ABL sözü azərbaycan dilində

ABL

Yazılış

  • ABL • 74.4361%
  • abl • 25.0627%
  • ABl • 0.5013%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ablabes triangulum
Lampropeltis triangulum (lat. Lampropeltis triangulum) — lampropeltis cinsinə aid heyvan növü.
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. == Haqqında == Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur.Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir. Bununla yanaşı "Tərcüman" jurnalında öz nəsr əsərlərini də çap etdirir.
Ablaktirovka
Yaxınlaşdırma peyvəndi və ya ablaktirovka (rus. аблактиро́вка; əsli lat. ablacto) — bağçılıqda peyvənd üsullarından biri. Bu, yaxınlıqda böyüyən bitkilərin tumurcuqlarının (alma, armud, üzüm) birləşməsidir. Tam birləşdikdən sonra, kök ana bitkidən ayrılır.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Ablaut
Ablaut (alm. Ablaut‎) (apofoniya da adlanır) — Müxtəlifsistemli dillərdə morfoloji üsulun növləri arasında apofonasiya hadisəsinin özünəməxsus yeri və mövqeyi vardır. Bu hadisə fonetik dəyişikliyə əsaslanaraq daha çox german dillərində müşahidə edilir. Apofonasiyanın digər bir adı ablautdur. A b l a u t (alman dilində ablaut)— səsləri morfoloji cəhətdən (kökdə sait foneminin dəyişməsi) eyni köklü sözlərdə və ya bir sözün müxtəlif formalarında səs dəyişməsi ilə şərtlənir. Məsələn, alman dilində binden — band — gebunden buna misal ola bilər. “Söz tərkibində hər hansı bir fonetik dəyişkənlik düzxətli aktdır. Fonem sisteminin yenidən qurulması, fonetik təkamül və s. mürəkkəb xarakterli amillər, bütöv reduksiyalar buna misal ola bilər. Bu zaman müxtəlif xarakterli dil əvəzlənmələri, yəni qovuşma, hissələrə ayrılma və s.
Ablej
Ablej (fr. Ableiges) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 972 nəfər (2000). Bələdiyyə Paris şəhərinin 37 km şimal-qərbində, Serji belediyyənin 8 km şimal-qərbdə yerləşir.
Ablyasiya
Ablyasiya — texnikada bərk cismin səthindən qaz axını vasitəsilə maddə kütləsinin götürülüb-aparılmasıdır, atmosferdə metroitlərin, raket, kosmik aparatların (cihazların) böyük sürətlə hərəkəti zamanı müşahidə olunur. İstilik enerjisinin intensiv udulması ilə müşahidə olunan termik-fiziki kimyəvi çevrilmələr (qaz yaranma, ərimə, kokslaşma və s.) nəticəsində baş verir ki, bu da raket və kosmik cihazların istilik müdafiə vasitələrindən biri kimi ablyasiyanın geniş istifadəsini qabaqcadan müəyyən edir. Belə müdafiənin vacibliyi o səbəbdəndir ki, hipersəs hava axınlarının (və ya mühərriklərdə raket yanacaqlarının yanma məhsullarının) təsirinə, hətta istiyə davamlı konstruksion materiallar belə dözmür. Ablyasiya üçün ilkin materialın səth qatının tədricən dağılması və fiziki-kimyəvi çevrilmələr nəticəsində onun transformasiyası xarakterikdir; bu isə örtükdə əlverişli istilik rejimini, yəni müdafiə olunan konstruksiyada lazımi temperaturu təmin edir. İstilik bərk materiladan sublimasiya prosesində daha effektiv ayrılır; bu zaman qazlar materialda yaranan deşik və boşluqlardan yüksək temperaturlu qaçan istilik axınının sərhəd qatına daxil olur, istilik və diffuz axınlarının, həm də sürtünmənin təsirini aşağı salır. Adətən istilik keçirməyən (istilik qoruyan) örtüklərin dağılması onlarda eyni zamanda bir neçə fiziki -kimyəvi proseslərin keçməsi nəticəsində baş verir, lakin yalnız bir prosesin həyata keçməsi mümkündür; Məsələn: ayrılma (politetraftoretilen, polietilen), sublimasiya (qrafit), ərimə (kvars). Ablyasiyanın intensivliyi qaz axınının qazdinamik və fiziki-kimyəvi parametrlərindən (temperaturdan, təyziq və sürətdən), örtüyün eroziya nəticəsində daşınmasını sürətləndirən bərk hissəciklərin mövcudluğundan, qazların tərkibindən və s. asılıdır. Ablyasiya örtüyü kimi polimer kompozitlər, elastometrlər, termoplastrlar və s. materiallar tətbiq olunur; bu materiallar eroziya davamlılığını artırmaq (yüksəltmək) üçün bir və çoxqatlı (laylı) həcmi kətan toxumalı şeylərlə, həmçinin arı şanı kimi karkaslarda armatulaşdırılır.
Ablı (Ərdəbil)
Ablı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Gəncgah kəndistanında, bölgənin mərkəzindən 10 km qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun üstündədir.
Abləziz Vəliyev
Abləziz Vəliyev (krımtat. Ablâziz Veliyev, Аблязиз Велиев; 25 oktyabr 1939, Solnennaya Dolina[d]) — Krım tatar şairi, tərcüməçi, satirik, jurnalist və ictimai xadim; çoxsaylı şeir, mahnı və tərcümə müəllifi. Ümumilikdə onun 40-dan çox kitabı çap olunmuşdur. Krım Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi (2010), B. Çoban-zadə adına mükafatı laureatı (2008), Krım Ədəbi Akademiyasının akademiki (1993), Ukrayna Milli Yazıçılar Birliyinin üzvü (1993), Ukrayna Milli Jurnalistlər Birliyinin üzvü (1993), Krım Tatar Qələm Klubunun vitse-prezidenti (1999), Krım, Türkiyə, Kiprdə Dünya Türk şeir festivallarının iştirakçısı. == Bioqrafiyası == 25 oktyabrda (Vəliyevin özünün dediyinə görə 23 oktyabrda anadan olub) 1939-cu ildə Koz kəndində (indiki Solnennaya Dolina) Vəli Mustafayev və Əfifə Vəliyevanın ailəsində anadan olmuşdur. 1944-cü ildə dörd yaşında, anası ilə birlikdə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinə sürgün edilir. Atası Böyük Vətən müharibəsi zamanı dünyasını dəyişir. Məktəbdən çıxdıqdan sonra tibb fakültəsinin fledşer-mamaçılıq şöbəsinə daxil olur. Daşkənd tramvay və trolleybus trestinin tramvay parkında köməkçi işçi vəzifəsində çalışır. 1968-ci ildə Daşkənd Universitetinin Jurnalistika fakültəsini bitirir.
Aleksandr Ablesimov
Aleksandr Onisimoviç (Anisimoviç) Ablesimov (rus. Алекса́ндр Они́симович (Анисимович) Абле́симов; 27 avqust (7 sentyabr) 1742[…], Qaliçsk qəzası[d], Kostroma quberniyası, Rusiya imperiyası – 1783[…] və ya 7 sentyabr 1783, Moskva[…]) — Rusiya dramaturqu, satiriki. O, "Sehrbaz, fırıldaqçı və ovçu olan dəyirmançı" musiqili komediyasının müəllifi kimi tanınır. == Həyatı == Aleksandr Ablesimov Qalisiyada, kiçik torpağa malik zadəganların ailəsində anadan olmuşdur. Məhdud dərəcədə təhsil almış və 1751-ci ildə hərbi xidmətə getmişdir. 1758-ci ildə Yeddiillik müharibədə artilleriyada əsgər kimi həqiqi hərbi xidmətə başlamışdır.1772-ci ildə Rusiyaya qayıtmış və sonra kapitan rütbəsinə qədər yüksələrək Moskva dekanlıq şurasına icraçı kimi keçmişdir. Bu vəzifədə olan Aleksandr Onisimoviç 1783-cü ilin əvvəlində Moskvada ifrat yoxsulluq içində vəfat etmişdir.
Aləm gözəl (ablom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Bulbophyllum ablepharon
Bulbophyllum ablepharon (lat. Bulbophyllum ablepharon) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum ablepharon növü Papua-Yeni Qvineya üçün endemik növdür.
Diana Abla
Diana Abla (d. 29 iyul 1995) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Diana Abla, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Həmzə Ablayev
Həmzə Ablayev və ya Amza Ablayev (22 may 1922, Korbek[d], Krım MSSR – 10 sentyabr 1998, Şumxay[d], Krım Muxtar Respublikası) — krım tatar ictimai xadimi, pedaqoq, krım tatar milli hərəkatının liderlərindən biri. İkinci Dünya Müharibəsinin iştirakçısı == Haqqında == Həmzə Memet oğlu Ablayev 22 may 1921-ci ildə Korbek kəndində anadan olub. 1929-cu ildə onun valideynləri kolxoza daxil olmaqdan imtina etdikləri üçün Urala sürgün ediliblər. 1942-ci ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsində iştirak edib. 1944-cü ildə Krım tatarları sürgün edildikdən sonra Özbəkistan SSR-də Qovunçu qəsəbəsində yaşayıb. 1948-ci ildə Daşkənd Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olur və yerli şəhər məktəbində riyaziyyat dərsi keçməyə başlayır. 1950-ci illərin sonundan Krım tatar Milli Hərəkatında iştirak etməyə başlayıb. Yanqıyolda Əbdürrəhman Muradasılovlar birlikdə təşəbbüs qrupu yaradıb. Krıma qayıdıb orada dövlətçiliyi bərpa etmək uğrunda yaranan milli hərəkatla əlaqə saxlayıb. 1960-cı ildə Daşkənd Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub.
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Stepan Ablasad
Stepan Ablasad (erm. Ստեփանոս Աբլասադ) — alban əsilli işxan, Muxank knyazı. Babəkə kömək edən Yesai Əbu Musanun dayısı olmuşdur.
Stepannos Ablasad
Stepan Ablasad (erm. Ստեփանոս Աբլասադ) — alban əsilli işxan, Muxank knyazı. Babəkə kömək edən Yesai Əbu Musanun dayısı olmuşdur.
Typhlodromips ablusus
Yevgeni Ablin
Yevgeni Mixayloviç (Moyseyeviç) Ablin (rus. Евге́ний Миха́йлович (Моисе́евич) А́блин; 13 may 1928, Moskva – 7 aprel 2011, Moskva) — SSRİ və Rusiya monumental heykəltaraşı, rəssamı, qrafika rəssamı. O, Rusiyanın əməkdar artisti adına layiq görülmüşdür. SSRİ-də ictimai binaların memarlığında iri mozaika pannolarının müəllifi, bionik və abstrakt formaların ustası kimi tanınırdı. Əsas işləri: Zelenoqradda ticarət mərkəzinin fasadında və interyerində mozaik relyef (1970); Moskva Olimpiya hovuzunda mozaika və relyeflər (1980). == İstinadlar == == Əlavə ədəbiyyat == Синтез искусств и архитектура общественных зданий. М.: Советский художник, 1974. Лебедева В. Е. Евгений Аблин // Советское монументальное искусство 75/77: сб. ст. -М., 1979.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.64 dəfə / 1 mln.
2017 •••••••••••••••••••• 22.76
2018 •••••• 6.74

"abl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abl nədir? #abl sözünün mənası #abl nə deməkdir? #abl sözünün izahı #abl sözünün yazılışı #abl necə yazılır? #abl sözünün düzgün yazılışı #abl leksik mənası #abl sözünün sinonimi #abl sözünün yaxın mənalı sözlər #abl sözünün əks mənası #abl sözünün etimologiyası #abl sözünün orfoqrafiyası #abl rusca #abl inglisça #abl fransızca #abl sözünün istifadəsi #sözlük