ildə Aaltonen Yivyaskilyada ibtidai sinif müəlliməsinin hesabına orta məktəbə daxil olmuşdur. Aaltonen 1903-cü ildə orta təhsilini yarımçıq qoymuş və Rusiya Ordusuna yazılmışdır. 1904-05-ci illərdə o, rus-yapon müharibəsində leytenant olaraq xidmət etmiş və daha sonra 1905-ci il Rusiya inqilabının sosialist qrupları ilə birləşmişdi. İnqilab uğursuz olduqda Aaltonen Moskvada həbs edildi və hərbidən sürgün olundu. Sərbəst buraxıldıqdan sonra Aaltonen Finlandiyaya qayıtdı və Turku, Viborq və Kotkadakı işçi mətbuatında işləməyə başladı. Qəzet məqalələrinə əlavə olaraq, o, şeirlər və qısa hekayələr yazdı ancaq onlar heç vaxt kitab halında nəşr olunmadı. Çox nadir hallarda Aaltonen Ali Baba təxəllüsü ilə yazırdı.
Vyaynyo Aaltonen
Vyaynyo Valdemar Aaltonen (ing. Wäinö Valdemar Aaltonen; 8 mart 1894[…], Karinaynen[d], Finlandiya knyazlığı və ya Marttila[d], Finlandiya knyazlığı – 30 may 1966[…], Helsinki) — Finlandiya heykəltaraşı. == Həyat və yaradıcılığı == Vyaynyo Valdemar Aaltonen 8 mart 1984-cü ildə Finlandiyanın Marttila bələdiyyəsi ərazisində anadan olmuşdur. O, psixoloji portretlərin ("Y. Sibelnus", mərmər, 1935), heykəllərin ("İdmançı P. Nurmi", tunc, 1924–1925), monumental və dekorativ heykəltaraşlıq əsərlərinin ("Yazıçı A. Kivi", tunc, 1932–1934, "Dostluq", tunc, 1952) müəllifidir. Aaltonenin "Sülh" momumenti (qranit, 1950–1952) Qızıl Sülh müdalına layiq görülmüşdür (1953). O, 1958-ci ildən SSRİ Rəssamlıq Akademiyasının fəxri üzvü olmuşdur. Yaradıcılığında humanizm, obrazların psixologiyası, plastik formalar güclüdür. Vyaynyo Aaltonen 30 may 1966 Finlandiyanın paytaxtı Helsinki şəhərində vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Wäinö Aaltonen Museum of Art in Turku Art Signature Dictionary, genuine signature by the artist Wäinö Aaltonen Here are 11 examples of Wäinö Aaltonen's signature and monogram, six dated from 1925 to 1940.
Vyaynyö Aaltonena muzeyi
Vyaynyö Aaltonena muzeyi (fin dilində: Wäinö Aaltosen museo) — Finlandiya heykəltaraşı Vyaynyö Aaltonenanın əsərlərindən və müasir incəsənət eksponatlarından ibarət muzey. Muzey Finlandiyanın Turku şəhərində, Ayrayoki çayının sahillərində yerləşir. == Tarixi == 1964-cü ilin martında Turku şəhər şurası öz kolleksiyasının bir hissəsini şəhər şurasına hədiyyə etmiş heykəltaraş Vyaynyö Aaltonenanun razılığı əsasında şəhərdə müasir incəsənət muzeyinin yaradılması haqqında qərar qəbul etdi. 1965-ci ilin oktyabr ayında Vyaynyö Aaltonenanın oğlu Matti Aaltonenanın və onun arvadı İrma Aaltonenanın layihəsi əsasında muzey üçün yeni müasir binanın tikintisinə başlanıldı. Heykəltəraş özü də binanın daxili quruluşunun layihələndirilməsində iştirak etmişdir. 17 sentyabr 1967-ci ildə muzeyin rəsmi açılışı oldu, onun fonduna Vyaynyö Aaltonenanın kolleksiyasına daxil olan heykəllər və rəsm əsərləri, həmçinin fin və xarici sənətkarların təsviri sənət, qrafika, heykəltaraşlıq əsərləri daxildir. == Xarici keçid == Vikianbarda Музей Вяйнё Аалтонена ilə əlaqəli mediafayllar var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
2019 ••••••••••••••••• 0.14

Oxşar sözlər

#aalto nədir? #aalto sözünün mənası #aalto nə deməkdir? #aalto sözünün izahı #aalto sözünün yazılışı #aalto necə yazılır? #aalto sözünün düzgün yazılışı #aalto leksik mənası #aalto sözünün sinonimi #aalto sözünün yaxın mənalı sözlər #aalto sözünün əks mənası #aalto sözünün etimologiyası #aalto sözünün orfoqrafiyası #aalto rusca #aalto inglisça #aalto fransızca #aalto sözünün istifadəsi #sözlük