Abdalla sözü azərbaycan dilində

Abdalla

Yazılış

  • Abdalla • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdalla Abuqazala
Abdalla Abuqazala (d. 7 noyabr 2000) — Qətərli üzgüçü. Abdalla Abuqazala Qətəri 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Abdalla Abuqazala birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.67 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 88-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Abdallah Aberkane
Abdallah Aberkane (5 may 2000, Quda, Cənubi Hollandiya) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Aberkane ADO Den Haaq akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Liverpul klubu transfer etmək istəmişdir. 11 aprel 2016-cı ildə Aberkane Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2019-cu ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Aberkane öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Din Solomonsu əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Yasper Quda şəhərində anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. == Karyera statistikası == 11 sentyabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Abdallah Marraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Abdallah Əlbatayne
Abdallah Əlbatayne (3 fevral 1986) — İordaniyalı atıcı. Abdallah Əlbatayne İordaniyanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Abdallah Əlbatayne birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 546 xal toplayaraq 30-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Abdallar
Abdallar (Marağa) — Abdallar (Zəncan) — Abdallar (Karpibasar) — Karpibasar mahalında kənd. Abdallar — 1923-cü ilədək Laçın şəhərinin adı. Abdallar — Laçın rayonunda ləğv olunmuş kənd.
Abdallar (Karpibasar)
Abdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı. == Toponimik adı == Abdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı. 1590-cı ilə aid mənbədə Abdallar məzrə (əkin yeri) adı, 1728-ci ilə aid mənbədə isə qəryə (kənd) adıdır. Həmin mənbədə kəndin İrəvan əyalətinin Karbi nahiyəsində Maçdərə kəndinin yaxınlığında yerləşdiyi qeyd olunur və onun Kasim vələdi Yusif adlı bir şəxsə (mülkədara) məxsus olması göstərilir. 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Türkiyə və Ermənistan ərazisində çoxlu toponimlərdə əksini tapmış abdal komponentinin mənasını bütün hallarda müəyyən etmək çətindir. Qədim türk tayfalarından biri Abdal (Ağhun) adlanmışdır, Abdal adlı tayfa başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə vardır. V.A.Qordlevski yazmışdır ki, Abdal tayfası orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan idi. Lakin XV–XVI əsrlərdə İranda və Türkiyədə Sufi təriqətinin üzvləri də abdal (ərəbcə bədəl sözündən) mömin, zahid, müdrik adlanırdı. (I Şah İsmayıl Xətaidə: Sufiyəm təriqətdə, həqiqətdə abdaləm).
Abdallar (Laçın)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur.Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Abdallar (Qırxbulaq)
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır.Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918-1919-cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir.
Abdallar (Xudabəndə)
Abdallar — İranın Zəncan ostanının Xudabəndə şəhristanına daxil olan kənd.. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 25 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (36 ailə).
Abdallar (kənd)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur.Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Abdallar (Çaroymaq)
Abdallar (fars. ابدارلار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 38 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Abdallar ulya
Abdallar ulya - Qarni nahiyyəsində kənd. == Toponimik adı == Abdallar ulya - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı. Abdal etnonimindən və ərəbcə ulya yuxarı sözündən ibarətdir. == Həmçinin bax == İrəvan xanlığı Abdallar Qərbi Azərbaycan == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Əynular (Abdallar)
Əynular və yaxud Abdallar — Uyğurların subetnik qruplarından biri. Çinin Sincan bölgəsində yaşayan türk xalqları. Tyanşanın cənub yamacları, Sincan-Uyğur Muxtar Rayonunun Xotan, Lop, Qarakaş, Yarkənd, Yenihisar, Yenişar mahallarında məskunlaşıblar. Onlar əynu dilində danışırlar və əsasən ələviliyə sadiqdirlər. Təxminən 30.000-50.000 əynu olduğu təxmin edilir. Təkləməkan səhrasının ətrafı onların daha sıx məskunlaşma yeridir. Çinlilər onları əynu, uyğurlar isə abdal adlandırır. == Tarixi == Əynuların əcdadlarının İrandan və ya daha çox qərb bölgələrindən gəldiyi ehtimal olunur. Digər bir fərziyəyə xalqın və danışdıqları əynu dilinin yaranması farsca lüğəti İran dillərinin bir vaxtlar bölgənin əsas ticarət dilləri olmasının və ya fars tacirlərinin yerli qadınlarla evlənməsinin nəticəsidir.Uyğurlar onlara qaraçılar deyirlər. Sayı 30 minə yaxındır, dəqiq məlumat yoxdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 ••••••• 0.39
2004 •••••• 0.34
2009 ••• 0.16
2010 ••••••••••• 0.64
2011 ••••• 0.26
2013 ••• 0.15
2014 •••••••••••••••••••• 1.20
2017 ••• 0.16
2018 ••••••••••••• 0.75
2019 ••••••• 0.42

"abdalla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abdalla nədir? #abdalla sözünün mənası #abdalla nə deməkdir? #abdalla sözünün izahı #abdalla sözünün yazılışı #abdalla necə yazılır? #abdalla sözünün düzgün yazılışı #abdalla leksik mənası #abdalla sözünün sinonimi #abdalla sözünün yaxın mənalı sözlər #abdalla sözünün əks mənası #abdalla sözünün etimologiyası #abdalla sözünün orfoqrafiyası #abdalla rusca #abdalla inglisça #abdalla fransızca #abdalla sözünün istifadəsi #sözlük