Abbasb sözü azərbaycan dilində

Abbasb

Yazılış

  • Abbasb • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbasbulağı
Abbasbulağı (Sayınqala)
Abbasbulağı (Sayınqala)
Abbasbulağı (fars. عباس بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardolu kəndistanında, Marağa şəhərindən 81 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (106 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Abbasbulağı (Çaypara)
Abbasbulağı (fars. عباس بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhcik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 42 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Abbasbəyli
Abbasbəyli — Azərbaycan soyadı və toponim. Həmid Abbasbəyli (1991—2020) — Vətən müharibəsi şəhidi. Nigar Helmi Abbasbəyli (d. 1975) — Azərbaycan rəssamı. == Toponim == Abbasbəyli (Qazax) Abbasbəyli (Saatlı) Abbasbəyli (Ərdəbil) Abasbəyli — Masallı rayonunun Yeyənkənd inzibati vahidində kənd.
Abbasbəyli (Masallı)
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Abbasbəyli (Qazax)
Abbasbəyli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Sərhəd kəndi olduğundan vaxtaşırı atəşə məruz qalır. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Daharbəylidir. Yaşayış məntəqəsi XIX əsrdə Dəmirçilər kəndinin abbasbəyli adlı nəslinə mənsub ailələr tərəfindən salınmışdır. == Təhsil == Kənddəki ibtidai məktəb binası 1970-ci ildə tikilmiş, hazırda isə qəzalı vəziyyətdədir. Məktəbin yerləşdiyi ərazi Ermənistan ordusu postlarının açıq hədəfindədir. Cəmi iki sinfi olan bu məktəbdə 11 şagird oxuyur (2015).
Abbasbəyli (Saatlı)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Abbasbəyli (Sabirabad)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Abbasbəyli (Ərdəbil)
Abbasbəyli — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin İcərud kəndistanında, Germi qəsəbəsindən 40 km şimalda, Germi-Biləsuvar avtomobil yolunun 35 kilometrliyindədir.
Ağalar Abbasbəyli
Ağalar Nəriman oğlu Abbasbəyli (31 dekabr 1941, Bakı) — Azərbaycan tarixçisi və dövlət xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1987–1988), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi (1981–1987). == Həyatı == Ağalar Abbasbəyli 1941-ci il dekabrın 31-də Bakı şəhərində dünyaya gəlib. 1958-ci ildə orta məktəbi bitirib. M. V. Lomonosov adına MDU-nun tələbəsi, aspirantı, stajoru və doktorantı olub. Tarix elmləri doktoru elmi dərəcəsi və iki istiqamət üzrə elmi adı var: tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor. 500-dək elmi əsərin müəllifidir. Bunlardan 50-si monoqrafiya və dərsliklərdir. Elmi-pedaqoji fəaliyyət dövründə 25 alim – elmlər namizədi və elmlər doktoru hazırlyıb, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, "Beynəlxalq münasibətlər" ixtisası üzrə 50 nəfər magistrın ərsəyə gəlməsində mühüm rol oynayıb. 100-dən yuxarı elmi-nəzəri konfransda, o cümlədən xarici ölkədə keçirilən 30 konfransda iştirak edib. Müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Beynəlxalq əlaqələr" kafedrasının yaradıcısı və müdiri olub, müxtəlif dövlət və partiya vəzifələrində çalışıb, xarici ölkələrdə Sovet səfirliyində müşavir, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və AR Sülh Fondunun sədri olub, Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri, Azərbaycan KP Təşviqat Komissiyasının sədr müavini və sədr əvəzi, MSK-nın üzvü və s.
Həmid Abbasbəyli
Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991, Kirov rayonu – 20 oktyabr 2020, Qırmızı Bazar, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda Cavanşir Abbasov və Gülnarə Məmmədovanın ailəsində anadan olub. 1998–2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirmişdir. 2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. == Hərbi xidməti == Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir.
Nigar Helmi Abbasbəyli
Nigar Helmi Abbasbəyli (21 fevral 1975, Bakı şəhəri) — Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəznində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP). "Miras" qrupunun yaradıcısı və kreativ direktoru. == Həyatı == Nigar Helmi Abbasbəyli 21 fevral 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecin, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. === Şəxsi həyatı === Məmməd Abbasbəyli ilə ailəlidir. 3 övladları var. Mirzə Nəsrulla Əmirovun nəticəsidir. == Karyerası == Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub.

Oxşar sözlər

#abbasb nədir? #abbasb sözünün mənası #abbasb nə deməkdir? #abbasb sözünün izahı #abbasb sözünün yazılışı #abbasb necə yazılır? #abbasb sözünün düzgün yazılışı #abbasb leksik mənası #abbasb sözünün sinonimi #abbasb sözünün yaxın mənalı sözlər #abbasb sözünün əks mənası #abbasb sözünün etimologiyası #abbasb sözünün orfoqrafiyası #abbasb rusca #abbasb inglisça #abbasb fransızca #abbasb sözünün istifadəsi #sözlük