Abo sözü azərbaycan dilində

Abo

Yazılış

  • Abo • 83.3333%
  • ABO • 11.1111%
  • abo • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abo
Abo — İcevan rayonunda dağ. == Toponimik adı == Abo İcevan rayonunda Qaradaş (ermənicə Sevkar) kəndindən 3 km. aralıda dağ adı. == Həmçinin bax == Abdurrəhman Abdulabad (Eçmiədzin) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuəsi. Bakı, 1990.
Abo sülh müqaviləsi
Abo sülh müqaviləsi — 1743-cü ildə Rusiya imperiyası ilə İsveç arasında bağlanmışdı. Müqavilə Rusiya-İsveç müharibəsində (1741-1743) İsveçin məğlubiyyətini təsdiqlədi. Avqustun 7-də Finlandiyanın Abo şəhərində bağlanmışdı. == Şərtlər == Danışıqlarda Rusiya, rus taxtının vəliəhdi Pyotr Fyodoroviçin dayısı Holşteyn şəhzadəsi Adolf Fridrixin İsveç taxtına vəliəhd seçilməsi şərti ilə öz ərazi iddialarını məhdudlaşdıracağına razılıq verdi. İsveç tərəfi bu təklifi qəbul etdi. Müqavilənin 21-ci maddəsi yərəflər arasında "əbədi sülh və dostluq" müəyyən edir, Rusiya və İsveç düşmən ittifaqlarda yer almayacağı barədə təəhhüd götürürdü. 1721-ci il Niştadt müqaviləsinin təsdiqi olaraq Rusiyanın Pribaltikada əraziyə sahib olmasını qəbul etdi. Kummene çayı sərhəd müəyyən edildi == Nəticə == Abo sülh müqaviləsi Rusiyanın Pribaltika və Baltik dənizində vəziyyətini,onun şm.-q sərhədlərinin müdafiəsini daha da möhkəmləndirdi.
L'İl-d'Abo
L'İl-d'Abo (fr. L'Isle-d'Abeau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38193. Kommunanın 2012-ci il üçün əhalisi 15944 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Aboa (Antarktika stansiyası)
Aboa — Finlandiyanın Antarktidadakı araşdırma stansiyasıdır. Adı Turkunun latıncadan olan adından yaranıb. 1988-ci ildə Kraliça Mod Torpağında sahildən 130 kilometr içəridə Vestfyella dağlarında Basen adı verilən bir qayalıq (nunatak) üzərində qurulmuşdur. Stansiya, Finlandiya Ticarət və Sənaye Nazirliyi tərəfindən maliyyəyə edilmiş, Finlandiya VTT Texniki Araşdırma Mərkəzi tərəfindən hazırlanaraq inşa edilmişdir. Hazırda Finlandiya Əmək və İqtisadiyyat Nazirliyi nəznində fəaliyyət göstərir.Stansiya yalnız yay aylarında istifadə edilməkdədir. 12 nəfərlik iş sahəsi və ən çox 18 nəfər üçün müvəqqəti yaşayış sahəsi mövcuddur.İsveçə aid Vasa Araşdırma Stansiyası, Aboanın 200 metr yaxınlığında qurulmuşdur. Aboa və Vasa birlikdə Nordensköld bazasını təşkil edirlər.
Abobra
Abobra (lat. Abobra) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Abobra tenuifolia
Abobra tenuifolia (lat. Abobra tenuifolia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin abobra cinsinə aid bitki növü. == Arealı == Cənubi Amerika üçün endemik növdür. == Sinonimləri == Abobra viridiflora Naudin Bryonia tenuifolia Gillies ex Hook. & Arn.
Abobra viridiflora
Abobra tenuifolia (lat. Abobra tenuifolia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin abobra cinsinə aid bitki növü. == Arealı == Cənubi Amerika üçün endemik növdür. == Sinonimləri == Abobra viridiflora Naudin Bryonia tenuifolia Gillies ex Hook. & Arn.
Abolboda
Abolboda (lat. Abolboda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin ksiriskimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Chloerum Willd. ex Spreng. Jupica Raf. Poarchon Mart. ex Seub.
Abolisionizm
Abolisionizm (ing. abolitionism; lat. abolitio – "ləğv etmək", "məhv etmək") — Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında XVIII–XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkat. Abolisionizm ideyası qısa zaman ərzində Böyük Britaniya, Kanada, Fransa və Rusiya kimi ölkələrdə də dəstək qazanmışdır. Amerika Birləşmiş Ştatlarında abolisionizm əsasən köləliyin ittihamı və ictimai fikrin onun əleyhinə yönəldilməsi təşkil edirdi. 1830-cu illərdə hərəkat şimal ştatlarında geniş vüsət almışdır. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ Prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur. Milli inkişafın tələbatından irəli gələn daha geniş ictimai-siyasi hərəkatların mühüm tərkib hissəsi kimi abolisionizm ümummilli məsələlərin həllinə təsir göstərmişdir.
Abolitsionizm
Abolisionizm (ing. abolitionism; lat. abolitio – "ləğv etmək", "məhv etmək") — Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında XVIII–XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkat. Abolisionizm ideyası qısa zaman ərzində Böyük Britaniya, Kanada, Fransa və Rusiya kimi ölkələrdə də dəstək qazanmışdır. Amerika Birləşmiş Ştatlarında abolisionizm əsasən köləliyin ittihamı və ictimai fikrin onun əleyhinə yönəldilməsi təşkil edirdi. 1830-cu illərdə hərəkat şimal ştatlarında geniş vüsət almışdır. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ Prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur. Milli inkişafın tələbatından irəli gələn daha geniş ictimai-siyasi hərəkatların mühüm tərkib hissəsi kimi abolisionizm ümummilli məsələlərin həllinə təsir göstərmişdir.
Abolla
Abolla (yunan dilində:ἀμβόλλα, latın dilində: abolla) - Qədim yunanlar və romalılar arasında geniş yayılan, mantiya tipli olub, çiyinə bərkidilən, rəngli yun parçadan hazırlanan qolsuz geyim. Sarı və ya qəhvəyi rəngdə olan abolladan daha çox istifadə olunurdu.. Sonralar abollanı "filosofların plaşı" adlandırmışlar.. == Qədim Romada == Abolla qədim romalıların istifadə etdikləri, dizlərə qədər uzanan ikiqatlı plaşdir. O, fibula adlandırılan metal sancağın köməyilə çiyinə bərkidilən, düzgün olmayan dördbucaqlı formasına malik geyim növüdür. Əvvəllər bu plaşdan yüksək vəzifəli hərbçilər, sonralar mülki əhali toqanın əvəzinə istifadə edirdilər. Saqum adlanan hərbi plaşdan fərqli olaraq abolla çox zərif parçadan hazırlanırdı. Paltarın nazikliyinə görə qədim Roma şairi Mark Valeri Marsial zarafatla oğrulara məsləhət görürdü ki, oöurluğa gedərkən abolla geyinməsinlər, çünki paltarın altından oğurladıqları əşyalar görünür. Qədim Roma şair və yazıçılarının faciə janrında yazdıqları əsərlərdə abollanı həm də "filosofların günahları" adlandırmışlar. .
Abomey
Abomey — Beninin Zu departamentinin paytaxtıdır. Abomey kommunası 142 kvadrat kilometr ərazini əhatə edir və 2012-ci ildə 90.195 nəfər əhalisi var idi.Abomey, Abomey Kral saraylarına, 1600–1900-cü illərdə Dahomeya krallarının yaşadığı və 1985-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi olaraq seçilmiş kiçik ənənəvi evlərin toplusuna sahibdir. == Tarix == Abomey 17-ci əsrdə Dahomeya krallığının (1600–1904) paytaxtı olaraq qurulmuşdu. Şəhər Do-Aklin, padşahının oğlu tərəfindən təsis edilmişdir. 1700-cü illərdə Dahomey sürətlə genişlənərək ətrafdakı bir çox krallıqları mənimsədi və qul ticarəti ilə zənginləşdi. Bir neçə cəhddən sonra fransızlar 1692-ci il noyabrın 16-da kral Behanzini məğlub etdilər. Bundan sonra şəhərin əhəmiyyəti azaldı. Bu gün şəhər daha az əhəmiyyət kəsb edir, lakin yenə də turistlər arasında məşhurdur və sənətkarlıq mərkəzi kimi tanınır. == Abomey Kral sarayları == Abomey Kral Sarayları, Fon xalqının 17-ci əsrin ortaları və 19-cu əsrin sonları arasında inşa etdiyi bir qrup torpaq tikililərdir. Qərbi Afrikanın ən məşhur və tarixən əhəmiyyətli ənənəvi yerlərindən biri olan saraylar UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.Şəhər altı qapısı olan 10 kilometr (6 mil) çevrəsindəki bir palçıq divar ilə və beş fut dərinlikdə bir xəndəklə qorunurdu.
Abomey Kral sarayları
Abomey Kral sarayları — Benində, əvvəllər Dahomeya krallığının paytaxtı olmuş Abomey şəhərində 40 hektar ərazi üzərində qurulmuş 12 saraydan ibarət kompleksdir.Krallıq 1625-ci ildə, 19 əsrin sonlarına qədər Avropa qul tacirləri ilə ticarəti üstün tutan və hərbi əsirlərini satdıqları güclü bir hərbi və ticarət imperiyasına çevirmiş Fon xalqı tərəfindən qurulmuşdu. Saraylarda 8000 nəfərə qədər yerləşə bilirdi. Kral sarayına akuehue kimi tanınan iki mərtəbəli bina daxil idi. Krallıq 1625–1900-cü illərdə hakimiyyətdə olmuş on iki padşahın rəhbərliyi altında ikən Afrikanın qərb sahillərinin ən güclülərindən birinə çevrildi. UNESCO sarayları Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısına daxil etmişdir. Bunun ardınca, Abomey 15 mart 1984-cü ildə kral saraylarını və muzeyləri tornado vurulduğundan ərazi Təhlükədə olan Dünya irsinin siyahısına daxil edilmişdi. Bununla birlikdə, bir sıra beynəlxalq qurumların köməyi ilə bərpa və abadlıq işləri başa çatdırıldı. Abomeydə aparılan düzəliş işləri və alınan hesabatlara əsasən, UNESCO Benindəki Abomey Kral saraylarını 2007-ci ilin iyul ayında Təhlükədə olan Dünya İrsi Siyahısından çıxarmaq qərarına gəldi. == Tarix == Abomeynin gizli ərazisi daxilində, səltənətin 12 hökmdarı tərəfindən inşa edilən saraylar 1695–1900-cü illərdə imperiyanın ənənəvi mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərirdi. Sarayların inşasına başlamış ilk hökmdar, şəhərin qurucusu olan Kral Houeqbaga idi.Folklora görə Abomeydəki 12 kral sarayını tikdirən kral sülaləsi Tado şahzadəsi Aliqbonon və bir panteranın nəslindən idi.
Abonement
Abonement (fr. abonnement, imzalamaq) — abunə müqaviləsinin qüvvədə olduğu müddət ərzində və ya müddətsiz qaydada bir tərəfin (abunəçinin) hər hansı əmlakdan istifadə etmək və ya başqa tərəfdən vaxtaşırı müəyyən xidmətlərin göstərilməsini tələb etmək hüququna malik olduğunu təsdiqləyən: Kitabxana, telefon, şəhər nəqliyyat, teatr, konsert salonu və stadiondakı yerdən müəyyən müddətə istifadə hüququ; bu hüququ təsdiq edən sənəddir. Abonement sözünün dəqiq mənası müəyyən müddət ərzində hər hansı bir vasitənin xidmətindən istifadə etmək deməkdir. Kitabxanaların fondlarından (kitabxana və kitabxanalararası abonement) istifadə müqaviləsinə abonement müqaviləsi deyilir.
Abonent
Abunəçi və ya abonent — televiziya və radio yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs.Rabitədə abonementdən istifadə etmək hüququ olan müəssisə, təşkilat və ya şəxs; rabitə qovşaqlarında sexin böyük qurğu və cihazları olan sahəsi. İnformatikada hesablama sisteminin xidmətindən istifadə etmək hüququ olan şəxs, təşkilat və ya müəssisələr. Aktiv, videomətn və verilənlərin teleemalı Abonenti olur. Aktiv Abonentin verilmiş anda EHM ilə əlaqəsi olur. Videomətn Abonenti videomətn xidmətinin imkanlarından həmin sistemin terminalı vasitəsilə istifadə edir. Verilənlərin teleemalı Abonenti teleemal sisteminin xidmətindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
Abonotixli Aleksandr
Paflaqoniyalı Aleksandr və ya Abonotixli Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀβωνοτειχίτης; təq. 105, Abonotix[d] – təq. 170) — Qədim Roma yalançı peyğəmbəri, orakulu. Satirik Lukian onu Qlikon kultunun banisi adlandırır. Lukianın Aleksandr haqqında yazdıqlarının doğruluğu tez-tez şübhə altına alınır, lakin Mark Avreli və Lusi Verin dövründə zərb edilən, üzərində Aleksandrın təsviri olan sikkələr həmin dövrdə Aleksandrın təsirinin əhəmiyyətliliyindən xəbər verir.Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir. İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".
Abordaj
Abordaj (fr. abordage) — avarlı və yelkənli gəmilərlə döyüş üsulu. Adətən, zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.
Aborigen
Aborigenlər — hər hansı bir ölkənin ərazisində yaşamış ilk insanları bildirir. Məsələn; Avstraliya aborigenləri Avstraliyaya təqribən 40 000 il əvvəl Cənub-Şərqi Asiyadan gəliblər. Onlar daimi yaşayış məskənlərinə sahib deyildilər. Materik boyu dolaşaraq ovçuluq və yığıcılıq vasitəsilə qida əldə edirdilər. Onların əsas silahı bumeranq və metal nizə idi. Təqribən 200 il əvvəl Avstraliyada məskunlaşmış avropalılar ilk vaxtlar aborigenlərlə çox pis rəftar edirdilər. Amma indi aborigenlər Avstraliyanın tamhüquqlu vətandaşlarıdır. Avstraliya hökuməti tarixən aborigenlərə məxsus olmuş bəzi əraziləri onlara verib.
Aborigenlər
Aborigenlər — hər hansı bir ölkənin ərazisində yaşamış ilk insanları bildirir. Məsələn; Avstraliya aborigenləri Avstraliyaya təqribən 40 000 il əvvəl Cənub-Şərqi Asiyadan gəliblər. Onlar daimi yaşayış məskənlərinə sahib deyildilər. Materik boyu dolaşaraq ovçuluq və yığıcılıq vasitəsilə qida əldə edirdilər. Onların əsas silahı bumeranq və metal nizə idi. Təqribən 200 il əvvəl Avstraliyada məskunlaşmış avropalılar ilk vaxtlar aborigenlərlə çox pis rəftar edirdilər. Amma indi aborigenlər Avstraliyanın tamhüquqlu vətandaşlarıdır. Avstraliya hökuməti tarixən aborigenlərə məxsus olmuş bəzi əraziləri onlara verib.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Müdaxilə etmədən baş verən bir abort, "spontan abort" olaraq tanınır və hamiləliklərin təxminən 30-40%-ində baş verir.Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir, lakin təhlükəli abort, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana ölümünün əsas səbəbidir. while making safe abortion legal and accessible reduces maternal deaths.Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Abova (qışlaq adı)
Abova-Ermənistanın Quqar (1969-cu ildən Tumanyan) rayonunda qışlaq adı. == Toponimik izahl == Abova- Ermənistanın Quqar (1969-cu ildən Tumanyan) rayonunda qışlaq adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq dağılmışdır. Əsli Aboevi. Abo şəxs adından və oba yaxud ev dayanacaq, düşərgə (93, 162) sözündən ibarətdir. Bax: Alpevi. == Həmçinin bax == Qərbi Azərbaycan Abbaslar == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Abovyan
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Abovyan küçəsi (İrəvan)
Abovyan küçəsi (erm. Աբովյան փողոց) — İrəvan şəhərinin mərkəzində, Redoublika meydanından Aleksadra Myasnikyan prospektinə qədər uzanan küçə. == Tarixi == İrəvan şəhərinin ən qədim küçələrindən biridir. 1924-cü il Aleksadr Oqanoseviç Tamanyanın hazırladığı şəhərin baş planında toxunulmaz olaraq qalan küçə olmuşdur. Küçə 1920-ci ildə görkəmli erməni şairi Xaçatur Avetikoviç Abovyanın şərəfinə adlandırılmışdır. Adının dəyişdirilməsinə qədər Astafev küçəsi adlanırdı (1868-1920). Küçə İrəvan qubernatoru Mixail İvanoviç Astafevin şərəfinə adlandırılmışdır (1860—1869). 1868-ci ilə qədər isə Qala küçəsi adlanırdı. == Görməli yerləri == Xaçatur Averikoviç Abovyan abidəsi (1950, heykəltaraş Suren Stepanyan) Avetik Saakoviç İsaakyan abidəsi Karabal abidəsi (1991, heykəltaraş Levon Tokmacyan) 19 əsr qapıları binası == Karabal haqqında əfsanə == 1930-cu illərdə tanınmış Karabal gününün böyük bir qismini bu küçədə keçirir və yaxınlıqdan keçən qızlara gül hədiyyə edirdi. == Məşhur sakinləri == Rəssam Stepan Məliksetoviç Ağacanyan (ev 42, memorial lövhə) Ermənistan SSR xalq artisti Arev Qriqorevna Bağdasaryan (ev 21, memorial lövhə) Tarixçi və linqvist Qriqori Ayvazoviç Kapanyan (ev 32, memorial lövhə) Rusiyanın alim-həkimi Serafimoviç Keçek Ambarsum (ev 32, memorial lövhə) Kinorejisor və aktyor Amasi Petroviç Martirosyan (ev 31, memorial lövhə) SSRİ xalq artisti Metaksiya Miqranovna Simoyan (ev 20, memorial lövhə) Ermənistanın birinci katibi Ağası Qevondoviç Xancyan (ev 8, memorial lövhə) == İstinadlar == == Mənbə == İrəvan.
Abovyan rayonu
Abovyan rayonu (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir. == Tarixi == Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi. 9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir. Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir. 1948–1951-ci illərin köçürmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur.
Avstraliya aborigeni
Avstraliya aborigeni (yerli avstraliyalar) — Avstraliyanın yerli əhalisi, dil və irq cəhətcə dünyanın başqa xalqlarından fərqlənir. Avstraliya dillərində, bir çoxu isə ancaq ingilis dilində və ya picinin müxtəlif variantlarında danışır. Əsasən Şimali, Şimal-Qərbi, Şimal-Şərqi və Mərkəzi Avstraliyada , bir hissəsi isə şəhərlərdə yaşayır. Avstraliyada yerli xalqlara aid edilən 400 etnik qrup var. == Ədəbiyyat == Артёмова О. Ю. Личность и социальные нормы в раннепервобытной общине по австралийским этнографическим данным. М., 1987 Артёмова О. Ю. Прошлое и настоящее коренных астралийцев // Расы и народы, вып. 10. М., 1980 Берндт Р. М., Берндт К. Х. Мир первых австралийцев, пер. с англ. М., 1981 Кабо В. Р. Происхождение и ранняя история Австралии.
Avstraliya aborigenlərinin astronomiyası
Avstraliya aborigenlərinin astronomiyası – Avstraliyanın yerli xalqlarında formalaşmış astronomik və kosmoqonik təsəvvürlərin birləşməsidir. == Yuxular zamanı == Avstraliya aborigenləri düşünürdülər ki, bizim reallıqdan başqa, əcdadların ruhlarının məskunlaşdığı, digər reallıq “Yuxular zamanı” mövcuddur. Bu iki reallıq kəsişir və qarşılıqlı olaraq bir-birinə təsir edir. Həqiqi aləmlə “yuxu” aləminin kəsişdiyi yerlərdən biri səmadır: əcdadların hərəkətləri Günəşin, Ayın, planetlərin, ulduzların hərəkətində əks olunur, lakin insanların da hərəkətləri göydə baş verən hadisələrə təsir edə bilər. == Aborigenlərin mifologiyasında ulduz səması == Aborigenlərin mifologiyasında ulduz səmasının obyektlərinə: Cənub Xaça, Pleyadlara, Magellan buludlarına və s. geniş yer ayrılır. Hansısa səma obyekti və ya hadisə isə bağlı olan bir sıra mifoloji süjet var. Misal kimi, Orion ülkəri ilə bağlı olan Yolnqu xalqının mifoloji süjetini gətirmək olar: ülkər, qardaşların birinin tabunu pozduğu üçün Günəş tərəfindən göyə qaldırılan 3 qardaşın kanoesi kimi alqılanır. Həmin xalqın inancına görə Venera (Zöhrə) – yaradıcı ruh Barnumbirdir; dan söküləndə qalxan bu ruh, arxasınca işıqdan olan ip çəkir. İp isə ölmüş insanların ruhlarının yaşadığı Baralku adasına bağlıdır; müvafiq ayinləri yerinə yetirərək insanlar bu ip vasitəsi ilə əcdadları ilə təmasa girə bilərlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2010 ••• 0.09
2012 •••••••••••••••••••• 0.86
2014 •••• 0.17

"abo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abo nədir? #abo sözünün mənası #abo nə deməkdir? #abo sözünün izahı #abo sözünün yazılışı #abo necə yazılır? #abo sözünün düzgün yazılışı #abo leksik mənası #abo sözünün sinonimi #abo sözünün yaxın mənalı sözlər #abo sözünün əks mənası #abo sözünün etimologiyası #abo sözünün orfoqrafiyası #abo rusca #abo inglisça #abo fransızca #abo sözünün istifadəsi #sözlük