Abbasov sözü azərbaycan dilində

Abbasov

Yazılış

  • Abbasov • 99.4792%
  • ABBASOV • 0.4254%
  • abbasov • 0.0875%
  • AbBasov • 0.0080%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəfərxan Abbasov
Cəfərxan Abbas oğlu Abbasov (1903, Naxçıvan qəzası – 29 avqust 1965) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1950). Cəfərxan Abbasov 1903-cü ildə İliç rayonunun Təzəkənd kəndində anadan olmuşdur. İliç rayonunun M.Qorki adına kolxozunda manqa başçısı işləmişdir. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 17 iyun 1950-ci ildə pambıqçılığın inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Cəfərxan Abbasov 29 avqust 1965-ci ildə İliç rayonunun (indiki Şərur rayonu) Oğlanqala kəndində vəfat etmişdir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Cəlal Abbasov
Cəlal Əşrəf oğlu Abbasov (d. 8 may 1957) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007), BMT Mükafatı laureatı (1998), Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı (1990) [mənbə göstərin], "Humay" Milli mükafatı laureatı (2022). 1957-ci il mayın 8-də Bakıda anadan olub. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini (Q. Qarayevin sinfi), 1984-cü ildə "Bəstəkarlıq" kafedrasınin assistent-stajorluq kursunu bitirib. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri dəfələrlə ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, İndoneziya, Gənubi Koreya, Türkiyə, Norveç, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (o cümlədən, III "Sülhün səsi", IV (Şuşaya həsr olunmuş) — "If I could see you again…"), beş kantata (o cümlədən, "Bahar mərasimi" — Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk əsər), orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"("postlüdiya" janrının Azərbaycanda ilk nümunəsi), "Şən Bahar" ("Vesyolaya Vesna") uşaq operası (rusdilli uşaqlar üçün Novruz adət-ənənələrini nəql edən) və digərləri xüsusi diqqətə layiqdir. Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır ("bəstəkarlıq", "orkestrləşmə", "partitura qiraəti" fənləri).
Cəsarət Abbasov
Elman Abbasov
Elman Abbasov (tam adı: Abbasov Elman Abbas oğlu; 25 iyul 1953, Naxçıvan – 2 mart 2016) — Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. Elman Abbasov 25 iyul 1953-cü ildə Naxçıvanda anadan olmuşdur. 2 mart 2016-cı ildə vəfat etmişdir. Elman Abbasov 01.06.1972-ci il tarixindən 05.05.1974-cü il tarixinədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçmiş və Ehtiyat zabit hazırlığı kursunun tank komandiri ixtisasını bitirdiyinə görə SSRİ Müdafiə Nazirinin 28.08.1974-cü il tarixli müvafiq əmrinə əsasən "Kiçik Leytenant" hərbi rütbəsi verilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Komandirinin 23.06.1979-cu il tarixli müvafiq əmri ilə "ehtiyatda olan leytenant" və 23.07.1984-cü il tarixli müvafiq əmri ilə "ehtiyatda olan baş leytenant" hərbi rütbəsi verilmişdir. Elman Abbasov Naxçıvan Mülki Müdafiə Qərərgahının rəisi, Babək rayonu XDS İcrayə Komitəsinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə yaradılan Xalq ordusunun komandiri olaraq fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikasl Ali Məclisinin 20.09.1991-ci il tarixli Fərmanı ilə Elman Abbasov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.07.1992-ci il tarixli müvafiq əmri ilə o, 5-ci əlahiddə motoatıcı briqadanın komandiri vəzifəsinə təyin edilmiş və AR Müdafiə Nazinin 28.11.1992-ci il tarixli əmri tutduğu vəzifədən azad edilmişdir. O, həmçinin, 705 saylı hərbi hissənin ilk komandiri və Naxçıvan Ali Məclisi Rəyasət Heyətinin müdafiə məsələləri şöbəsinin müdiri olaraq da çalışmışdır. Elman Abbasov 28 aprel 1994-cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Elnur Abbasov
Elnur Abbasov (7 mart 1984, Mingəçevir) — Azərbaycanlı futbolçu. Elnur Abbasov 7 mart 1984-cü ildə Mingəçevirdə anadan olmuşdur. Əvvəlki klubları: Ədliyyə Bakı, Turan Tovuz, Karvan, MKT-Araz, Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. Azərbaycan çempionatının gümüş mükafatçısı (Karvan - 2006).
Elvin Abbasov
Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. İKT üzrə ekspert. Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi.
Elxan Abbasov
Elxan Yunis — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Elçin Abbasov
Elşən Abbasov
Elşən Qurban oğlu Abbasov (1992, Birinci Şahsevən, Beyləqan rayonu – 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Abbasov 30 dekabr 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. Elşən Abbasov 28 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı şəhid olub.
Emil Abbasov
Emil Abbasov (tam adı: Abbasov Emil İnqilab oğlu; 11 iyul 1971, Bakı) — "Bakılı oğlanlar" ŞHK komandasının üzvü. 11 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. 1978 – 1988-ci illərdə Bakı şəhəri 160 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1993-cü ildə həmin institutu bitirib. İxtisası iqtisadçıdır. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur. 2001-ci ildə Planet Parni iz Baku KVN Teatrında çıxış edib. Hazırda Çində yaşayır. Amma son dövrlər yenidən KVN sıralarına qatılmışdır.
Fuad Abbasov
Fuad Abbasov (15 dekabr 1976, Bakı) — Azərbaycan jurnalisti. Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. 1990-cı illərdə İstanbul Universitetinin jurnalistika fakultetini bitirib. Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu. Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib. Fuad Abbasov 2019-ci il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib.
Fərid Abbasov
Fərid Abbasov (31 yanvar 1979, Bakı) — azərbaycanlı qrosmeyster (2007). 2558 FİDE reytinqi ilə dünyada 378-ci ölkəsində isə 8-cidir. 1997-ci ildə Avropa Gənclər Şahmat Çempionatında ikinci yeri tutub. 2001-ci ildə beynəlxalq master titulu ilə mükafatlandırılıb. 2007-ci ildə İsveçin Laholm şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. O, doqquz il Azərbaycan Gənclər şahmat komandasına məşqçilik edib. Fərid Abbasov 31 yanvar 1979-cu ildə anadan olub.
Fərrux Abbasov
Fərrux Azər oğlu Abbasov (18 oktyabr 1994, Zəlimxan, Ağstafa rayonu – 25 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərrux Abbasov 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001–2012-ci illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Fərrux Abbasov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərrux Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Fərrux Abbasov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Zəlimxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S.Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.
Həsənəli Abbasov
Abbasov
Abbasov — Azərbaycanda çox yayılmış soyadlardan biri. Namiq Abbasov Namiq Abbasov (siyasətçi) — general Namiq Abbasov (həkim) — Tibb elmləri doktoru Akim Abbasov — general-mayor, Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı. Mehdi Abbasov Mehdi Abbasov (milli qəhrəman) Mehdi Abbasov (direktor) Elvin Abbasov Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi. Emil Abbasov — Azərbaycan aktyoru. Abbas Abbasov Abbas Abbasov (dövlət xadimi) — Azərbaycan Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini (1992–2006). Abbas Abbasov (mühəndis) — Alim, Texnika elmləri doktoru Adil Abbasov — operator, operator assistenti. Tofiq Abbasov Tofiq Abbasov (politoloq) Tofiq Abbasov (futbolçu) Tofiq Abasov (əməkdar məşqçi) Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam.
Elbrus Abbasov
Elbrus Abbasov (1 yanvar 1950, Ağdam – 14 dekabr 2020) — "Qarabağ" futbol klubunda oynayıb. Elbrus Osman oğlu Abbasov 1950-ci ildə Ağdam şəhərində anadan olub. 1967-ci idən "Qarabağ" futbol klubunda oynayıb. Gəncənin "Dinamo" komandasının, "Neftçi" klubunun heyətində çəxəş edib. 1976-cı ildə rəqib qapısına 28 qol vurub. "Neftçi"nin güclülər dəstəsində böyük əməyi olub. Sonralar məşqçi kimi fəaliyyət göstərib. Bir müddət Ağdamın "Qarabağ" klubunu çalışdırıb.
Elcan Abbasov
Elcan Əfsəddin oğlu Abbasov (23 sentyabr 2000, Mingəçevir – 21 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elcan Abbasov 23 sentyabr 2000-ci ildə Mingəçevir rayonunda doğulub.2007-2017-ci illərdə Mingeçevirdə təhsil almışdır.Uşaq yaşlarında güləşlə məşğul olmuşdur. Elcan Abbasov təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Elcan Abbasov 2020-ci il noyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Elcan Abbasov oktyabrın 21-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Eldar Abbasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir. Eldar Abasov ailəlidir, bir övladı var. 1975 - Azərbaycan Tibb İnstitutu, Laborant, Bakı ş.
Fazil Abbasov
Fazil Eyvaz oğlu Abbasov (8 dekabr 1950, Horovlu, Cəbrayıl rayonu) – Azərbaycan kardiocərrahı, tibb elmlər doktoru (1990). Fazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. F. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur). Tədqiqatları əsasən anesteziologiya-reanimatologiyanın, ürəkda mar və torakal cərrahiyyənin aktual problemlərinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin müəllifidir. Abuzər Qazıyev Məhərrəm Mustafayev (alim) Fazil Eyvaz Abbasov, M. D. saglamTV. Fazil Abbasov. T.e.d. Ürək cərrahı.
Gündüz Abbasov
Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır. Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlmişdir. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi. Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi.
Hacağa Abbasov
Abbasov Hacıağa Mütəllib oğlu (16 iyun 1888, Maştağa, Bakı qəzası – 7 may 1975, Bakı) — Azərbaycanın görkəmli səhnə ustası, aktyor, teatr təşkilatçısı, dramaturq, Azərbaycanın xalq artisti (1932). Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb.
Hacıağa Abbasov
Abbasov Hacıağa Mütəllib oğlu (16 iyun 1888, Maştağa, Bakı qəzası – 7 may 1975, Bakı) — Azərbaycanın görkəmli səhnə ustası, aktyor, teatr təşkilatçısı, dramaturq, Azərbaycanın xalq artisti (1932). Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb.
Hacıbaba Abbasov
Hacıbaba Abbasov (tam adı:Hacıbaba Səməndər oğlu Abbasov; 1 iyul 1931, Quba rayonu – 2001) — biologiya elmləri doktoru, professor. 1 iyul 1931-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində və Quba kənd təsərrüfatı texnikumunda oxuduqdan sonra təhsilini davam etdirərək Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Elmlər Akademiyası zoologiya institutunun ixtiologiya laboratoriyasına aspirant qəbul edilir. 1959-cu ildə o, "Mingəçevir su anbarı əsas vətəgə balıqları körpələrinin biologiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülür. Bundan sonra o, demək olar ki, Respublikanın əsas balıq təsərrüfatı sularının, o cümlədən Naxçıvan MSSR-nın, Azərbaycanın Şimali-qərb hissəsi sularının vətəgə balıqları körpələrini daha geniş surətdə öyrənmişdir. O, 1962-ci ildə Xəzər dənizində neft yataqlarının axtarışı zamanı tətbiq edilən partladıcı maddələrin balıqlara təsirinin öyrənilməsində də iştirak etmişdir. Daha sonralar onu su anbarlarının, Kürətrafı göllərin, Xəzərətrafı liman və körfəzlərin balıqçılıqda mənimsənilməsi məsələləri maraqlandırmışdır. Bunlarla yanaşı o, həm də "İnsan və biosfer" proqramı üzrə növü areal daxilində öyrənən (Respublikada) qrupun rəhbəri olmuşdur. Hacıbaba Abbasov 1965–1969-cu illərdə Mingəçevir təcrübə laboratoriyasının rəhbəri olmuş, 1969–1973-cü illərdə Cənubi Xəzər balıqçılığı idarəsinin rəisi işləmiş, 1973–1982-ci illərdə Zoologiya institutunun ixtiologiya laboratoriyasına rəhbərlik etmişdir.
Hüseyn Abbasov
Hüseyn Əlizadə oğlu Abbasov (13 fevral 1993; Hacıqabul, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Hüseyn Abbasov 1993-cü il fevralın 13-də Hacıqabul şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Abbasov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmira Abbasova
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abbasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elvin Abbasov (baş çavuş)
Elvin Şamil oğlu Abbasov (6 may 1992, Umudlu, Ağdərə rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Abbasov 1992-ci il mayın 6-da keçmiş Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Abbasov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Abbasov (iş adamı)
Elvin Abbasov (tam adı: Elvin Abbasov Miribadət oğlu; 13 iyul 1982, Cəlilabad rayonu) — azərbaycanlı iş adamı; İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru. Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin bir sıra şirkətlərində kompüter və İnformasiya texnologiyaları üzrə mühəndis, ekspert, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra "INTERLAND Company" MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə "SalamNews" İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən Vision TV şirkətini təsis edib. 2015-ci ildə "Bələdiyyələrin vahid ödəmə sistemi"ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur. 2015-ci ildə "Sərmayənin Milliləşməsi" və eyni zamanda bu sahədə "Milli internet resuslarının yaradılması" fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır.. Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə tez-tez mətbuatda məqalələri yayımlanmışdır.
Elvin Abbasov (əsgər)
Elvin Səxavət oğlu Abasov (17 iyun 1993, Çarhan, Şamaxı rayonu – 22 noyabr 2020, Ağcabədi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Abasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub. Elvin Abasov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elvin Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Abasov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Abbasov (folklorşünas)
Elçin Abbasov (əsgər)
Elçin Saleh oğlu Abbasov
Elşən Abbasov (əsgər)
Elşən Qurban oğlu Abbasov (1992, Birinci Şahsevən, Beyləqan rayonu – 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Abbasov 30 dekabr 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. Elşən Abbasov 28 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı şəhid olub.
Fəridə Abbasova

Oxşar sözlər

#abbasov nədir? #abbasov sözünün mənası #abbasov nə deməkdir? #abbasov sözünün izahı #abbasov sözünün yazılışı #abbasov necə yazılır? #abbasov sözünün düzgün yazılışı #abbasov leksik mənası #abbasov sözünün sinonimi #abbasov sözünün yaxın mənalı sözlər #abbasov sözünün əks mənası #abbasov sözünün etimologiyası #abbasov sözünün orfoqrafiyası #abbasov rusca #abbasov inglisça #abbasov fransızca #abbasov sözünün istifadəsi #sözlük