Abdullayev sözü azərbaycan dilində

Abdullayev

Yazılış

  • Abdullayev • 99.5147%
  • ABDULLAYEV • 0.4614%
  • abdullayev • 0.0239%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdullayev
Abdullayev — Azərbaycanda çox yayılmış soyadlardan biri. === A === Ağaxan Abdullayev (1950—2016) — Azərbaycan xanəndəsi. Atin Abdullayev (d. 1989) — Azərbaycan futbolçusu. === C === Cabbar Abdullayev (d. 1936) — Azərbaycann pedaqoqu Cahangir Abdullayev (1901—1973) — Azərbaycan sovet terapevti, kardioloq. Cavid Abdullayev (2000—2020) — Vətən müharibəsi şəhidi. Cavid Abdullayev (general) — Dövlət Sərhəd Xidməti rəisinin müavini. === D === Daniyal Abdullayev (1920—?) — Brest qalası müdafiəçilərindən biri. Daşdəmir Abdullayev (1976—1994) — I Qarabağ müharibəsinin şəhidi.
Abdulla Abdullayev
Abdulla Abdullayev (güləşçi) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası. Abdulla Abdullayev (hərbçi) — 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Abdulqədir Abdullayev
Abdulqədir Abdullayev (17 iyul 1988, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi. == Karyerası == Abdulqədir Abdullayev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını 8-ci pillədə başa vurdu. Bundan sonra Abdulqədir Abdullayev bir müddət WSB-də mübarizə apardı. Abdulqədir Abdullayev 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Abdulqədir Abdullayev turnirin 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Adam Hamori ilə üz-üzə gəldi. Həmin görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Pol Omba-Bionqolo oldu. Bu görüşdə də Abdulqədir Abdullayev rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Sadam Məhəmmədov oldu. İyunun 26-da baş tutan görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.
Abutalıb Abdullayev
Abutalıb Mir Ağa oğlu Abdullayev (iyun 1912, Bakı – 2 aprel 1980, Bakı) — Azərbaycan-sovet dövlət və təsərrüfat xadimi, Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri (1954–1963), 1958-1976 illərdə Azərbaybaycanın qazlaşdırılması prosesinə rəhbərlik etmiş şəxs. == Həyatı == 1912-ci il iyun ayında Bakı şəhərində anadan olub. İçəri şəhərin "Ağşalvarlılar" məhəlləsindən idi. Atası Mir Ağa matros idi, Abutalıbın erkən yaşlarında rəhmətə getmişdir. Onu anası Bilqeys böyütmüşdür. 1920-ci ildə məktəbə daxil olaraq, 1926-cı ildə 9 saylı Bakı beşillik məktəbi bitirib. O ildə də Sənaye texnikumuna qəbul edilib. Texnikumu bitirəndən sonra 1931-ci ildə "Leninneft" neft-qaz trestinin qaz kontorunda texnik vəzifəsinə təyinat alır. 1931-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirir. 1933-cü ildə Bakı Şəhər Sovetinin qazlaşdırma şöbəsində texnik, sonra mühəndis vəzifələrində işləyir.
Adil Abdullayev
Adil Abdullayev Polad oğlu — Azərbaycan alimi, fizika üzrə elmlər doktoru. == Həyatı == Abdullayev Adil Polad oğlu 30 mart 1969-cu ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, dosenti, fizika üzrə elmlər doktorudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllimlik fəaliyyəti ilə məşğuldur (Riyaziyyat və Fizika kafedrası). “TlS və TlIn1-xRx S2 (Rx=Fe, Ge, Au, Si) bərk məhlulunun polimorf modifikasiyalarının dielektrik xassələrinin və qəfəs dinamikasının əsas xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edərək 01.04.10- “Yarımkeçirici və dielektriklər fizikası” üzrə Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, sonra isə dosent elmi işini adını almışdır. Elmi fəaliyyətini davam etdirərək “Radiasiya təsirinə məruz qalmış А3В6 və А3В3С26 qruplu zəncirvari kristallarda dielektrik relaksasiyasının və keçiriciliyin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək “Radiasiya materialşünaslığı” və “Yarımkeçiricilər fizikası” ixtisaslarında fizika elmləri üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Respublika və Beynəlxalq konfranslarda (Bakı, Ulyanovsk, Almatı, Maxaçqala, Moskva, Honq Konq, Ankara, İspaniya, Minsk, Florida, Voronej, Kişinyov, Kipr, Norveç, Daşkənd və s. şəhərlərdə) müzakirə olunmaqla yanaşı, eyni zamanda xarici mətbuatda “Science index”-nə aid olan jurnallarda (Rusiya, ABŞ, Fransa, Türkiyə, Yaponiya, Qazaxıstan, Ukrayna və s. kimi onlarla xarici ölkə mətbuatlarında) dərc olunmuş 130 elmi əsərin və 4 kitabın müəllifidir.
Aleksandr Abdullayev
Aleksandr Şaban oğlu Abdullayev (30 mart 1963, Qoşabulaq, Basarkeçər rayonu – 18 iyul 1992, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aleksandr Şaban oğlu Abdullayev 30 mart 1963-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. Atası azərbaycanlı anası Oksana isə rus olub. Atası milis kapitanı olub. 1988-ci ildən Aleksandr Abdullayev Xanlar rayonunda məskunlaşıb. Goranboyda yaxşı döyüşçü kimi tanınıb. 18 iyul 1992-ci ildə şəhid olub. Xanlar rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. == Mənbə == Ziyəddin Məhərrəmov, "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu-2001.
Aqşin Abdullayev
Aqşin Abdullayev (hərbçi) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. Aqşin Abdullayev (müğənni) — Azərbaycan Respublikasının əməkdar artisti.
Arif Abdullayev
Arif Abdullayev (28 avqust 1969) — Azərbaycanı təmsil edən sərbəst güləşçi və məşqşi, 2003-cü il Dünya Çempionatının qalibi. Uzun illər sərbəst güləş üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olaraq çalışıb. == Karyerası == Arif Abdullayev 1995-ci ildə İsveçrədə baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda Atlanta şəhərində (ABŞ) Dünya Çempionatını 8-ci pillədə başa vuran Arif Abdullayev 1996-ci ilin martında Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.Arif Abdullayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Arif Abdullayev olimpiadanın birinci görüşündə İran nümayəndəsi Məhəmməd Taleh oldu. Həmin görüşdə Arif Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Aslanbəy Fidarov oldu. Həmin görüşdə Arif Abdullayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi bir zamanlar Azərbaycan yığmasında çıxış edən Moldova nümayəndəsi Nazim Əlicanov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı.
Ayaz Abdullayev
Ayaz Hidayət oğlu Abdullayev — Alim, texnika elmləri doktoru, Professor, Azərbaycan Politexnik İnstitutunda Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiri (1976-cı ildən). 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur. == Həyatı və elmi fəaliyyəti == 1940-ci il iyunun 2-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Maşınqayırma texnologiyasi, metalkason dəzgahlar və alətlər ixtisası üzrə ali təhsil almışdır. 1963-cü ildə institutu bitirərək Bakı Su Kamərləri idarəsində texniki şöbənin rəisi, Ümumittifaq Elmi-Tədqiqat Layihə-Texnologiya Neft Maşınqayırma İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışmışdır. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda namizədlik, 1990-ci isə Xarkov Politexnik İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildən Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiridir. == Təltif və mükafatları == 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.
Aydın Abdullayev
Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov – 19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı. == Həyatı == Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur. 19 yanvar 2022-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == Pəncə... Qulaq... Palaz...
Ağababa Abdullayev
Ağababa İman oğlu Abdullayev — Azərbaycan dövlət xadimi, Azərbaycanın yerli sənaye naziri (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1988–1989). == Həyatı == Ağababa İman oğlu Abdullayev 1946-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə "Arpaçaysutikinti" trestinin 1 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı kimi başlamışdır. Sonra Sənaye Tikintisi Nazirliyinin 5 nömrəli trestində, dəmir-beton trestində müxtəlif mühəndis-texnik vəzifələrində işləmiş, Naxçıvan tikinti materialları kominatının direktoru, Azərbaycan SSR Tikinti Nazirliyi 5 nömrəli trestinin müdiri olmuşdur.Ağababa Abdullayev 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1989-cu ildən isə Azərbaycan SSR yerli sənaye naziri işləmişdir.Ağababa Abdullayev "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosu üzvlüyünə namizəd olmuşdur.
Ağabala Abdullayev
Ağabala Məmmədbağır oğlu Abdullayev (1910, Çərəli, Zəngəzur qəzası – 10 oktyabr 1976, Füzuli rayonu) — Azərbaycanlı xanəndə. == Həyatı == Ağabala Abdullayev 1910-cu ildə Çərəli kəndində anadan olmuşdur. 12 yaşında olarkən o, Qaryagində kəndli gənclər məktəbinin birinci sinifinə daxil olur. Yaşının çoxluğu onu gecə kursuna keçməyə məcbur edir. О, atasının razılığı ilə çust tikən usta Rza kişinin yanında şagirdlik edir. Çox keçmir ki, özü usta olan A.Abdullayev ayrıca dükan açıb orada işləyir. 1927-ci ildə Bülbül, İsmayıl Eloğlu və Mürşüd Haşımlı Ağabala Abdullayevin səsini eşidib onun dükanına daxil olur. Оnlar Ağabalanı kluba dəvət edib səsini yoxlayır və bəyənirlər. Bülbül gedəndə Ağabalanı o vaxt Qaryagində klub müdiri işləyən M.Haşımlıya tapşırır. Gündüzlər dükanda işləyib, axşamlar yaradıcılıq dərnəklərində iştirak edən A.Abdullayev xorda və tamaşalarda epizodik rollarda çıxış etməyə başlayır.
Ağalar Abdullayev
Ağalar Bəhman oğlu Abdullayev (23 mart 1923, Bakı – 19 yanvar 2000, Bakı) — Azərbaycan rəssamı. == Həyatı == 1944-cü ilə qədər Bakı incəsənət kollecində təhsil almışdır. 1948-1954-cü illərdə V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda (MDAİİ) təhsil almış, rəssamın müəllimi V.P Yefanov idi. MDAİİ-ni bitirdikdən sonra çəkdiyi "Tətildə ilk səhər" Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Xüsusən portret janrında əsərlər çəkmişdir. 1945-ci ildə Bakıda keçirilmiş respublika sənət sərgisində Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş "Qəhrəmanlıq hekayəsi" adlı bir sıra əsərləri uğurla təqdim etmişdir. 1945-ci ildən bəri sərgilərdə iştirak etmişdir. Rəssamın incə və lirik qabiliyyəti onun "Görüş", "Çoban ailəsi", "Dağlıq yerdə kolxoz",və s. əsərlərində görünür. Böyük Vətən müharibəsi mövzusunda "Qəhrəman ömrü" (1944) mövzusunda bir sıra çəkilişlərin müəllifidir.
Ağamməd Abdullayev
Ağamməd Səməd oğlu Abdullayev — ADPİ-də rektor (1966-1970) == Həyatı == Ağamməd Abdullayev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirıniş (1926)Abdullayev Ağamməd Səməd oğlu 1976-cı ildə vəfat etmişdir.
Ağaməmməd Abdullayev
Abdullayev Ağaməmməd Səməd oğlu (1909-1976) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960). == Həyatı == == Fəaliyyəti == Azərbaycan dilinin tədrisi tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. "Azərbayсan dilinin tədrisi tarixindən" (1966) monoqrafiyasında Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun "Türki-rusi və rusi-türki lüğəti"ni (1907) ətraflı təhlil etmişdir.
Ağasəlim Abdullayev
Ağasəlim Sahib oğlu Abdullayev (15 oktyabr 1950, Nardaran, Bakı, Azərbaycan SSR) — Azərbaycanın mahir tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2019). == Həyatı == Abdullayev Ağasəlim Sahib oğlu 15 oktyabr 1950-ci ildə anadan olub.Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir. Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur. Süleyman Ələsgərovun "Daimi hərəkət" əsərinin tarda ilk ifaçısıdır. Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər - Sahib Paşazadə, Şəhriyar İmanov, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Ailəsi == A.Abdullayevin 1959-cü il təvəllüdlü həyat yoldaşı Brilyant Abdullayeva, oğlu Vüqar Abdullayev, nəvəsi 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev, gəlini 1984-cü il təvəllüdlü Səadət Abdullayevadır.
Ağaxan Abdullayev
Ağaxan Minaxan oğlu Abdullayev (6 fevral 1950, Bakı – 25 dekabr 2016, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Ağaxan Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 1958–1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır. 1969–1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil almışdır. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat etmişdir.
Bahadur Abdullayev
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Balazadə Abdullayev
Balazadə Rafət oğlu Abdullayev (22 iyun 1991; Salyan, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balazadə Abdullayev 1991-ci ildə Salyanda anadan olmuşdur. 2009-2011-ci illərdə müddətli hərbi xidmət keçmişdir. Onun üç yaşında bir oğlu var idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Balazadə Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə döyüşlərində savaşıb. Balazadə Abdullayev oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub. Ələtdə dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Araz Abdullayev
Araz Abdullayev (18 aprel 1992[…], Bakı) — Azərbaycanlı futbolçu, Boluspor klubunun və Azərbaycan milli futbol komandasının oyunçusu. == Karyerası == Araz Abdulla oğlu Abdullayev 1992-ci ilin 18 aprel tarixində Bakı şəhərində anadan olub. Gənc yaşlarında Neftçi klubunun akademiyasında futbolla məşğul olub. Daha sonradan komandanın əvəzedici heyətində oynayıb. 5 oktyabr 2008-ci il tarixində 16 yaşlı Araz Abdullayev, Neftçi klubunun əsas heyətində debüt etməklə peşəkar karyerasına başlayıb. Növbəti 3 mövsüm ərzində Araz Neftçi klubunun əsas heyətində 32 oyun keçirərək 2 qol vurur və Azərbaycan çempionatının qalibi olur. 2010-cu ildə Araz Abdullayev İngiltərənin Everton klubunun maraq dairəsinə düşür. 2011-ci ilin yanvar ayında Araz Abdullayev, Everton klubu ilə 3 illik müqavilə bağladı. Bundan sonra Everton klubu, Arazın İngiltərədə iş icazəsi alması üçün onu yenidən icarə əsasında mövsümün sonuna qədər Neftçiyə transfer etdi. Müqavilə ilə Evertona məxsus olan Araz Abdullayev, daha sonradan 2012-ci ildə Yunanıstan liqasında çıxış edən Panionios klubuna icarəyə verildi.
Asif Abdullayev
Asif İsa oğlu Abdullayev (15 dekabr 1975 – 29 yanvar 1994, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abdullayev Asif İsa oğlu 15 dekabr 1975-ci ildə Gədəbəy rayonunun Arıqdam kəndində anadan olub. 1991-ci ildə öz kəndlərində orta məktəbi bitirib, Gədəbəy rayon texniki məktəbinə daxil olub. Həmin il oranı bitirdikdən sonra 1992-ci il yanvarın 28-də 15 saylı əmrə əsasən N saylı hərbi hissədə xidmətdə olub. İlk döyüş yolunu Tərtər rayonunda başlayıb. 29 yanvar 1994-cü ildə Qlobus yüksəkliyi uğrunda gedən döyüşdə itgin düşüb. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Atin Abdullayev
Atin Firuddin oğlu Abdullayev (rus. Атин Фируддин оглы Абдуллаев; 28 may 1989, Kirovabad) — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Həyatı == Atin Abdullayev 28 may 1989-cu ildə Gəncədə anadan olmuşdur. O, futbolla məşğul olmağa 11 yaşında, Gəncə şəhərində yerləşən uşaq futbol məktəbində məşqçi Konstantin Maksimoviç Abramenkonun rəhbərliyi altında başlamışdır. Abdullayev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. == Klub karyerası == Atin Abdullayev Gəncə futbol məktəbinin yetirməsidir. Müxtəlif illərdə o, Gəncənin "Kəpəz" və "Tərəqqi" futbol klublarında çıxış etmişdir. Abdullayev 2012-ci ildə "Kəpəz"in heyətində, Azərbaycan Premyer Liqasında çıxış etmişdir. O, klubun əsas heyətində 4 oyun keçirmişdir.
Azər Abdullayev
Azər Canbaxış oğlu Abdullayev (25 fevral 1929, Bakı – 18 iyun 2010, Bakı) — Azərbaycan-sovet qoboyçalanı, elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Bioqrafiya == Azər Canbaxış oğlu Abdullayev 25 fevral 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. O, 1947-ci ildə omusiqi məktəbini bitirib Bakı Konservatoriyasının orkestr fakültəsində qatılmışdır. Abdullayev 1950-ci ildə Moskva Konservatoriyasına göndərilmiş, 1952-ci ildə isə oradan məzun olmuşdur. Abdullayev həmin il Azərbaycan Dövlət Akademik Opera Simfonik Orkestri və Balet Teatrının solisti olmuşdur. 1959–2006-cı illərdə Azərbaycan Konservatoriyasının səs alətləri kafedrasında dərs keçmişdir (1962-ci ildən baş müəllim, 1968-ci ildən dosent, 1978-ci ildən professor, 1965–1992-ci illərdə kafedranın müdiri). Buna əlavə olaraq, Abdullayev 1963–1971-ci illərdə Bakı Musiqi Kollecinin direktoru olmuşdur. == Ailəsi == Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijorlar Rauf Abdullayevin və Kamal Abdullayevin qardaşıdır.
Ağaəli Abdullayev
Abdullayev Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) Mixail peşə məktəbinin kənd təsərrüfatı şöbəsini (1915), həmçinin Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parlamentin 1919-cı il 1 sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün İtaliyaya göndərilməsi qərara alınmış, lakin naməlum səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Bəhruz Abdullayev
Bəhruz Musa oğlu Abdullayev — Azərbaycan tarixçisi, əməkdar müəllim, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının üzvü. Tərəqqi medallı, "Qabaqcıl təhsil işçisi", "Azərbaycan əməkdar müəllimi" dövlət mükafatları almış, bir çox fəxri fərman və təşəkkürlərə layiq görülmüşdür. == Həyatı == Bəhruz Abdullayev 17 dekabr 1935-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildə Universiteti bitirdikdən sonra Elmlər Akademiyasının Tarix institutunda elmi işçi vəzifəsində çalışmışdır. == Elmi və pedaqoji fəaliyyəti == Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur.
Abdulla Abdullayev (güləşçi)
Abdullayev Abdulla Həsən oğlu (19 avqust 1932, Dərbənd, Dağıstan) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası. == Həyatı == Abdulla Abdullayev 1932-ci il avqustun 19-da Dağıstan MR Dərbənd şəhərində dünyaya gəlmişdir. Uşaqlığı Zəngəzur mahalında keçmişdir. 1955-ci ildə Qafan şəhərində orta məktəbi bitirmişdir. 1951-ci ildə Qubadlı rayonunun idmançıları sırasında Bakıya gəlir, Azərbaycan çempionatında iştirak edir və iki pudluq daş qaldırma yarışında Azərbaycan və SSRİ mütləq çempionu adına layiq görülür. Elə həmin il Azərbaycanın güləş üzrə çempionu olur. 1953-1956-cı illərdə Ukraynanın Kiyev şəhərində Sovet Ordusunda xidmət edən zaman güləş və daş qaldırmaq üzrə spartakiadanın mütləq çempionu olur, marşal Çuykov şəxsən ona qızıl saat bağışlayır. 1954-cü ildə ordu birinciliyində ona məğlub olan Ukrayna çempionu Qriqori Qamfil 1955-ci ildə dunya çempionu adını qazandı. 1956-cı ildə ordudan tərxis olunduqdan sonra Bakıya gəlir və ikiqat dünya çempionu, SSRİ xalq artisti, pəhləvan Sali Süleymanla görüşür və sonralar onun sevimli şagirdi olur. Gürcüstan və Şimali Qafqazın müxtəlif rayonlarında qastrollardan uğurla qayıdan gənc bahadır "QAFQAZ QARTALI" ləqəbini qazanaraq, asanlıqla iki qolu üzərində 20 nəfər saxlayır, qalın armaturu əyir, yoğun dirəyi boynunda sındırır, üstündən 5 tonluq avtomobil keçirdi.
Abdulla Abdullayev (hərbçi)
Abdulla Abdullayev (1964, Alpı, Ucar rayonu – 1985, Əfqanıstan) — 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş hərbçi. == Həyatı == Abdullayev Abdulla Qədir oğlu 1964-cü il oktyabrın 25-də Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Alpı kənd orta məktəbində almışdır. 3 aprel 1983-cü ildən 25 mart 1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. Ölümündən sonra 16 avqust 1985-ci ildə və 20 dekabr 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əfqanıstan Respublikasında Beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi hərbi rəşadətə və igidliyə görə" döyüşçü Abdullayev Abdulla Qədir oğlu 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Abdullayeva
Abdullayeva — Azərbaycanda çox yayılmış Abdullayev soyadının qadınlara aid forması. Nazlı Abdullayeva — Sosialist Əməyi Qəhrəmanı Xurşid Abdullayeva — Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru. Rimma Abdullayeva — Film direktoru. Bahar Abdullayeva — Azərbaycan aktrisası. Mehriban Abdullayeva — Azərbaycan aktrisası. Alina Abdullayeva — rejissor. Elmira Abdullayeva — Azərbaycanlı oftalmoloq, tibb üzrə fəlsəfə doktoru.
Aida Abdullayeva
Abdullayeva Aida Həmdulla qızı (13 aprel 1922, Bakı – 11 aprel 2009, Bakı) – musiqiçi, Azərbaycan SSR əməkdar artisti (1972), Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı. == Həyatı == Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir. 1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.
Aqşin Abdullayev (hərbçi)
Aqşin İsmayıl oğlu Abdullayev (1 oktyabr 1982, Kiş, Şəki rayonu – 25 fevral 2017, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub, "Şücaətə görə" medalına layiq görülmüş ilk hərbçi. == Həyatı == Aqşin Abdullayev 1982-ci il 1 oktyabrda Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1-ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003-cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil almışdır. Aqşin 2004-cü ildə ailə həyatı qurmuşdur. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var. == Hərbi xidməti == Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini almışdır. 2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir.
Aqşin Abdullayev (müğənni)
Aqşin Akif oğlu Abdullayev (2 avqust 1985, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyat və fəaliyyəti == Aqşin Abdullayev 2 avqust 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbə daxil olmuşdur. 2003-cü ildə həmin məktəbi bitirmişdir. Həmin il yüksək nəticələr ilə Bakı Musiqi Akademiyasının "Solo oxuma", Kalssika fakültəsinə daxil olmuş, 2007-ci ildə akademiyanı fərqlənmə ilə bitirmişdir. 2007-ci ildən "ÜNS" yaradıcılıq sahəsinin solistidir. "ÜNS" yaradıcılıq səhnəsinin ilk tamaşası olan "Bakı" tamaşasında baş rol ifa etmişdir. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının artistidir. === Ailəsi === Ailəlidir. İki övladı var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 144.67 dəfə / 1 mln.
2002 •••••••••• 95.93
2003 ••••••••• 86.22
2004 ••••••••• 84.22
2005 ••••••••••• 99.19
2006 •••••••••••• 118.25
2007 •••••••••••••••••• 174.85
2008 ••••••••••••••••• 162.49
2009 •••••••••••••••• 152.46
2010 ••••••••••••••••••• 183.36
2011 •••••••••••••••••••• 191.74
2012 ••••••••••••••••••• 186.55
2013 •••••••••••••••••••• 198.10
2014 ••••••••••••••• 140.21
2015 •••••••••••••••• 156.85
2016 ••••••••••••••••• 164.00
2017 •••••••••••• 113.16
2018 •••••••••• 96.19
2019 •••••••• 77.89
2020 ••••• 48.53

Oxşar sözlər

#abdullayev nədir? #abdullayev sözünün mənası #abdullayev nə deməkdir? #abdullayev sözünün izahı #abdullayev sözünün yazılışı #abdullayev necə yazılır? #abdullayev sözünün düzgün yazılışı #abdullayev leksik mənası #abdullayev sözünün sinonimi #abdullayev sözünün yaxın mənalı sözlər #abdullayev sözünün əks mənası #abdullayev sözünün etimologiyası #abdullayev sözünün orfoqrafiyası #abdullayev rusca #abdullayev inglisça #abdullayev fransızca #abdullayev sözünün istifadəsi #sözlük