Abdullaoğlu sözü azərbaycan dilində

Abdullaoğlu

Yazılış

  • Abdullaoğlu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdullaoğlu
Abdullaoğlu 1728-ci ildə Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində bir elin adı. == Toponimkası == Abdullaoğlu — 1728-ci ildə Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində bir elin adı. Mənbədə "İmir Həsən tayfasından olan Molla Abdulla oğlu camaatı" kimidir.
Rövşən Abdullaoğlu
Rövşən Abdullaoğlu (tam adı: Rövşən Abdulla oğlu Abdullayev; 28 sentyabr 1978, Bakı) — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri. Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir. Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır. == Bioqrafiya == Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Abaddon (Rövşən Abdullaoğlu)
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı. == Məzmun == Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır. Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Görüntülər (Rövşən Abdullaoğlu)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. == Məzmun == “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. == Nəşr == Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ariflərin irfani məqamları == İstinadlar == == Xarici keçidlər == "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
O (Rövşən Abdullaoğlu)
O — Rövşən Abdullaoğlunun Molla Sədra, Fəxr Razi, Əllamə Seyid Hüseyn Bürucirdi və Ayətullah Cavadi Amuliyə istinadən yazdığı, 2011-ci ildə nəşr edilən, "Hərf elmi və irfan" mövzusunda Azərbaycanın ilk kitabı. == Məzmun == "O" kitabı hərf və irfan elmi əsasında yazılmış Azərbaycanın ilk kitabdır. Bu mövzuda bəlkə də bir çox ölkələrdə belə bir müstəqil formada yazılmış ikinci kitab yoxdur. Kitabın ərsəyə gəlməsi üçün yüzə yaxın, bəlkə də daha çox elmi mənbədən istifadə olunmuşdur. Araşdırmanın nəticəsi həddindən artıq çox idi. Lakin biz bu kitabı ümumi oxucu kütləsi üçün nəzərdə tutduğumuzdan, həmçinin yorucu olmaması üçün çox qismini ixtisar etdik. Müraciət etdiyimiz mənbələrdə, əsasən irfan-fəlsəfə zövqü olan və bu üslubda yazan alimlərin əsərlərindən faydalanmışıq. "O" kitabı əsas olaraq hərf elmi əsasında ilahi adların və məxsusən də Allahın ən əzəmətli olan "O" adının təhlil və izahından bəhs edir. Gizli elmlərə marağı olan hər bir kəsi bu kitabı oxumağa dəvət edilir. == Nəşr == Kitab 2011-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb və fars dillərindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Hərf və irfan elmi kitabları" silsiləsindən 176 səhifədə 60x90 ölçüsündə çap edilib.
Qorxular (Rövşən Abdullaoğlu)
Qorxular — Rövşən Abdullaoğlunun yazdığı və 2015-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ünvanlanmışdır. Qorxularını yenməyən insan bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə birisi bütün həyatını əlil biri kimi yaşayacaq, inkişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablarından qurtulması üçün atılmış ilk və mühüm addımdır. == Nəşr == Əsər ilk dəfə Qədim Qala Nəşriyyat Evi tərəfindən Bakıda "Emosiyalar psixologiyası" silsiləsində 208 səhifədə 2015-ci ildə, 2-ci dəfə 2017-ci ildə, 3-cü dəfə isə 2020-ci ildə təkrar nəşr olunmuşdur. == Həmçinin bax == Üsyan Əsarət == İstinadlar == == Mətbuatda == "Qorxusu olanlar üçün "Qorxular" kitabı - FOTO" ( (az.)). modern.az.
Üsyan (Rövşən Abdullaoğlu)
Üsyan (tam adı və ya şüarı: "Mən aləmlərə üsyan etmiş bir zərrəyəm") — Rövşən Abdullaoğlunun 2014-cü ildə nəşr edilmiş psixoloji kitablar silsiləsindən olan əsəri. == Məzmun == Əgər məndən soruşsanız ki, “həbs düşərgəsində əldə etdiyin ən böyük təcrübə nədir?”. Mən deyərəm ki, “biz insanı indiyə kimi heç bir nəslin tanıya bilmədiyi, görə bilmədiyi bir halda-tam çılpaqlığı ilə tanıdıq”. “Bəs sənin tanıdığın bu insan əsl mahiyyəti ilə kimdir və sən onu necə tanıdın?” desəniz, deyərəm ki, “Bu insan hər an qərar qəbul edən azad iradəli bir varlıqdır. O insan hər bir şəraitdə son qərarı özü üçün saxlayır, son qərar həmişə onundur. == Nəşr == Kitab 2014-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 256 səhifədə 60x90 ölçüsündə çap edilib.2022-ci ildə kitab yenilənərək 2-ci dəfə təkrar nəşr edilib. == Həmçinin bax == Əsarət Qorxular == İstinadlar == == Xarici keçidlər == "ÜSYAN" ( (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Əsarət (Rövşən Abdullaoğlu)
Əsarət — Rövşən Abdullaoğlunun 2019-cu ildə nəşr edilmiş "Tanrı - mif, yoxsa həqiqət?" silsiləsindən olan ilk kitabı. == Məzmun == Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq? Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik. Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
Arxadakı körpüləri yandırın (Rövşən Abdullaoğlu)
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Zamanı necə yeyək? (Rövşən Abdullaoğlu)
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
Hər bir insan hökmdardır (Rövşən Abdullaoğlu)
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. == Nəşr == Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. == Satış == Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. == Həmçinin bax == Qorxular == İstinadlar == == Xarici keçidlər == "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Abaddon (Rövşən Abdullaoğlunun əsəri)
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı. == Məzmun == Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır. Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Rövşən Abdullaoğlunun biblioqrafiyası
Rövşən Abdullaoğlunun biblioqrafiyası — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun biblioqrafiyası. == Kitablar == === Müəllifi olduğu əsərlər === Arxadakı körpüləri yandırın Abaddon Bu şəhərdə kimsə yoxdur Çətin olsa da, həyat davam edir Əsarət Hər bir insan hökmdardır Həyatın imzası Koramal Qorxular Ləpirçi: Mən yeməli deyiləm Nəfsi təzkiyyənin elmi əsasları Ölülərin hakimiyyəti Relslər üzərinə uzanmış adam Üsyan Zamanı necə yeyək? === Tərcümə və şərhçisi olduğu əsərlər === Ariflərin irfani məqamları Bəla və Səbir Görüntülər Hidayət risaləsi Hikmətin əvvəli İnsan dünyadan əvvəl İnsan dünyadan sonra İnsan dünyadan sonradan sonra Mərifət O İlk Kitab Xüsusiyyətlər == Məqalələri == === Türkcə === Rövşen ABDULLAHOĞLU. "SEM Sendromu veya "Ortak Ekmek" konusu" ( (türk.)). bendeyazarim.com. 2015-04-04. 2016-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24. Rövşen Abdullaoğlu. "Başarı" ( (türk.)). yazarcizer.net.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2013 •••••• 0.15
2015 ••••••• 0.17
2019 •••••••••••••••••••• 0.56
2020 •••••••••• 0.27

Oxşar sözlər

#abdullaoğlu nədir? #abdullaoğlu sözünün mənası #abdullaoğlu nə deməkdir? #abdullaoğlu sözünün izahı #abdullaoğlu sözünün yazılışı #abdullaoğlu necə yazılır? #abdullaoğlu sözünün düzgün yazılışı #abdullaoğlu leksik mənası #abdullaoğlu sözünün sinonimi #abdullaoğlu sözünün yaxın mənalı sözlər #abdullaoğlu sözünün əks mənası #abdullaoğlu sözünün etimologiyası #abdullaoğlu sözünün orfoqrafiyası #abdullaoğlu rusca #abdullaoğlu inglisça #abdullaoğlu fransızca #abdullaoğlu sözünün istifadəsi #sözlük