Abbasl sözü azərbaycan dilində

Abbasl

Yazılış

  • Abbasl • 50.0000%
  • abbasl • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbaslar
Abbaslar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd olmuşdur. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir. İndi ölü kənddir. Toponim abbaslar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Toponimik adı == Abbaslar kəndin əsasını qoymuş nəslin adıdır.
Abbaslı
Abbaslı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Abbaslı/Abaslı Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şəmkir çayının sahilində, dağ ətəyindədir. Oykonim abbaslı/abaslı etnonimi ilə bağlıdır. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əsası XIX əsrdə İrəvan quberniyasından gəlmiş eyniadlı nəslə məxsus ailələr tərəfindən qoyulmuşdur. 1917-ci ildə Yardımlı rayonunun Şiləvəngə inzibati-ərazi vahidində Abaslı kənd adı qeydə alınmışdır. == Əhalisi == Əhalisinin sayı 2970 nəfərdir (2015). Əhalinin əsasə məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Abbaslı (Zəncan)
Abbaslı - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat-Əfşariyyə kəndistanında, Qiydar qəsəbəsindən 34 km qərbdədir.
Abbaslı bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Arif Abbaslı
Arif Firuz oğlu Abbaslı (15 dekabr 1993, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir yaşlı Ləman adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgin Abbaslı
Elgin Ağayar oğlu Abbaslı (16 may 1991, Dəyhan, Laçın rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Elgiz Abbaslı
Elgiz Abbaslı (21 may 1998, Sabirabad rayonu – 8 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Elgiz Fuad oğlu Abbaslı 1998-ci il mayın 21-də Sabirabad rayonu cavad kəndin-də anadan olub. == Hərbi xidməti == Elgiz Abbaslı 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgiz Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elgiz Abbaslı oktyabrın 10-da şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elgün Abbaslı
Elgin Ağayar oğlu Abbaslı (16 may 1991, Dəyhan, Laçın rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Elmira Abbaslı
Elmira Mikayıl qızı Abbaslı — Azərbaycanın milli geyimləri muzeyinin və "Qızıltikmə" məktəbinin yaradıcısı == Həyatı == 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 yaşından tətbiqi sənətlə məşğul olur. 1987-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü. XIX əsr Azərbaycan milli kostyumunun və ənənəvi tikmələrin bərpası ilə məşğul olur. Bir çox beynəlxalq sərgilər və müsabiqələrin iştirakçısı olmuşdur. Böyük müvəfəqiyyətlə Azərbaycanın tikmələrini Finlandiya, Polşa, Türkiyə, Fransa, Malta və digər ölkələrdə təqdim etmişdir. 1994–1996-cı illərdə Azərbaycanın milli geyimləri muzeyini yaratmışdır.Muzeyin dizaynı və bütün eksponatları onun ikiillik əməyinin məhsulu olmuşdur. "Qızıltikmə" məktəbinin əsası qoyulmuşdur. İncəsənətin bu növünü o öz tələbələrinə öyrədir. Muzey haqqında Azərbaycan televiziyası üçün film çəkilmişdir.
Elnur Abbaslı
Elnur Yaşar oğlu Abbaslı (17 iyul 1992, Köçərli, Tərtər rayonu – 8 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hikmət Abbaslı
Hikmət Zahir oğlu Abbaslı (11 noyabr 1998; Beyləqan rayonu, Azərbaycan — 9 noyabr 2020; Muxtar-Şuşakənd istiqaməti, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Abbaslı 11 noyabr 1998-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 2006-2017-ci illərdə Beyləqan rayon F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildə təhsilini Bakı Humanitar Kollecində davam etdirmişdir. hərbi xidmətini bitirdikdən sonra siqnalizasiya və təhlükəsizlik şirkətlərinin birində çalışmışdır. Subay idi. == Hərbi xidməti == Hikmət Abbaslı 2017-2018-ci illərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə etmişdir. Hikmət Abbaslı 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Munis Abbaslı
Munis Həbibullah oğlu Abbaslı (18 mart 2000, Beyləqan rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Munis Abbaslı 18 mart 2000-ci il Beyləqan rayonunda anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Abbaslı Munis 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Abbaslı Munis 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbaslı Munis oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Nail Abbaslı
Nail Adil oğlu Abbaslı (10 fevral 1997, Qarabaldır, Oğuz rayonu – 13 sentyabr 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. == Həyatı == Nail Abbaslı 1997-ci il fevralın 10-da Oğuz rayonunun Qarabaldır kəndində anadan olub. == Hərbi xidməti == Nail Abbaslı 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Namiq Abbaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Nizami Abbaslı
Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) (1 yanvar 1957, Şamxor rayonu) — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü. == Həyatı == Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub. Çəkdiyi "Balaban" sənədli filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.Ailəlidir, 1 övladı var. == Filmoqrafiya == Adam (film, 2010) Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) — quruluşçu operator Ağ-qara dünya (film, 1991) — operator (sənədli film) Axırıncı addım (film, 1989) — operator (sənədli film) Aman, ayrılıq (film, 1989) Aşiqi sadiq (film, 2014) Azadlığa gedən yollar (film, 1990) — operator (sənədli film) Azadlıq elçisi (film, 1993) Azərbaycan xalçası (film, 2009) Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015) Azərbaycan rəngkarlığının kraliçası (film, 2009) Azərbaycan: Tarixdən səhifələr (film, 2008) — rejissor, operator (sənədli film) Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987) Batalyon (film, 2016) Bəşəriyyətin beşiyi (film, 2011) Bəyaz həyat (film, 2003) — quruluşçu operator (çoxseriyalı bədii film) Bu Naxçıvandır (1999) — operator (sənədli film) Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984) Dözümlü minarələr (film, 1991) El bir olsa...
Ramiz Abbaslı
Ramiz Abbaslı (Ramiz Məhəmməd oğlu Bərxudarov; 1 iyul 1948, Papravənd, Ağdam rayonu) — Azərbaycan yazıçısı; ingilis, alman və rus dillərindən bədii ədəbiyyat tərcüməçisi. == Həyatı == Ramiz Abbaslı 1948-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Səkkizinci sinfə qədər öz kəndlərində oxusa da, yuxarı siniflərdə təhsilini qonşu Boyəhmədli kəndindəki orta məktəbdə davam etdirib. Uşaqlıqdan musiqiyə, şəkil çəkməyə meyilli olub. Bədii ədəbiyyatı da sevir, mütaliə edirdi; azərbaycan yazıçılarının, eləcə də dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini oxumaqdan xüsusi bir zövq alırdı; ən çox sevdiyi kitablar isə "Koroğlu" dastanı, S.S.Axundovun əsərləri, əsasən də "Qaraca qız", və "Nurəddin" hekayələri, Mark Tvenin "Tom Soyyerin macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", Rəşad Nuri Güntəkinin "Çalı quşu", F.M.Dostoyevskinin "Cinayət və cəza", V,Hüqonun "Səfillər" romanları olub. Məktəbdə oxuduğu dövrdə R.Abbaslı əsasən riyaziyyat, fizika və kimya fənnlərini böyük bir maraqla öyrənirdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Dövlət Universitetinin kimya fakultəsində davam etdirib. Ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb və uzun illər neft sənayesində çalışıb. == Yaradıcılığı == Yazıçı Ramiz Abbaslı öz əsərlərini azərbaycan və rus dillərində yazır. Ara-sıra dövri mətbuatda bədii və publisistik yazılarla çıxış edən Ramiz Abbaslının ilk kitabı olan "Yeddi kəndin məktəbi" 1996-cı ildə çapdan çıxıb.
Tural Abbaslı
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı, Azərbaycan SSR) — Azərbaycan siyasətçisi; jurnalist; Müsavat Partiyasının üzvü və funskionerlərindən biri (2000–2016); Ağ Partiyasının sədri (2016-cı ildən).Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. 2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Abbaslı mətbuata verdiyi bir digər müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir. Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb. O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürsə də Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə prosedur nöqsanlarına yol verdiyi üçün namizədliyi qeydə alınmayıb. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuş, lakin Məlahət İbrahimqızına məğlub olmuşdur. == Həyatı == Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Atasını erkən yaşlarında itirən Abbaslı, Müsavat Partiyasının Divan üzvü olmuş anası Başxanım Abbasovanın himayəsində böyüyüb.
İsrafil Abbaslı
Abbaslı İsrafil İsmayıl oğlu (1 fevral 1938, İrəvan – 24 mart 2013, Bakı) — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri (2003-2013), filologiya elmləri doktoru (1986), professor (1998). == Həyatı == Abbaslı İsrafil İsmayıl oğlu 1938-ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur. 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri idi. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır. İ.Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə Azərbaycan folklorşünaslığını təmsil etmişdir. O, altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik «Azərbaycan dastanları»nın, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın I kitabı, əlli cildlik «Dünya uşaq ədəbiyyatı» seriyasının III kitabı, «Azərbaycan ədəbiyyatı inciləri» seriyasının «Dastanlar» cildinin, «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyasının və s.

"abbasl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abbasl nədir? #abbasl sözünün mənası #abbasl nə deməkdir? #abbasl sözünün izahı #abbasl sözünün yazılışı #abbasl necə yazılır? #abbasl sözünün düzgün yazılışı #abbasl leksik mənası #abbasl sözünün sinonimi #abbasl sözünün yaxın mənalı sözlər #abbasl sözünün əks mənası #abbasl sözünün etimologiyası #abbasl sözünün orfoqrafiyası #abbasl rusca #abbasl inglisça #abbasl fransızca #abbasl sözünün istifadəsi #sözlük