abidələr sözü azərbaycan dilində

abidələr

Yazılış

  • abidələr • 90.1351%
  • Abidələr • 9.8220%
  • ABİDƏLƏR • 0.0429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. Arxeoloji abidələrə, əsasən, əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.
Bəyəhməd abidələr kompleksi
Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr. == I Bəyəhməd == I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir. Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır. Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Böyükdüz arxeoloji abidələr kompleksi
Böyükdüz arxeoloji abidələr kompleksi — Kəngərli rayonunda Son Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidələr kompleksi. Böyükdüz arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: I Böyükdüz yaşayış yeri — eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. II Böyükdüz yaşayış yeri — Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. I Böyükdüz nekropolu — eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. II Böyükdüz nekropolu — I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.
Azərbaycanda restavrasiya edilmiş tarixi abidələr
Azərbaycanda Rusiya, sovet və müstəqillik dövründə bir çox tarixi abidələr restavrasiya edilmişdir.
Kükü abidələr kompleksi
Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. == I Kükü == I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir. Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir.
Maxta abidələr kompleksi
Maxta — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində yerləşən arxeoloji abidə.Maxta abidələr kompleksinə 3 tarixi-arxeoloji abidə daxildir: I Kültəpə yaşayış yeri (və ya I Maxta Kültəpəsi) — Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (və ya II Maxta Kültəpəsi) — Şərur rayonunun Maxta kəndinin şərqində İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə) aid qədim yaşayış yeri. Maxta nekropolu — Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid nekropol.
Nəhəcir abidələr kompleksi
Nəhəcir – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi. == Nəhəcir qalası == Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər. == I Nəhəcir == I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir.
Urud abidələr kompleksi
Urud abidələr kompleksi — Zəngəzur mahalının Qarakilsə (01.03.1940–cı ildən Sisian) rayonunun Urud (03.07.1968–ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksi. Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir. == Ümumi məlumat == Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.Urud qalasının adı mənbələrdə 450 – ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 – cü ildə Səlcuqlular, 1386 – cı ildə Əmir Teymur, 1407 – ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.03. 07. 1968 – ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Bununla belə Urud kəndində 1988 – ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar.
Sarıbulaq arxeoloji abidələr kompleksi
Sarıbulaq arxeoloji abidələr kompleksi — Şərur rayonunda arxeoloji abidələr kompleksi.Sarıbulaq abidələr kompleksinə 5 tarixi-arxeoloji abidə daxildir: Sarıbulaq yaşayış yeri — orta əsrlərə aid qədim yaşayış yeri. I Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. II Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. Sarıbulaq oba yeri — orta əsrlərə aid arxeoloji abidə. Sarıbulaq yurd yeri — eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə.
Yurdçu arxeoloji abidələr kompleksi
Yurdçu arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi.Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir: Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə. Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə. Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.
Şahtaxtı arxeoloji abidələr kompleksi
Şahtaxtı arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir. 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi.Şahtaxtı arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: Govurqala — Şahtaxtı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid qala. Şahtaxtı yaşayış yeri — Şahtaxtı kəndi yaxınlığında yerləşən orta əsrlərə aid qədim yaşayış yeri. I Şahtaxtı nekropolu — Govurqaladan şimal-şərqdə yerləşən, Orta, Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol. II Şahtaxtı nekropolu — Govurqaladan cənub-qərbində yerləşən yerləşən Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol.
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir. == Ümumi məlumat == Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var. Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində, bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. 2018-ci ilin sonlarında isə AMEA Şəki Regional Elmi Mərkəzi qəbristanlıqdakı epiqrafik abidələrin kompleks tədqiqinə başlayıb. Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması, atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi məlum olsa da başdaşıları aşkar edilməmişdir. Heç bir şübhə yoxdur ki, gəncəli Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada dünyasını dəyişmişdir. 2022-ci ildə aparılmış "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun apardığı elmi tədqiqat işlərinin nəticəsində məlum olmuşdur ki, Şəki Tarix-Diyarşünaslıq muzeyinin topladığı və fondunda saxlanılan və dövlət mühafizəsinə götürülmüş dekorativ-tətbiqi sənət nümunəsi olan baş daşlarından bəziləri Şəki Xan qəbirstanlığında vaxtı ilə mövcud olmuş qəbrüstü abidələrdir.
Albaniyada Ümumdünya İrsi Abidələrinin siyahısı
Albaniyada Ümumdünya irsi obyektləri — Albaniyada mədəni və təbii irs əmlaklarının UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış və ya ölkənin ilkin siyahısına daxil edilmiş siyahıdır. Aşağıdakı siyahı Albaniya Ümumdünya irsi obyektlərinin siyahısıdır.
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid
"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. == Nəşr tarixi == "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. Kitabın I-X cildləri 2011-ci ildə, XI-XIII cildləri 2015-ci ildə çap edilib. == Mükafatlar == “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının XXII təqdimetmə mərasimində Elm nominasiyası üzrə “Humay” Milli Mükafatı ilə təltif edilmişdir. == İdeya və məzmunu == “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin ideyası gənc tədqiqatçı Ərtoğrol Cavid tərəfindən tədqiqata cəlb edilmiş, rəyləşdirilmiş və AMEA Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan zəngin folklor xəzinəsinin təbliğindən ibarətdir. Kitabın əsas məzmununu xalqın içərisindən toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və yas mərasimləri və s. folklor-etnoqrafiya materialları təşkil edir. Gənc tədqiqatçı Ərtoğrol Cavid öz araşdırmalarında folklor materialları toplayan digər tədqiqatçıların bir sıra hallarda mənbələrin poetik mətnində süni ədəbiləşdirmə aparmasını və ədəbi dil normalarını folklor mətninə tətbiq etməklə materialın forma və məzmununda təbiiliyin və səmimiliyin zəifləməsini, eləcə də kifayət qədər qrammatik savadı olmayan ekspeditorun öz regionunun dialekt xüsusiyyətlərini mətnə gətirməsini də sezmiş və imkan daxilində islah etməyə çalışmışdır. Bütün bunlar Ərtoğrol Cavidin həm də istedadlı bir bərpaçı-mətnşünas kimi öz qabiliyyətlərini büruzə verməsinə imkan yaratmışdır. Mətnşünaslıq fəaliyyəti ilə yanaşı, həm də bir ədəbiyyatşünas və dilçi kimi də istedad və bacarıqlarını nümayiş etdirən gənc alim, dastanların ideya-estetik, eləcə də tərbiyəvi xüsusiyyətlərini qiymətləndirməkdə də obyektiv araşdırıcı mövqeyindən geri durmamışdır.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == М. Гусейнов, А. К. Джафаров - Палеолит Азербайджана, Элм, 1986 М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, Элм, 1985 Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв.
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr XIV əsrə aid Nardarandakı Xan bağı və XVII əsrə aid Gəncədəki Sərdar bağıdır.
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatına daxildir:
Azərbaycanın memarlıq abidələri (film, 1976)
Azərbaycanın memarlıq abidələri qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmi Azərbaycan xalqının yaradıcılıq dühasını, həyat tərzini və estetik görüşlərini əks etdirən Azərbaycanın tarixi memarlıq abidələrindən danışır. == Məzmun == Tədris filmi Azərbaycan xalqının yaradıcılıq dühasını, həyat tərzini və estetik görüşlərini əks etdirən Azərbaycanın tarixi memarlıq abidələrindən danışır.
Azərbaycanın təbiət abidələri
Azərbaycanın, eləcə də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Planetdə mövcud olan 11 iqlim tipindən 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (86,6 min km2 ) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4466 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Ölkənin bir hissəsində yaşı 500 milyon ili aşan dağ süxurları, o biri yerdə dünən yaranan cavan çöküntülər diqqət çəkir. Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir. Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür: Geoloji Geoloji-geomorfoloji Hidrogeoloji Hidroloji Flora Fauna Landşaft == Geoloji abidələr == Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir.
Ağdam abidələri
=== Ağdamın yaşayış əraziləri üzrə abidələri === Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində) Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri) Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də) Kurqan – tunc dövrü (Üzümçülük sovxozu) İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi) Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında) Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi) Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə) Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında) Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə) Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi) Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində) Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30–40 m. şimalında) İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi) Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi) Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə) Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında) Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində) Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində) Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi) Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində) Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə) Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə) Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi) Nekropol – orta əsrlər (Kənçərli kəndi) Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi) Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə) Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə) Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə) Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi) Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi) Nekropol – qədim dövr (Seyidli kəndi) Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi) Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi) Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində) Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində) Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi) Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə) Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km.
Ağdam abidələrinin siyahısı
Ağdam abidələrinin siyahısı - İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir. == Tarixi-dini abidələri == Məbəd (VI əsr) – Kəngərli kəndi Yegiş Arakel Məbədi (XII əsr) – Madaqiz kəndi (İNV № 4035) Ureq Məbədi (XII əsr) – Talış kəndinin qərbində (İNV № 4036) Məbəd (XIII əsr) – Tərtər çayının yuxarı axarında (İNV № 4038) Məbəd (XIII əsr) – Maqavuz kəndi (İNV № 4039) Kilsə (---) – Çerabert kəndi (İNV № 4040) Məbəd (VI-VIII əsrlər) – Şahbulaq kəndi Məbəd (XV əsr) – Maqsudlu kəndi (İNV № 4050) Məbəd (XVI əsr) – Salahlı-Kəngərli kəndi (İNV № 4053) Məscid (XIX-XX əsr) – Boyəhmədli kəndi (İNV № 4054) Məscid (XVIII əsr) – Qiyaslı kəndi (İNV № 4052) Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4045) Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4046) Məscid (1868-ci il) – Ağdam şəhəri == Ziyarətgahları == Qutlu Musa türbəsi (1314-cü il) – Xaçındərbətli kəndi Xanoğlu türbəsi (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4028) Türbə (XIX əsr) – Ağdam şəhəri (İNV № 4029) Türbə (XVIII əsr) – Papravənd kəndi (İNV № 4043) Şeyx Nigari türbəsi (XVIII əsr) – Papravənd kəndi (İNV № 4044) Türbə (XVIII əsr) – Maqsudlu kəndi (İNV № 4051) Türbə (XIV əsr) – Kəngərli kəndi (İNV № 4055) Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4056) Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4057) Uğrulla bəyin türbəsi (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4058) Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında (İNV № 4059) Qəbiristan (orta əsrlər) – Papravənd kəndi (İNV № 5750) Qəbiristan (orta əsrlər) – Qızıllı Kəngərli kəndi (İNV № 5751) Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi Eşq Abdal piri – Üçoğlan kəndi Əli pəncəsi (daş) – Yülbalı kəndi Seyid Manafın qəbri – Tağıbəyli kəndi Qara Piri ocağı – Papravəng kəndi Cındırlı piri – Kəngərli kəndi Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi Daş heykəl – Boyəhmədli kəndi Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi == Tarixi memarlıq abidələri == Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4026) İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi (İNV № 4047) Karvansara (XVIII əsr) – Şahbulaq kəndi (İNV № 4048) Bürc (XVIII əsr) – Şahbulaq kəndi (İNV № 4049) Sərdabə (XV əsr) – Ağdam şəhəri (İNV № 4030) Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri (Qasapet kəndinin 5 km-də) (İNV № 4033) Pənah xanın türbəsi – XVIII əsr (Ağdam şəhəri) == Arxeooji abidlər == Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində) Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri) Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də) Kurqan – tunc dövrü (Üzümçülük sovxozu) İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi) Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında) Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi) Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə) Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında) Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal-şərqdə) Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi) Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində) Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında) İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi) Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi) Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə) Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında) Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində) Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində) Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi) Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində) Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə) Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə) Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi) Nekropol – orta əsrlər (Kənçərli kəndi) Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi) Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə) Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə) Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə) Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi) Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi) Nekropol – qədim dövr (Seyidli kəndi) Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi) Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi) Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində) Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində) Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi) Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km.
Bakı abidələri
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Bakı şəhərindəki abidələrin siyahısı
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Bakı şəhərinin abidələri
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Bakıda yerləşən abidələrin siyahısı
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Birinci və İkinci Qarabağ müharibələri zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı
Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı. Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir. Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir. Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir. Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir. == Zəmin == Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır. 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi. Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.Ağdam şəhəri erməni qüvvələrinin hücum əməliyyatı əsnasında və sonrasında dağıdılmışdır. Ermənilər geridə qoyulan xarabalıqları belə yağmalamışdır.
Cəbrayıl rayonunun abidələri
Cəbrayıl rayonunun abidələri — Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənubqərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon ərazisində yerləşən, tarixi-dini abidələr, ziyarətgahlar, muzeylər. == Tarixi-dini abidələri == Məscid (XVI əsr) – Çələbilər kəndi (İNV № 4170) Məscid (XIX əsr) – Papı kəndi (İNV № 4171) Məscid – Daşkəsən kəndi (İNV № 4172) Məscid (XIX əsr) – Mərzə kəndi (İNV № 4173) Məscid (XIX əsr) – Süleymanlı kəndi (İNV № 4174) == Ziyarətgahları == Türbə (Sərdabə) (XIII–XIV əsrlər) – Dağtumas kəndi (İNV № 4169) Səkkizguşəli türbə (XVII əsr) – Xubyarlı kəndi (İNV № 4165) Dairəvi türbə (XVII əsr) – Xubyarlı kəndi (İNV № 4164) Daş məqbərə (1307–1308-ci illər) – Şıxlar kəndi Qəbiristanlıq (orta əsrlər) – Cəbrayıl şəhəri (İNV № 5790) Qəbiristanlıq (XVII–XVIII əsrlər) – Karxulu kəndi (İNV № 5791) Qəbiristanlıq (orta əsrlər) – Sirik kəndi (İNV № 5792) Qəbiristanlıq (orta əsrlər) – Diridağ dağında (İNV № 5793) Qəbiristanlıq (orta əsrlər) – Şıxlar kəndi (İNV № 5795) Şıxbaba (Dairəvi) türbəsi (XIV) əsr – Şıxlar kəndi (İNV № 4166) Mazannənə məqbərəsi (b.e ə.) – Xələfli kəndi Mərmərnənə məqbərəsi (b.e.ə.) – Xələfli kəndi Xırda pir – Balyand kəndi İspiri ocağı – Balyand kəndi Zingir ocağı – Cəfərabad kəndi Hacı Qaraman ocağı – Dağtumas kəndi Çaxmaq piri – Tinli kəndi Müqəddəs Düldül ziyarətgahı – Hacılı kəndi Qarı ocağı – Horovlu kəndi Pir Əhməd – Yarəhmədli kəndi Lalə ocağı – Böyük Mərcanlı kəndi Seyid ocağı – Əfəndilər kəndi Çələbi ocağı – Horovlu kəndi Hacı Qaraman ziyarətgahı – Çələbilər kəndi Qara daş ziyarətgahı Miri evi ziyarətgahı – Quycaq kəndi Düldül ziyarətgahı – Balyand kəndi Əfəndilər piri – Əfəndilər kəndi Qərib Seyid ziyarətgahı – Tatar kəndi Tumas ata ziyarətgahı – Dağtumas kəndi Cəbrayıl ata ziyarətgahı Xubyarlı piri – Xubyarlı kəndi Qərər piri – Qərər kəndi Sarı ocaq – Hovorlu kəndi Qurbantəpə ziyarətgahı İncirli piri ziyarətgahı – Şahvəlli kəndi Qasım Baba piri – Minbaşlı kəndi Düldül ziyarətgahı – Gödəklər kəndi Yel ziyarətgahı – Çaxırlı kəndi Yel ziyarətgahı – Əmirvarlı kəndi Seyid ziyarətgahı – Cocuq Mərcanlı kəndi Qara Molla ziyarətgahı – Daşkəsən kəndi Qarnıyarıq ziyarətgahı – Cəfərabad kəndi Dağdağan ocağı – Qumlaq kəndi Çomaq ata ziyarətgahı – Dağtumas kəndi Düldül ziyarətgahı – Hacılı kəndi == Tarixi memarlıq abidələri == Ağoğlan nekropolu (ilk orta əsrlər) – Cəbrayıl şəhəri (İNV № 869) Məscidtəpə kurqanı (tunc dövrü) – Qalacıq kəndi (İNV № 878) Qız qalası (XII əsr) – Xələfli qəsəbəsi (Diridağ ərazisi) (İNV № 4168) Qala bürcü (V–VI əsrlər) – Sirik kəndi (İNV № 4167) Canqulu kurqanı (tunc dövrü) – Mahmudlu kəndi (İNV № 871) Quştəpə kurqanı (tunc dövrü) – Mahmudlu kəndi (İNV № 872) Karxulu kurqanları və yaşayış yeri (tunc dövrü) – Karxulu kəndi(İNV № 870) Naftalı kurqanları (son tunc və ilk dəmir dövrü) – Naftalı kəndi (İNV№ 879) İmanqazantəpə kurqanı (son tünc dövrü) – Şıxlar kəndi (İNV № 876) Qışlaq kurqanları və yaşayış yeri (son tunc və ilk dəmir dövrü) – Qışlaq kəndi (İNV № 880) Hovuslu kurqanları (son tunc və ilk dəmir dövrü) – Hovuslu kəndi(İNV № 881) Cinlitəpə yaşayış yeri – Horovlu kəndi (İNV № 882) "Divlər sarayı" – Dağtumas kəndi (İNV № 884) Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi "Şəhərşik qalıqları", "Qışlaq yerləri" (b.e.ə. II minillik) – Şıxlar kəndi On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) – Qumlaq kəndi On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) – Qumlaq kəndi Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi Başıkəsik günbəz (XIII–XIV əsrlər) – Xələfli qəsəbəsi Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) – Şıxlar kəndi Xanəgah – Xubyarlı kəndi Xanəgah – Şıxlar kəndi == Muzeylər == Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi == İstinadlar == == Xarici keçidlər == "Cəbrayıl rayonunun vandalizmə məruz qalmış abidələri". dqdk.gov.az.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.29 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 ••••••••••••••• 14.96
2004 ••••••••••••• 12.80
2005 •••••••• 8.10
2006 •••••••••••••••••••• 21.17
2007 ••••••••••••••••• 17.55
2008 •••••••••••••••• 16.08
2009 •••••••••••••••••• 18.24
2010 •••••••••••••••• 16.79
2011 ••••••••••••••••• 17.33
2012 ••••••••••••••••••• 19.36
2013 ••••••••• 8.90
2014 •••••••••••• 12.70
2015 •••••••••••• 12.08
2016 ••••••••••• 10.76
2017 ••••••••••••• 12.84
2018 ••••••••• 9.14
2019 •••••••••••••••• 16.55
2020 •••••••••••••••••• 18.30

"abidələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abidələr nədir? #abidələr sözünün mənası #abidələr nə deməkdir? #abidələr sözünün izahı #abidələr sözünün yazılışı #abidələr necə yazılır? #abidələr sözünün düzgün yazılışı #abidələr leksik mənası #abidələr sözünün sinonimi #abidələr sözünün yaxın mənalı sözlər #abidələr sözünün əks mənası #abidələr sözünün etimologiyası #abidələr sözünün orfoqrafiyası #abidələr rusca #abidələr inglisça #abidələr fransızca #abidələr sözünün istifadəsi #sözlük