Abbadi sözü azərbaycan dilində

Abbadi

Yazılış

  • Abbadi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jak Abbadi
Jak Abbadie (fr. Jacques Abbadie), həmçinin Ceyms Abbadi (ing. James Abbadie; 1654[…] – 25 sentyabr (6 oktyabr) 1727, 15 sentyabr 1727 və ya 1727, Marlibon[d], Böyük London[…]) — protestant keşiş və yazıçı. == Həyatı == Jak Abbadi təxminən 1654-cü ildə Fransanın Bern kantonunun Ney şəhərində anadan olmuşdur. O, Sedan və Saumurda təhsil alıb. Abbadinin erkən akademik uğuru onun cəmi on yeddi yaşında olanda Sedandakı akademiyadan ilahiyyat dərəcəsi almasına gətirib çıxarmışdır. Jak Abbadi Berlində, sonra isə Londonda fransız protestant qaçqınlarının keşişi olmuşdur.Jak Abbadi 1690-cı ildə Londondakı Savoy Kapellasında Fransa kilsəsinin rəhbəri təyin edilmişdir. O, 1699-cu ildə İrlandiyada Killalo kilsəsinin dekanı olmuşdur. Jak Abbadi 25 sentyabr 1727-ci ildə, London şəhərinin yaxınlığında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Jak Abbadi ilə əlaqəli mediafayllar var.
Antuan Tomson d' Abbadi
Antuan Tomson d' Abbadi (fr. Antoine Thomson d'Abbadie; 3 yanvar 1810[…], Dublin – 19 mart 1897[…], Paris) — Fransa səyyahı. O, 1838–1848 -ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır. Arno Mişel d' Abbadinin qardaşıdır. == Həyatı == Antuan Tomson d' Abbadi 3 yanvar 1810-cu ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. O, 1837-ci ildə maqnit iynəsinin gündəlik dalğalanmalarını öyrənmək üçün Braziliyaya göndərilmişdir. Abbadi Həbəşistan və Qallalend (oromoların yaşadığı tarixi region) ölkələrini gəzmiş və tədqiq etmişdir. O, 1867-ci ildə Fransa Elmlər Akademiyasının üzvü seçilmişdir. Abbadi 1882-ci ildə Santo-Dominqoda Veneranın Günəşin üzərindən keçməsini müşahidə etmişdir. O, 19 mart 1897-ci ildə Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir.
Arno Mişel d' Abbadi
Arno Mişel d' Abbadi (fr. Arnaud Michel d'Abbadie, 24 iyul 1815[…], Dublin – 13 noyabr 1893, Sibur[d]) — Fransa səyyahı. O, 1838–1848-ci illərdə Efiopiya yaylasında kəşfiyyat işləri aparmışdır. Antuan Tomson d' Abbadinin qardaşıdır.Arno Mişel d' Abbadi 24 iyul 1815-ci ildə İrlandiyada, Dublin şəhərində anadan olmuşdur. Qardaşlar 1837-ci ildə Efiopiyaya səyahətinə başlamazdan əvvəl Arno d' Abbadi Əlcəzairdə idi. Onlar 1838-ci ilin fevralında Massavaya getmişdir. Arno və Antuan 1838-ci ildən 1848-ci ilə qədər Efiopiyada coğrafiya və etnoqrafiyaya dair çoxlu qiymətli məlumatlar toplamış, onları səyahətlərinin təsvirlərində dərc etmişdir. 1850-ci ildə qardaşlar Paris Coğrafiya Cəmiyyətinin Böyük Medalı ilə təltif olunmuşdular. Arno Abbadi 1853-cü ildə Efiopiyaya növbəti dəfə səfər etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Кублицкий Г. И. По материкам и океанам.
Abbadilər sülaləsi
Abbadilər sülaləsi—İşbiliyə mərkəz olmaq üzrə cənubi-qərbi Əndülüsdə hökm sürən bir ərəb xanədanı (1023-1091). == Tarixi == İşbiliyə qazısı Əbülqasım Məhəmməd ibn Abbad, Əndülüs Əməvi xilafətinin son illərində müluküt-təvaifin ortaya çıxdığı sırada Abbadilərin istiqlalını elan etdi (1023). Xanədanın qurucusu Məhəmməd ibn Abbadın Hirədəki Lahmi kralları soyundan gələn ataları, Əndülüsün fəthindən dərhal sonra Hımstan İşbiliyəyə köç edərək orada yerləşmişdilər. Məhəmməd ibn Abbad başlanğıcda Malaqadakı Həmmudilərin hakimiyətini qəbul etsə də, bu durum çox davam etmədi. Bu dövrdə Abbadilərin ən təhlikəli rəqibləri Kortubadakı Cöhvərilər idi. Dövrü hqqında çox bilgi olmayan Məhəmməd ibn Abbad 1042-ci ildə öldü. Muhamməd ibn Abbadın oğlu Əbu Amr Abbad b. Məhəmməd, ərəblərin lideri sifətiylə Əndülüsdəki Bərbərilərə qarşı hərəkətə keçdi. İlk iş olarak Karmunədəki (Carmona) Məhəmməd ibn Abdullah əl-Birzali və oğlu İshaq ilə mücadiləyə girişdi. Daha sonra ölkəsini qərbə doğru genişlətmək üçün əsgəri hərəkata başladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16

Oxşar sözlər

#abbadi nədir? #abbadi sözünün mənası #abbadi nə deməkdir? #abbadi sözünün izahı #abbadi sözünün yazılışı #abbadi necə yazılır? #abbadi sözünün düzgün yazılışı #abbadi leksik mənası #abbadi sözünün sinonimi #abbadi sözünün yaxın mənalı sözlər #abbadi sözünün əks mənası #abbadi sözünün etimologiyası #abbadi sözünün orfoqrafiyası #abbadi rusca #abbadi inglisça #abbadi fransızca #abbadi sözünün istifadəsi #sözlük