Abbasquliyev sözü azərbaycan dilində

Abbasquliyev

Yazılış

  • Abbasquliyev • 98.1818%
  • ABBASQULİYEV • 0.9091%
  • abbasquliyev • 0.9091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elnur Abbasquliyev
Elnur Abbasquliyev — azərbaycanlı aktyor. == Həyatı == 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima Teatr-Studiyasında, 2000-2009-cu illərdə Dövlət Pantomim Teatrında aktyor işləmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. Bir neçə televiziya tamaşasında və filmdə rol oynamışdır. E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev.
Məhəmməd Abbasquliyev
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini. == Həyatı == Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib. General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Nadir Abbasquliyev
Əbülfəz Abbasquliyev
Əbülfəz Həsən oğlu Abbasquliyev (may 1918 – 27 iyun 1985) — nasir, dramaturq, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əbülfəz Abbasquliyev 1918-ci ilin mayında Şərur-Dərələyəz qəzasının Mahmudkənd kəndində doğulmuşdur. Həmin kəndin yaxınlığında olan Baş Noraşen kənd nümunə məktəbini bitirəndən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsil almışdır. İlk hekayələrini tələbəlik illərində "Əbülfəz Abbasquluzadə", "A.Əbülfəz" imzalan ilə dərc etdirmişdir. "Çiçəklənən həyat", "And" hekayələri 1937-ci ildə institutun "Lenin tərbiyəsi uğrunda" adlı qəzetində çap olunmuşdur. Sonra Yerevan Dövlət Pedaqoji İnstitutunda, Azərbaycan fakültəsində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir (1938-1943). İnstitut bağlandığına görə, Şərur rayonuna köçmüş, burada rayon qəzeti redaksiyasında məsul katib, redaktor işləmişdir (1943-1947). "Günəş doğur" adlı dram əsəri 1946-cı ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Bundan sonra "Sədəf" pyesini yazmışdır. 1947-ci ildə Bakıya köçüb "Ədəbiyyat qəzeti" redaksiyasında nəsr şöbəsinin müdiri, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində baş müəllim işləmişdir (1947-1960).

Oxşar sözlər

#abbasquliyev nədir? #abbasquliyev sözünün mənası #abbasquliyev nə deməkdir? #abbasquliyev sözünün izahı #abbasquliyev sözünün yazılışı #abbasquliyev necə yazılır? #abbasquliyev sözünün düzgün yazılışı #abbasquliyev leksik mənası #abbasquliyev sözünün sinonimi #abbasquliyev sözünün yaxın mənalı sözlər #abbasquliyev sözünün əks mənası #abbasquliyev sözünün etimologiyası #abbasquliyev sözünün orfoqrafiyası #abbasquliyev rusca #abbasquliyev inglisça #abbasquliyev fransızca #abbasquliyev sözünün istifadəsi #sözlük