Abraham sözü azərbaycan dilində

Abraham

Yazılış

  • Abraham • 98.3673%
  • abraham • 1.6327%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abraham
Abraham — ad. Abraham Foksal — ingilis futbolçu Abraham Van Helsinq — Drakula əsərinin personajı. Abraham Merritt — ABŞ yazıçısı və "Bazar" jurnalının keçmiş redaktoru. Abraham de Muavr — fransız əsilli ingilis alimi Abraham Maslau — amerika psixoloqu. Abraham Hiatsint Anketil-Düperron — fransız şərqşünası.Erix Abraham — Alman Piyada generalı.
Abraham Foksal
Abraham Foksal (ing. Abraham Foxall; 1874 – 1950) — hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. == Karyerası == 1899-cu ildə "Liverpul" komandasında "Derbi Kaunti" klubuna qarşı 1 oyunda meydana çıxmışdır, oyun "Liverpul"un 2-0 hesablı məğlubiyyəti ilə bitmişdir.
Abraham Linkoln
Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809[…] – 15 aprel 1865[…]) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861–1865). ABŞ-nin iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-də quldarlığın ləğvini təmin etmişdir. == Siyasi karyerası == 1832-ci ildə(23 yaşında) ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi. 1834-cü ildə(24 yaşında) bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilmişdi. 1855 (46 yaşında) və 1858-ci (49 yaşında) illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir. Onun 1861-ci (52 yaşında) ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-nin tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-nin qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci (56 yasinda) ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur.
Abraham Maslau
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 8 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Abraham Maslov
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 8 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Abraham Merrit
Abraham Qreys Merrit (20 yanvar 1884, Beverli - 21 avqust 1943, İndian Roks Biç) — ABŞ yazıçısı və "Bazar" jurnalının keçmiş redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir. == Həyatı == 1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür. Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merrit 1912-1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir Merrit yaradacılığı boyunca 8 roman yazmışdır. Merrit iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. Abraham Merrit 1943-cü ildə ürək tutmasından vəfat etmişdir.
Abraham Yeravansi
Abraham Yeravansi və ya İrəvanlı Abraham (erm. Աբրահամ Երևանցի 1680 – 1740) — XVIII əsr erməni tarixçisi. Abraham Yerevansinin "1721–1736-cı illərdə müharibələrin tarixi" əsəri Cənubi Qafqaz və İran tarixini öyrənmək üçün mühüm mənbələrdəndir. Kitabda müəllifin şahidi olduğu hadisələrdən, o cümlədən 1724-cü ildə İrəvanın Osmanlı qoşunları tərəfindən tutulmasından bəhs edilir. Əsər 1938-ci ildə erməni, 1939-cu ildə isə rus dilində nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bournoutian, George A. ABRAHAM OF EREVAN // Encyclopaedia Iranica. 2002. A. J. Hacikyan, redaktorThe Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times. Detroit: Wayne State University Press. 2005.
Erix Abraham
Erix Abraham (alm. Erich Gottfried Abraham‎; 27 mart 1895 – 7 mart 1971, Visbaden) — Alman Piyada generalı. Üçüncü Reyxin hərbi xadimi. İbrahim 1895-ci ildə Şərqi Prussiyanın Marienburg şəhərində anadan olub. Birinci Dünya Müharibəsi başladıqdan sonra hərbi xidmətə könüllü olaraq getdi və növbəti il Leutnant der Reserve olaraq istifadəyə verildi . 1920-ci ildə fəxri Oberleutnant olaraq tərxis edildi və polisə qatıldı. 1935-ci ildə mayor rütbəsində hərbi xidmətə qayıtdı . 1936 – 39-cu illərdə 105-ci Piyada Alayında piyada taburuna komandanlıq etmiş,1938-ci ildə Oberstleutnant rütbəsinə yüksəlmişdir. 1939-cu ildə 266-cı Piyada Alayına köçürüldü və yenidən bir il taburluq etdi. 1940-cı ildə 230-cu Piyada Alayının komandiri vəzifəsinə təyin edildi və 1941-ci ildə yüksəldi.1942-ci ilə qədər bu alayın komandanlığını davam etdirən Oberst 230-cu Piyada Alayına rəhbərlik etdiyi dövrdə Dəmir Xaçın Cəngavər Xaçına layiq görüldü.
Karl Abraham
Karl Abraham (alm. Karl Abraham‎; 3 may 1877[…], Bremen – 25 dekabr 1925[…], Berlin) — Almaniya psixoanalitiki. O, libidonun pregenital mərhələsinə, psixozun təhlilinə dair əsərlərin müəllifi obyekt münasibətləri nəzəriyyəsinin inkişafının əsasını qoymuşdur.O, Eygen Bleylerin rəhbərliyi altında Sürixdəki Burqholtsli klinikasında (1904–1907) işləmiş, burada Karl Qustav Yunqun ideyalarına yaxınlaşmışdır. Abraham sonra Berlində özəl praktikant kimi çalışmışdır. 1907-ci ildə Ziqmund Freydlə tanış olmuşdur. Abraham bütün həyatı boyu Freydin ideyalarına yaxın qalmış, zamanla Yunqdan uzaqlaşmışdır. O, 1910-cu ildə Psixoanalitik Cəmiyyətin Vyanadan kənarda ilk şöbəsini – Berlin Psixoanalitik Assosiasiyasını təşkil etmiş və 1924-cü ildə onun prezidenti olmuşdur. Bu təşkilat əsasında bir klinika yaradılmışdır. Bunun sayəsində Berlin psixoanalitiklərin hazırlanması üçün mühüm mərkəzə çevrilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Hilda Abraham: Karl Abraham.
Maks Abraham
Maks Abraham (alm. Max Abraham‎; 26 mart 1875[…], Qdansk, Prussiya – 16 noyabr 1922[…], Münhen) — yəhudi əsilli Almaniya nəzəri fiziki. 1897-ci ildə Berlin Universitetini bitirmiş və burada Maks Plankın köməkçisi kimi çalışmışdır. Riyazi fizika, elektrodinamika, elektron nəzəriyyə, cazibə nəzəriyyəsi sahəsində əsas əsərlər yazmışdır. 1902–1903-cü illərdə elektronun quruluşu haqqında ilk fərziyyəni irəli sürmüşdür. Elektron impuls anlayışını təqdim etmiş, elektronun elektromaqnit kütləsinin sürətdən asılılığının düsturunu vermişdir. O, 1912-ci ildə Nyutonun nəzəriyyəsini ümumiləşdirən, lakin Eynşteynin cazibə və ətalət qüvvələrinin ekvivalentliyi prinsipini nəzərə almayan cazibə qüvvəsi nəzəriyyəsini irəli sürmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Храмов Ю. А. Абрагам, Макс // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд.
Pal Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. == Əsərləri == === Operettalar === Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) === Filmoqrafiya === Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pol Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. == Əsərləri == === Operettalar === Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) === Filmoqrafiya === Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Raymund Abraham
Raymund İohann Abraham (alm. Raimund Johann Abraham‎; 23 iyul 1933[…], Lienz[d], Tirol[d] – 4 mart 2010[…], Los-Anceles, Kaliforniya) — Avstriya memarı. ABŞ-də yaşamışdır. İşinə görə, 1970-ci illər atipik konstruktiv həllər xarakterikdir ("Üç divarlı ev", 1972).40 illik karyerası boyunca Abraham Avropa və ABŞ-də layihələr yaratmış, memarlıq əsərləri qurmuşdur. 1952–1958-ci illərdə Abraham Qraz Texnologiya Universitetində təhsil almışdır. 1959-cu ildə Vyanada bir studiya qurmuş və burada tikinti, rəsm və quraşdırma vasitəsilə memarlığın dərinliklərini və sərhədlərini araşdırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Groihofer, Brigitte (Ed.): Raimund Abraham [UN]Built. Springer, 1996 Abraham, R. (1988). Viena pálida. Madrid: AviSa.
Abraham Van Helsinq
Abraham Van Helsinq (ing. Abraham Van Helsing) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Abraham de Muavr
Abraham de Muavr (fr. Abraham de Moivre, 26 may 1667[…] – 27 noyabr 1754[…], London) — fransız əsilli ingilis riyaziyyatçısıdır; kompleks ədədin qüvvətə yüksəldilməsi qaydasını tapmışdır (Muavr düsturu); ehtimal nəzəriyyəsi sahəsində işləmişdir. == Həyatı == Abraham de Muavr 1667-ci ildə Fransanın Vitri-le-Fransua şəhərində anadan olmuşdur. Atası Daniel cərrah idi və övladının gələcəkdə təhsil alması üçün köməyini əsirgəmirdi. Muavr 11 yaşına kimi xristian qardaşlar adlı dini təriqətin Katolik məktəbində təhsil alır. Daniel protestant idi və 1678-ci ildə Muavrın 11 yaşı tamam olanda, onu Sedan şəhərində protestantların təhsil aldığı Sedan Akademiyasına verir. 1682-ci ildə isə katolik kilsəs tərəfindən bu akademiya bağlanılır. 6 il keçdikdən sonra 27 aprel 1688-ci ildə Muavr protestant olduğu üçün ölkəni tərk etməyə məcbur olur. İngiltərənin paytaxtı London şəhərinə köçdükdən sonra ömrünün sonuna kimi burada yaşayır. Muavr bura gələn zaman istedadlı bir riyaziyyatçı kimi tanınır.
Abraham Erasmus van Uik
Abraham Erasmus van Uik (ing. Abraham Erasmus Braam van Wyk; 1952) — CAR botaniki. == Elmi fəaliyyəti == Abraham Erasmus van Uik toxumlu bitkilər üzrə ixtisaslaşıb. == Əsərləri == Field Guide to Wild Flowers of the Highveld. Field Guide to Trees of Southern Africa. A Photographic Guide to Wild Flowers of South Africa and How to Identify Trees in Southern Africa. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Prof.
Abraham Hiatsint Anketil-Düperron
Abraham Hiatsint Anketil-Düperron (7 dekabr 1731[…], Paris – 17 yanvar 1805[…], Paris) — fransız alimi, şərqşünas, Avropa alimləri arasında Avestanın ilk tərcüməçisi. == Həyatı == Anketil-Düperron Parisdə, Okserdə və Amersfortda ilahiyyat təhsili almışdı. O, Parisdə bir neçə Şərq dilini öyrənmişdi. == Elmi fəaliyyəti == Anketil-Düperron 1755-ci ildə sanskrit və zənd dillərini öyrənmək məqsədilə hökumət tərəfindən Hindistana göndərilmişdi. Bu ölkəni 10 ay gəzdikdən sonra Sort şəhərində məskunlaşaraq 1760-cı ilə qədər bu şəhərdə yaşamışdır. 1755–61-ci illərdə Anketil-Düperron ölü dildə yazılmış Avestanın pars kahinləri tərəfindən (icmanın etirazına baxmayaraq) yeni pars ləhcəsində oxunmasına nail olmuşdu. O, hətta Avestanın əlyazmalarını əldə edə bilmişdi. 1762-ci ildə Parisə qayıdan Anketil-Düperron Kral kitabxanasına Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdu. 1771-ci ildə Avestanı şərhlərlə fransız dilində nəşr etmişdi. Anketil-Düperronun tərcüməsi o dövrün bir çox alimləri tərəfindən qəbul olunmamış, bu mətnlərin orijinal olduğuna şübhə ilə yanaşanlar və Avesta mətnlərinin saxtalaşdırıldığını düşünənlər də olmuşdur.
Abraham a Santa-Klara
Abraham a Santa-Klara (alm. Abraham a Sancta Clara‎, əsl adı İohann (Hans) Ulrix Megerle; 2 iyul 1644[…], Krenhaynştetten[d] – 1 dekabr 1709[…], Vyana) — xətib və satirik, avqustin rahibi. O, 1677-ci ildən Vyanada saray xətibi olmuşdur. == Yaradıcılığı == Santa-Klaranın xütbələri və tərbiyəvi yazıları xalq yumoru ilə qarışmışdı. O, dövrün katolik təbliğatçılarını çaşbaş salan sxolastika və mistisizmə tamamilə yad idi. Onun yaradıcılığında klerikalizm nisbətən azdır. Hans Ulrix dünyəvi münasibətləri təsvir etmiş, dövrünün mənfi xüsusiyyətlərini ifşa etmişdir. Çıxışları, moizələri gündəlik həyata yaxın idi və təsirli olmaq üçün heç nəyi nəzərdən qaçırmırdı. Onun yüksək pafosu oyunbazlığa çevrilmişdi, qəribə müqayisələr edir, oyuncaq sözlərdən istifadə edirdi. Santa-Klara belə bir qabığın altında dini və əxlaqi fikirləri həyata keçirməyə çalışırdı.
Temmi Abraham
Kevin Oghenetega Tamaraebi Bakumo-Abraham (2 oktyabr 1997-ci il təvəllüdlü), Temmi Abraham kimi tanınan, İngiltərə Premyer Liqası klubu "Çelsi FK" və İngiltərə millisinin hücumçusu kimi oynayan, ingilis peşəkar futbolçusudur.Çelsinin bir akademiya məzunu olan Abraham, bir il sonra "Çempionşip" klubu olan Bristol Siti FK-ilə bir mövsümü icarə əsasında keçirdi, 2016-cı ildə klubda böyük debüt etdi. Orada, o, mövsümün ən yaxşı oyunçusu, mövsümün gənc oyunçusu və ən yaxşı bombardir mükafatlarını qazanaraq, bir mövsümdə bunu edən ilk oyunçu oldu.Suonsi Siti FK-da daha bir möhtəşəm mövsüm keçirdi, lakin mövsüm "Premyer Liqa"dan ayrılan klubla bitdi. Daha sonra 2018-ci ildə Aston Villa FK-na qoşuldu və 1977-ci ildən bəri klub üçün tək bir mövsümdə 25 qol vuran ilk oyunçu oldu.Abraham, 2019/20 mövsümündə Frank Lempardın ilk seçdiyi hücumçusu olaraq Çelsidə çıxış etməyə başladı. 24 avqustda "Norviç" ə qarşı oyunda, qeyd üçün Temmi cəmi üç dəqiqə oynamışdı və bununla bərabər klub üçün ilk qolunu vurdu. Abraham İngiltərə U-18 millisinin şərəfini qoruyurdu vəə Polşada 2017-ci il 21 yaşadək Avropa çempionatında iştirak etdi. Ən böyük debütünü 2017-ci ilin noyabr ayında etdi. 14 noyabr 2019-cu ildə İnglitərə - Monteneqro AVRO-2020 Seçmə Mərhələ matçında (7-0) Abrahamda 84-cü dəqiqədə fərqlənərək 4-cü milli komanda matçında ilk qoluna imza atdı.
Abraham Maslou
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 9 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Abrahamia
Abrahamia (lat. Abrahamia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Madaqaskar üçün endemik bitkidir.
Artsrun Abrahamyan
Artsrun Abrahami Abrahamyan (erm. Արծրուն Աբրահամի Աբրահամյան; 25 oktyabr 1909, Ərciş, Van vilayəti – 17 sentyabr 1978, İrəvan) — Ermənistan kimyaçısı, kimya elmləri doktoru (1971). == Həyatı == Artsrun Abrahami Abrahamyan 25 oktyabr 1909-cu ildə Osmanlı imperiyası ərazisində, Ərcişdə anadan olmuşdur. O, İrəvan Pedaqoji (1931) və Politexnik (1936) institutlarını bitirmişdir. Abrahamyan 1941–1958-ci illərdə Kənd Təsərrüfatı İnstitutunun ümumi kimya kafedrasına, 1958-ci ildən Ermənistan SSR Üzvi Kimya İnstitutunun fiziki-kimya və üzvi analiz laboratoriyasına rəhbərlik etmişdir. Abrahamyan Ermənistanda pemza və tufların adsorbsiya xassələrinin öyrənilməsi və üzvi materiallarda karbon, hidrogen, halogen, kükürd, civə və digər elementlərin mikroanaliz üsullarının işlənib hazırlanması ilə məşğul olmuşdur.
Cim Abrahams
Cim Abrahams (ing. Jim Abrahams; 10 may 1944, Şorvud[d], Viskonsin) — ABŞ kinorejissoru və ssenaristi. O, əsasən Deyvid və Cerri Zuker qardaşları ilə komediya və parodiya janrında işləmişdir. Müstəqil olaraq "Böyük biznes" (1988) filminə rejissor kimi rəhbərlik etmişdir. O, həmçinin "Təyyarə!" (1980), "Tamamilə məxfi" (1984), "Qaynar başlar" (1991) və s. filmləri çəkmişdir.
Ervand Abrahamian
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == Iran Between Two Revolutions (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Ervand Abrahamyan
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == Iran Between Two Revolutions (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Hovik Abrahamyan
Ovik Arqamoviç Abraamyan (erm. Հովիկ Աբրահամյան; 24 yanvar 1958, İmanşahlı, Qəmərli rayonu) — Ermənistan dövlət xadimi, Ermənistan keçmiş baş naziri.(2014–2016) == Tərcümeyi-halı == 1977–1979 — Sovet Ordusu sıralarında hərbi xidmət. 13 aprel 2014-cü ildə Ermənistanın baş naziri təyin edilib. Ermənistan Respublika Partiyasının üzvüdür. == İctimai obrazı == Abraamyanın ləqəbi — "Muk"dur (erm. Մուկ), tərcümədə "siçan" deməkdir. Müsahibələrinin birində Abramyan bildirdi ki, bu ləqəbi ona uşaqkən nənəsi ondan konfet oğurladığına görə verib. 2008-ci ildə ABŞ-nin Ermənistandakı səfirinin müavini Cozef Penniqton Amerikaya göndərdiyi sənəddə onun haqqında yazırdı ki, Abramyan "xarici müşahidəçilər və bir çox ermənilər tərəfindən yonulmamış, pis təhsil almış və təsadüfi fiqur, küt nuvoriş, çirkli pul siyasəti obrazı, dövlət inzibati resurslarından sui-istifadə edən, axırıncı pis erməni siyasətində bic müxalifətçi kimi tanınır", " işləyən siyasət maşınında … yerli idarəetmə orqanlarıından səslər üçün məqsədli surətdə istifadə edən və baş nazirliyə can atan mərkəzdir", " Serj Sarqsyanın seçki kampaniyasında çirkli və məcburi taktikaların əsas cari başçısıdır" and "an unsophisticated thug" whose "instincts are not progressive". və ""hissləri mütərəqqi olmayan başkəsəndir". Bundan başqa 2008-ci ildə, ABŞ-nin Ermənistandakı səfiri Mari Yovoviç Abraamyanı siyasi hakimiyyətini öz biznes maraqlarını həyata keçirmək üçün istifadə edən siyasətçi kimi xarakterizə etdi.
Piter Abrahams
Piter Henri Abrahams (ing. Peter Henry Abrahams; 19 mart 1919 – 18 yanvar 2017[…]) — Cənubi Afrika yazıçısı. == Həyatı == Piter Abrahams 3 mart 1919-cu ildə CAR-ın kasıb Vrededorp şəhərciyində doğulmuş, 1939-cu ildə ölkəsini tərk etmişdir. 1956-cı ildə Yamaykaya köçməmişdən əvvəl dənizçi və Londonda jurnalist kimi işləmişdir. Cənubi Afrikanın məşhur qaradərili yazıçılarından biri olan Piter Abrahamsın əsərləri siyasi və sosial problemlərə, xüsusilə irqçiliyə həsr olunmuşdur. Müəllifin ilk işlərindən biri olan "Kömür oğlan" (1946) hekayəsi tənqidçilərin diqqətini cəlb etdi. Onun irqçilik əleyhinə yazılmış digər əsərləri arasında "Qara vəsiyyət" (1942) hekayələr toplusu və "İldırımlı yollarla" (1948), "Maykl Udomo üçün əklil" (1956), "Gecənin hökmündə" (1965), "Koyabadan baxış" (1985) romanlarını qeyd etmək olar. 1966-cı ildə yazdığı "Bu ada indi" romanı Afrikadan bəhs etməyən yeganə əsəridir, bu əsərdə hadisələr Yamaykada və Karib adalarında baş verir. Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Piter Abrahamsın "İldırımlı yollarla" (The Path of Thunder) romanının motivləri əsasında eyniadlı balet yazmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.90 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••• 1.57
2004 ••• 1.01
2005 •• 0.67
2006 ••••• 1.58
2007 •••• 1.06
2008 ••• 0.73
2009 ••• 0.96
2010 ••• 1.00
2011 •• 0.51
2012 ••• 0.69
2013 •• 0.44
2014 0.17
2015 •• 0.68
2016 ••••• 1.39
2017 ••••• 1.63
2018 •••••• 1.95
2019 ••• 0.83
2020 0.13

Oxşar sözlər

#abraham nədir? #abraham sözünün mənası #abraham nə deməkdir? #abraham sözünün izahı #abraham sözünün yazılışı #abraham necə yazılır? #abraham sözünün düzgün yazılışı #abraham leksik mənası #abraham sözünün sinonimi #abraham sözünün yaxın mənalı sözlər #abraham sözünün əks mənası #abraham sözünün etimologiyası #abraham sözünün orfoqrafiyası #abraham rusca #abraham inglisça #abraham fransızca #abraham sözünün istifadəsi #sözlük