Avatar: Aanq haqqında əfsanə (Kitab 2)
Kitab 2: Torpaq (ing. Book 2: Earth) Avatar: Aanq haqqında əfsanə cizgi serialının ikinci mövsümüdür.
Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka, Aanqa torpaq maqiyanın müəllimi tapmaq üçün Yer Krallığın ərazidə səyahət edib, orada Tof Bei Fonqnan rast gəlirlər. Bundan sonra dostlar müharibə üçün vacib məlumatı əldə edib, Appayı itirirlər. Əldə aldığları məlumatı Yer Krala vermək və Appayı qaytarmaq üçün, onlar Yer Krallığın paytaxtına — Ba Sinq Se şəhərinə üz tuturlar.
İkinci kitab "Televiziya Layihələrin arasında Ən Yaxşı Cizgi Personajı" nominasiyada Enni mükafatı və "Cizgidə Görkəmli Şəxsi Nailiyyət" nominasiyada Emmi mükafatı alıb.
== İstehsalı ==
Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər. Seriyalar Aaron Ehasz, Elizabet Uelç Ehazs, Tim Hedrikç, Con O'Brayan və serialın yaradıcıları Maykl Dante DiMartino və Brayan Konietzkodan ibarət olan komanda tərəfindən yazılıblar.Mövsümün musiqisi Ceremi Zukerman və Benjamin Vinndən ibarət olan The Track Team tərəfindin bəstələmiş.