abi-zülal sözü azərbaycan dilində

abi-zülal

Yazılış

  • abi-zülal • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zülal
Zülal — α-aminturşu qalıqlarından təşkil olunmuş yüksək molekullu təbii birləşmədir. == Zülal == Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biridə zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar. == Quruluşları == α-aminturşulardan təbii sintezolunmuş üzvi birləşmə, canlı hüceyrənin əsas tərkib hissəsi. Molekul kütləsi on minlərdən milyonadək və daha çoxdur. Amfoter elektrolitdir, molekullarında sərbəst karboksil və amin turşuları var.
Zülal Mədətli
Zülal Rəhim oğlu Mədətli (14 avqust 1991; Şərur rayonu, Azərbaycan SSR — 20 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zülal Rəhim oğlu Mədətov 1991ci il avqustun 14 Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zülal Mədətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülal Mədətli oktyabrın 10-da Zəngilanın azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zülal Mədətli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abi-siyah
Abi-siyah — Qırxbulaq nahiyəsində kənd. == Toponimik izah == Abi-siyah 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. Asəcə (bax) kəndindən Abi Siyah (Qarasu) adlı yerdə yaranmış məntəqədir. == Həmçinin bax == Dağlıq Qarabağ Qərbi Azərbaycan == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar lüğəti. Bakı, 1960.
Abi (Zəncan)
Abi - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, qiydar qəsəbəsindən 12 km cənubdadır.
Abi bülbül
== Toponimik izah == Abi bülbül - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. Şiştəpə kəndinin yaxınlığındadır. == Həmçinin bax == Abdutəpə Abdurrəhmanli == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
C-reaktiv zülal
C-reaktiv zülal (ing. C-reactive protein, CRP) - qan plazması zülalı olub, iltihab nəticəsində miqdarının qanda kəskin artaması müşahidə olunur. Orqanizmdə iltihabi prossesin olub olmamasını C-reaktiv zülalın miqdarına müvafiq təyin etmək mümkündür. CRP geni I xromosomun 1q21-q23 nahiyəsində yerləşir.Zülal malekulu zənciri 224 amminturşusu qalığından ibarətdir. Monomerinin malekulyar kütləsi 25,106 кDа. Zülal böyük olmayan pentraksinlər (ing. pentraxin) ailəsinə aiddir.
Abi-Dərdə türbəsi
Abi-Dərdə türbəsi — Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin tanınmış ziyarətgahlarından biri. Abi-Dərdə Yardımlı rayonunun Ləzran və Ərsilə kəndləri arasında, Ərsilə kəndinə məxsus açıq ərazidə yerləşir. Türbə Abuzərə, Abudərzə, Abidərzə, Abazərdə, Abuzərə və Abidərdə adları ilə tanınır. Yerli sakinlər isə türbəni daha çox Abi-Dərdə (Abidərdə) adlandırır. == Memarlıq xüsusiyyətləri == Abi-Dərdə türbəsi dairəvi quruluşlu olmaqla bişmiş kərpiclə hörülmüş və günbəzlə örtülmüşdür. Türbənin arxasında hamar sahədə torpaq içərisində itib batmış köhnə qəbiristanlıq da mövcuddur.Türbənin içərisindəki məzarın baş tərəfində yarı sınmış daşın üzərində bütöv olmayan ərəb qrafikalı yazı həkk edilmişdir == Tarixi == Türbənin kitabəsi olmadığından orada uyuyan şəxsin kimliyi və türbənin tikilmə tarixi haqqında dəqiq fikir söyləmək çətindir. Səidəli Kazımbəyoğlu Abi-Dərdə türbəsində uyuyan şəxsin Məhəmməd peyğəmbərin ən yaxın adamlarından biri olduğunu qeyd etmişdir. O, türbə haqqında məlumat verərkən yazmışdır: “Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədin dörd yüz yeddi nəfər olan nəcib və məşhur əshabələrindən biri də Əbudərdə adlı müqəddəs ruhlu bir şəxsdir. Onun dəfn olunduğu məqbərə Ucarud mahalının Ərsilə kəndində (indiki Yardımlı rayonunun ərazisi) yerləşir. İndiki dövlətin yüksək rütbəli adamları həmin məkanın adını dəyişib Üçtuği-Sefidəşt adlandırmışdılar (əsər 1869-cu ildə yazılmışdır ).
Abi-i Süfla (Xudabəndə)
Abi-i Süfla (fars. ابي سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,768 nəfər yaşayır (400 ailə).
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. == Funksiyası == PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır.2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir.O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. === Diş çıxarmada === Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.Paratiroid hormonu ilə əlaqəli zülal olmadan, diş follikulunu əhatə edən sümük kripti rezorbsiya olunmayacaq və buna görə də diş çıxmayacaq. Diş çıxarma zamanı bu zülal epitelinin hüceyrələri tərəfindən ifraz olunur. === Süd vəziləri === Süd vəzilərinin normal inkişafına kömək edir.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

abi-zülal sözünün rus dilinə tərcüməsi

abi-zülal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

fars. ab + ər. zülal Sərin, duru su // içki. (“Koroğlu” dastanının lüğəti) Sevgilim geyib valadan, Rəngi seçilməz laladan, İçib abi-zülaladan, Gözləri xumar görünür.                        (Paris nüsxəsi, 5-ci məclisi)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#abi-zülal nədir? #abi-zülal sözünün mənası #abi-zülal nə deməkdir? #abi-zülal sözünün izahı #abi-zülal sözünün yazılışı #abi-zülal necə yazılır? #abi-zülal sözünün düzgün yazılışı #abi-zülal leksik mənası #abi-zülal sözünün sinonimi #abi-zülal sözünün yaxın mənalı sözlər #abi-zülal sözünün əks mənası #abi-zülal sözünün etimologiyası #abi-zülal sözünün orfoqrafiyası #abi-zülal rusca #abi-zülal inglisça #abi-zülal fransızca #abi-zülal sözünün istifadəsi #sözlük