Abeskun
Abeskun, Absükun və ya Abaskun (fars. آبسکون) — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri və ticarət mərkəzi. İndiki İranın Gürgan ərazisindədir.
== Coğrafiya ==
Ptolemey müəllifi olduğu «Coğrafiya» əsərində Hirkan vilayətindəki Sokanda çayının adını qeyd edir. Şəhərin adı buradan törəmiş ola bilər. Abaskun şəhərinin yeri naməlumdur. Ehtimal olunur ki, şəhər Gürgan çayının mənsəbində yerləşib. Ərəb coğrafiyaşünasları qeyd edir ki, Abaskun ilə Gürgan arasındakı məsafə 1–3 günlük idi. Şəhər Xacə Nəfəs kəndi və ya Gümüşan şəhəri yaxınlığında yerləşmiş ola bilər.
== Tarix ==
Abaskun tacirlərin Deyləm, Dərbənd və Atil şəhərlərinə getmək üçün istifadə etdiyi çiçəklənən bir ticarət mərkəzi idi.