Abbad sözü azərbaycan dilində

Abbad

Yazılış

  • Abbad • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbad ibn Bişr
Abbad ibn Bişr (ərəb. عباد بن بشر‎ 589, Mədinə – 632) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Mədinədə anadan olmuşdur. Məhəmməd peyğəmbərin Mədinəyə göndərdiyi Musab ibn Umeyrin xütbələri sayəsində İslam ehkamı ilə tanış olur. İslamı qəbul etdikdən sonra zahid bir həyat tərzi keçirir, namaza çox vaxt sərf edir. O, parlaq Quran alimi idi. Aişə binti Əbu Bəkr demişdir: "Əbdül-Əşxələ nəslindən olan üç ənsardan heç kim fəzilət baxımından üstün ola bilməzdi: Səd ibn Muaz, Üseyd ibn əl-Xudeyr və Abbad ibn Bişr". Abbad ibn Bişr Peyğəmbərin dövründə bütün hərbi yürüşlərdə iştirak etmişdir. 626-cı ildə Məhəmməd peyğəmbər Bəni Muharib və Bənu Sələbə qəbilələrinə qarşı yürüş edir. Vadilərin birindəki "Zat ər-Rikaa" döyüşündən qayıdan dəstə gecəni saxlanır.
II Abbad əl-Mötədid
II Abbad əl-Mötədid (1016, Sevilya – 28 fevral 1069, Sevilya) — Abbadilər sülaləsindən ikinci hökmdar. == Həyatı == Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi. II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna rəğmən Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı.
Abbadilər sülaləsi
Abbadilər sülaləsi—İşbiliyə mərkəz olmaq üzrə cənubi-qərbi Əndülüsdə hökm sürən bir ərəb xanədanı (1023-1091). == Tarixi == İşbiliyə qazısı Əbülqasım Məhəmməd ibn Abbad, Əndülüs Əməvi xilafətinin son illərində müluküt-təvaifin ortaya çıxdığı sırada Abbadilərin istiqlalını elan etdi (1023). Xanədanın qurucusu Məhəmməd ibn Abbadın Hirədəki Lahmi kralları soyundan gələn ataları, Əndülüsün fəthindən dərhal sonra Hımstan İşbiliyəyə köç edərək orada yerləşmişdilər. Məhəmməd ibn Abbad başlanğıcda Malaqadakı Həmmudilərin hakimiyətini qəbul etsə də, bu durum çox davam etmədi. Bu dövrdə Abbadilərin ən təhlikəli rəqibləri Kortubadakı Cöhvərilər idi. Dövrü hqqında çox bilgi olmayan Məhəmməd ibn Abbad 1042-ci ildə öldü. Muhamməd ibn Abbadın oğlu Əbu Amr Abbad b. Məhəmməd, ərəblərin lideri sifətiylə Əndülüsdəki Bərbərilərə qarşı hərəkətə keçdi. İlk iş olarak Karmunədəki (Carmona) Məhəmməd ibn Abdullah əl-Birzali və oğlu İshaq ilə mücadiləyə girişdi. Daha sonra ölkəsini qərbə doğru genişlətmək üçün əsgəri hərəkata başladı.
Antuan Tomson d' Abbadi
Antuan Tomson d' Abbadi (fr. Antoine Thomson d'Abbadie; 3 yanvar 1810[…], Dublin – 19 mart 1897[…], Paris) — Fransa səyyahı. O, 1838–1848 -ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır. Arno Mişel d' Abbadinin qardaşıdır. == Həyatı == Antuan Tomson d' Abbadi 3 yanvar 1810-cu ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. O, 1837-ci ildə maqnit iynəsinin gündəlik dalğalanmalarını öyrənmək üçün Braziliyaya göndərilmişdir. Abbadi Həbəşistan və Qallalend (oromoların yaşadığı tarixi region) ölkələrini gəzmiş və tədqiq etmişdir. O, 1867-ci ildə Fransa Elmlər Akademiyasının üzvü seçilmişdir. Abbadi 1882-ci ildə Santo-Dominqoda Veneranın Günəşin üzərindən keçməsini müşahidə etmişdir. O, 19 mart 1897-ci ildə Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir.
Arno Mişel d' Abbadi
Arno Mişel d' Abbadi (fr. Arnaud Michel d'Abbadie, 24 iyul 1815[…], Dublin – 13 noyabr 1893, Sibur[d]) — Fransa səyyahı. O, 1838–1848-ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır. Antuan Tomson d' Abbadinin qardaşıdır.Arno Mişel d' Abbadi 24 iyul 1815-ci ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. Qardaşlar 1837-ci ildə Efiopiyaya səyahətinə başlamazdan əvvəl Arno d' Abbadi Əlcəzairdə idi. Onlar 1838-ci ilin fevralında Massavaya getmişdir. Arno və Antuan 1838-ci ildən 1848-ci ilə qədər Efiopiyada coğrafiya və etnoqrafiyaya dair çoxlu qiymətli məlumatlar toplamış, onları səyahətlərinin təsvirlərində dərc etmişdir. 1850-ci ildə qardaşlar Paris Coğrafiya Cəmiyyətinin Böyük Medalı ilə təltif olunmuşdular. Arno Abbadi 1853-cü ildə Efiopiyaya növbəti dəfə səfər etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Кублицкий Г. И. По материкам и океанам.
Jak Abbadi
Jak Abbadie (fr. Jacques Abbadie), həmçinin Ceyms Abbadi (ing. James Abbadie; 1654[…] – 25 sentyabr (6 oktyabr) 1727, 15 sentyabr 1727 və ya 1727, Marlibon[d], Böyük London[…]) — protestant keşiş və yazıçı. == Həyatı == Jak Abbadi təxminən 1654-cü ildə Fransanın Bern kantonunun Ney şəhərində anadan olmuşdur. O, Sedan və Saumurda təhsil alıb. Abbadinin erkən akademik uğuru onun cəmi on yeddi yaşında olanda Sedandakı akademiyadan ilahiyyat dərəcəsi almasına gətirib çıxarmışdır. Jak Abbadi Berlində, sonra isə Londonda fransız protestant qaçqınlarının keşişi olmuşdur.Jak Abbadi 1690-cı ildə Londondakı Savoy Kapellasında Fransa kilsəsinin rəhbəri təyin edilmişdir. O, 1699-cu ildə İrlandiyada Killalo kilsəsinin dekanı olmuşdur. Jak Abbadi 25 sentyabr 1727-ci ildə, London şəhərinin yaxınlığında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Jak Abbadi ilə əlaqəli mediafayllar var.
Klaudio Abbado
Klaudio Abbado (26 iyun 1933[…], Milan – 20 yanvar 2014[…], Boloniya) — italyan rejissoru. == Həyatı == K. Abbado Vyana beynəlxalq bəstəkarlar müsabiqəsi, "Berlin görüşləri" kamera musiqisi festivalı və Zaslburq Milad Serialının banisi idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#abbad nədir? #abbad sözünün mənası #abbad nə deməkdir? #abbad sözünün izahı #abbad sözünün yazılışı #abbad necə yazılır? #abbad sözünün düzgün yazılışı #abbad leksik mənası #abbad sözünün sinonimi #abbad sözünün yaxın mənalı sözlər #abbad sözünün əks mənası #abbad sözünün etimologiyası #abbad sözünün orfoqrafiyası #abbad rusca #abbad inglisça #abbad fransızca #abbad sözünün istifadəsi #sözlük