ABS sözü azərbaycan dilində

ABS

Yazılış

  • ABS • 90.7591%
  • Abs • 4.9505%
  • abs • 3.6304%
  • ABs • 0.6601%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABS
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu.Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtmobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir. Bununla da avtomaşın yol üzərində daha dayanıqlı və idarə edilə biləcək olur.
ABS-CBN
ABS-CBN — televiziya kanalı. ABS-CBN — şirkət.
Denni Abs
Denni Abs (ing. Dannie Abse; 22 sentyabr 1923, Kardiff – 28 sentyabr 2014, London) — uelsli ingilis şair, romançı, dramaturq. == Bioqrafiya == Denni Abs Uelsin Kardiff şəhərində anadan olmuşdu. Atası Rudolf Abs Cənubi Uelsdəki bir neçə kinoteatrın sahibi idi. Həmçinin Denni Abs siyasətçi Leo Abs və tanınmış, peşəkar psixoanalist Uilfred Absın kiçik qardaşıdır. Denni Abs tibb təhsilini əvvəlcə Uels Kollecində, daha sonra London Kral Kollecində almışdı. Uşaqlıqdan "Cardiff City" futbol klubunun pərəstişkarı olan Denni Abs gələcəkdə ədəbi işində də bunu əks etdirmiş, həmçinin özü də idmanla fəal məşğul olmuşdu. Denni Abs 30 ildən çox bir müddətdə şeir yaradıcılığını tibb təcrübəsi ilə birləşdirmişdi. İlk nəşri olan "After Every Green Thing" 1949-cu ildə çap olunmuşdu. Habelə onun 1954-cü ildə "Ash on a Young Man's Sleeve" adlı avtobioqrafik əsəri nəşr olunmuşdu.
ABS-CBN (şirkət)
ABS-CBN Corporation (ümumi olaraq ABS-CBN kimi tanınır) — Keson şəhərində yerləşən bir Filipin media və əyləncə qrupudur. Gəlir, əməliyyat gəliri, xalis gəlir, varlıq, kapital, bazar kapitallaşması və işçi sayı baxımından Filippinlərin ən böyük əyləncə və media birliyidir. ABS-CBN, Alto Broadcasting System (ABS) və Chronicle Broadcasting Network (CBN) birləşməsi ilə quruldu.
ABS-CBN (televiziya kanalı)
ABS-CBN – mənzil-qərargahı Quezon City-də yerləşən ABS-CBN Corporation şirkətinə məxsus bir Filippin ticarət televiziya kanalıdır. Kanal 23 Oktyabr 1953-cü ildə istifadəyə verildi. Kapamilya Network olaraq da bilinir.
Absalon
Absalon və ya Aksel (dan. Absalon; 1128[…], Fenneslev[d] – 21 mart 1201[…], Soryo[d]) — Danimarka dövlət xadimi, kilsə və hərbi lideri. O, Lund arxiyepiskopu, kral V Knud dövründə Danimarkanın faktiki hökmdarı olmuşdur.Absalon Danimarkanın gələcək kralı I Böyük Valdemarın tərbiyə aldığı Vide nəcib ailəsində anadan olmuşdur. Absalon və Esbern onun qardaşları idi. İlahiyyat təhsili almış və Valdemar sayəsində Roskille şəhərinin yepiskopu, daha sonra isə Roskille yeparxiyasını saxlayaraq Lund arxiyepiskopu və Skone yepiskopu olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Аксель, архиепископ // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Absarokit
Absarokit — Yellouston parkının effuziv süxurlar seriyasından olub, damar və axıntılar əmələ gətirən porfir və ya aydın kristallik əsasi tərkibli süxurlardır. Absarokit əsas kütləsində (şüşəlidən tam kristalliyədək) çoxlu miqdarda olivin və avgit pürüzləri iştirak edir, çöl şpatları isə olmur. Mineraloji tərkibi: sanidin (25%), avgit (25%), olivin (24%), plagioklaz (22%), filiz mineralları, apatit və biotit (3%). Absarokit şoşonit və banakitlərlə birlikdə vahid ümumi seriya əmələ gətirir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Absenteizm
Absenteizm (lat. absens, absentis — yerində olmayan, ing. absenteeism) — hüquqi normalara, o cümlədən əmək qanunvericiliyinə zidd olaraq, heç bir üzrlü səbəb olmadan işə çıxmama. Ənənəvi olaraq, absenteizmə zəif fərdi bacarıqların göstəricisi kimi baxılır. Həmçinin, buna idarəetmənin problemi kimi də yanaşılır və müxtəlif iqtisadi və kvazi-iqtisadi terminlərlə təsvir olunur. Ən son araşdırmalara görə, absenteizm iş prosesinə psixoloji, tibbi və ya sosial uyğunlaşma problemi kimi başa düşülür. Bu hal, prezenteizmin əksidir. Böyük Britaniya və Kanadada aparılan təhlillərə görə, bu ölkələrdə qadınların absenteizm əmsalı kişilərdən yüksəkdir.Absenteizm əmsalı — işçinin işə çıxmadığı günlərin sayının ay və ya il ərzindəki iş günlərinin ümumi sayına olan nisbətidir. Geniş mənada absenteizm termini həm də öhdəliklərdən yayınma kimi də qəbul edilir. Bura seçkilərdə iştirakdan və ya hər hansı siyasi aktivlikdən, kollektiv tədbirlərdə iştirakdan yayınma aid edilir.
Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb ola bilər. Xronik Abses tədricən inkişaf edir. Müalicəsi: antibiotiklər, orqanizmin müqavimətini qaldıran üsullar, nəhayət, cərrahi əməliyyat.
Absheron Hotel Group
"Absheron Hotel Group" — Paşa Holdinqə məxsus otellər qrupu.
Absinthium
Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir.
Absinthium spicatum
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Absolmsia
Absolmsia (lat. Absolmsia) — kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Absolmsia spartioides (Benth.) Kuntze cinsə aid yeganə növdür. == Arealı == Absolmsia növü Çin və Kalimantanda yayılmışdır. == İstinadlar == Absolmsia:The Plant List saytında takson barədə məlumat.
Absolmsia spartioides
Absolmsia (lat. Absolmsia) — kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Absolmsia spartioides (Benth.) Kuntze cinsə aid yeganə növdür. == Arealı == Absolmsia növü Çin və Kalimantanda yayılmışdır. == İstinadlar == Absolmsia:The Plant List saytında takson barədə məlumat.
Absorber
Absorber ( ing. absorber, lat. absorbere – udmaq ) — qazı və ya qaz qarışığını maye absorbentdə həll etməklə tərkib hissələrinə ayırmaq üçün işlədilən aparat. Absorbere skrubber də deyilir.Absorber iç tərəfdən şəbəkəli arakəsmələrlə bir neçə hissəyə bölünmüş metal və ya saxsı kalonnadan ibarətdir. Kalonnaya aşağıdan qaz qarışığı buraxılır, yuxarıdan isə maye çilənir.Qazla mayenin toxunma səthini artırmaq üçün kolonnanın arakəsmələrikirəmid halqalar,xırda koks parçaları və s. ilə doldurulur. Kolonnaya daxil olan qaz kiçik axınlara ayrılıb maye təbəqələrindən keçir, beləliklə,qaz qarışığının udula bilən kompanentlərinin ən çox udulması təmin edilir. Absorbsiya prosesində çoxlu istilik əmələ gələrsə,temperaturun yüksəlməməsi üçün absorberdə soyuducu qoyulur. Sənayenin müxtəlif sahələrində mayeləri qazla doydurmaq, qazları zərərli qatışıqlardan təmizləmək , qaz və ya buxar qarışıqlarını öz kompanentlərinə ayırmaq və s. məqsədlə absorberdən geniş istifadə olunur.
Absorbsiya
Absorbsiya (latinca tərcümədən udma deməkdir) — müəyyən qazın mayedə (absorment) həll olunmasıdır. Absorbsiya-qazın həll olunmasından, sürəti isə mayedə və qaz qarışığındaki qaz konsentrasiyalarının fərqi ilə təyin edilir. Qazın konsentrasiyası mayedə qaz qarışığına nisbətən yüksəkdirsə, qaz mayedən ixrac olur (desorbsiya). == Tətbiqi == Absorbsiya qazların ayrılmasında tətbiq edilir və başqa sənaye proseslərində (bəzi turşuların alınması və s.) istifadə olunur. Maye absorbentin bütün həcmi ilə məhluldan maddənin sorulması (ekstraksiya), qaz qarışığından isə ərintilərlə alınması (okklyuziya) – Absorbsiya analoji proseslərdir. Çox vaxt Absorbsiya zamanı kimyəvi birləşmələr əmələ gəlir (xemosorbsiya) və ya səthdə maddə udulması (adsorbsiya) baş verir. Texnikada Absorbsiya adətən, qaz qarışığından lazımi komponentləri ayırmaq üçün tətbiq edilir. Mühüm sənaye proseslərindən bir çoxu, məs., nitrat, xlorid və sulfat turşularının istehsalı, sənaye qazlarının zərərli qatışıqlardan təmizlənməsi, qaz qarışığından qaz benzininin, krekinq və piroliz qazlarının çıxarılması Absorbsiyaya əsaslanır. Proses əsas aparatı absorber olan xüsusi Absorbsiya qurğularında aparılır. Absorbsiya hava və qazların təmizlənməsində (məs.
Abstinensiya
Abstinensiya (lat. abstinentia — çəkinmə, nəfsini saxlama) — könüllü və iradi olaraq hər hansı bir şeydən imtina etmə, nəfsini saxlama. Abstinensiya nəticəsində abstinent sindromu yarana bilər. Abstinent sindromu — insan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato–vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyətdir. == İşlənmə halları == Ayıqlıq — spirtli içkilərdən tamamilə çəkinmə; Oruc — dini və ya hər hansı digər səbəblərdən yeməkdən imtina etmə; Selibat — cinsi əlaqədən çəkinmə, evlənməkdən imtina; Susma andı — bəzi dinlərdə və sektalarda tamamilə, yaxud müəyyən hallarda danışmaqdan imtina.
Abstinent sindromu
Abstinent sindromu, bir dərmana ya da maddəyə olan fizioloji adaptasiya deməkdir. Dərmanın ya da maddənin yoxluğunda, şiddətli böhranlara səbəb ola bilər. Bir və ya bir neçə kimyəvi maddəyə bağlı inkişaf edən dözümlülük nəticəsində bədənə yerləşər və bu maddənin əskikliyində abstinent sindromu ortaya çıxar. Nümunə olaraq siqaret və eroin verilə bilər. Siqaretə dözümlülük uzun müddətdə inkişaf etsə də eroin kimi olmasa da edilmədikdə ağır abstinent sindromu əlamətləri olunur. Bu vəziyyət bədəndə nikotinik qəbuledici artımı və nikotin kəsiləndə bəzi fizioloji problemlərə yol açması nəticəsində ortaya çıxar. Bənzər təsir eroində çox daha ağır görünür. İnsan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato–vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyət.
Abstraksionizm
Abstraksionizm, abstrakt sənət və ya mücərrəd sənət (lat. abstractio — ayırma, təcridetmə) — XX əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elementlər (xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya) sistemi ilə əvəz etmiş cərəyan. Proqramlı hərəkat kimi 1910-cu illərin əvvəlində yaranmışdır; baniləri Vasili Kandinski, Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Onlar, bir qayda olaraq, mistik ideyalardan, o cümlədən, teosofiya doktrinalarından bəhrələnir, görünən dünyanın keçici hadisələri arxasında gizlənən daxili qanuna uyğunluqları və intuitiv dərkedilən mahiyyətləri ifadə etməyə can atırdılar. Belə ki, Vasili Kandinskinin “İncəsənətdə ruhaniyyət haqqında” (1911) adlanan nəzəri əsərində ilkin forma elementləri başlanğıc ruhani məzmuna malik işarələr, onların plastik təşkili isə universum elementləri arasındakı əlaqənin proyeksiyası kimi səciyyələndirilir. Rober Delonenin nəzəriyyəsində isə idealist metafizikası rədd edilir, mücərrəd boyakarlığın vəzifəsi rəngkarlıq dili xassələrinin, ilk növbədə rəngin dinamik keyfiyyətlərinin tədqiqi ilə məhdudlaşdırılır. Müasir memarlığın, dizaynın, dekorativ tətbiqi sənət növlərinin təşəkkülündə erkən abstraksionizm ustaları əhəmiyyətli rol oynamışlar (rus konstruktvistlərinin yaradıcılığı, Kazimir Maleviçin arxitektonları və dizayner layihələri, Vasili Kandinskinin Bauhauzda, Pit Mondrianın “De Steyl” qrupunda fəaliyyəti, Rober Delone və Sonya Delone Terkin tətbiqi sənət sahəsindəki təcrübələri). Onların funksional formaya müraciəti ideal dünya nizamı layihələrini özündə birləşdirən estetik proqramlarının universializmi ilə izah olunurdu. Yarandığı vaxtdan abstraksionizmdə iki istiqamət — həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupka) istiqamətlər formalaşmışdır. Düzgün formaların və əsas rənglərin məhdud dəsti əsasında qurulan həndəsi abstraksiya kompozisiyaları sabit, “substansional” vəziyyətlərin təcəssümü idi.
Abstraksiya
Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə,onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir. Abstraksiyanın öz hüdudları var: necə deyərlər,yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ.Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır. İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir.
Abstrakt
Abstrakt (lat. abstractio – mücərrəd; ərəb. يجشد‎) – tamın bir tərəfi, birtərəfli, sadə, inkişaf etməmiş olan hissəsi. Azərbaycan dilində işlək ifadə kimi, ərəbcədən keçmə mücərrəd ifadəsi istifadə olunur.
Abstrakt ekspressionizm
Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında II Dünya Müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hərəkatı. Abstrakt ekspressionizm termini amerikan rəssamlığına ilk dəfə 1946-cı ildə rəsm tənqidçisi Robert Kotes (1897-1973) tərəfindən aid edilmiş, lakin ilk olaraq 1919-cu ildə "Der Sturm" jurnalında alman ekspressionizmini ifadə etmək üçün işlədilmişdir. ABŞ-də bu termini ilk dəfə 1929-cu ildə Alfred Barr Vasili Kandinskinin əsərlərini təsvir etmək üçün istifadə etmişdir.Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbi və ya hərəkatıdır. Bu hərəkatda ekspressiv rəngləmə metodu rəsm çəkməklə eyni mənanı daşıyır. Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir. Bu hərəkatın ilkin fazası olan abstrakt sürrealizm (abstract surrealism) 1940-cı illərdə Andre Bretonun ideyaları əsasında yaranmışdır. Onun əsas tərəfdarları amerikan rəssamları Hans Hofman, Arşil Qorki, Adolf Qotlib və başqaları idilər. 1950-ci illərdə Cekson Pollok, Mark Rotko və Villem de Kuninqin bu hərəkatın başına keçməsilə o geniş miqyas qazandı. Minimalist rəssam Aqnes Martin də özünü abstrakt ekspressionist adlandırırdı.
Abstrakt fotoqrafiya
Abstrakt fotoqrafiya — bəzən qeyri-obyektiv, eksperimental, konseptual və ya konkret fotoqrafiya adlı foto avadanlıq, proseslər və ya materialların tətbiqi sayəsində yaradılmış obyekt dünyası ilə əlqəsi olmayan vizual görüntünü əks etdirən vasitədir. Mücərrəd şəkil üçün hər kəs özünəməxsus kontekstdə təbii hadisə yerinin fraqmentini ayıra bilər, ilk baxışda real görüntü yaratmaq üçün daşınmaz obyektlərin rəng, işıq, kölgə, strukturu, formasından hiss, təəssürat və ya sensasiyaya uyğun olaraq mərhələli yolla istifadə edilə bilər. Şəkil çəkmək kamera,və ya kompüter kimi ənənəvi fotoqrafiya avadanlıqları istifadə etməklə aparıla bilər, ya da bu, birbaşa film təqdimatları, rəqəmsal fotoqrafiya və ya digər media tərəfindən kamera vasitəsilə yaradıla bilər. == Müəyyənləşdirilməsi == Müddətli "abstrakt fotoqrafiya"nın adətən-istifadə tərifi yoxdur. Mövzu ilə bağlı kitablar və məqalələr mücərrəd məsələnin mahiyyətini tam təsviri obrazı, bütünlüklə kamera və ya film, Marko Bröyerin qurama izləri kimi yaradılan obrazlar həmçinin Aaron Siskind-in qeyri-mötəbər şəkilləri kimi hər şey daxildir. Müddətli "abstrakt fotoqrafiya" öz təbiətinə görə birmənalı olan vizual nümayəndəliklərin geniş spektrini və fotoqrafiya növünün hər iki tərəfini nəzərdə tutur. Bir çox fotoqraflar, tənqidçilər, sənətşünaslar və başqaları konkret məna rəsmiləşdirmək istəyən abstrakt fotoqrafiya haqqında öz sözlərini. Elvin Lenqdon Coburn 1916-cı ildə "Abstrakt Fotoqrafiya" sərgisinin keçirilməsini təklif etmişdir".Təklif olunan sərgi baş tutmadı. Psixologiya üzrə professor, psixoloq və fotoqraf Con Şuler demişdir: "Mücərrəd şəkil və ağıl səfərdə heç-heçə edib". Bu, təbii çıxışları və faktiki dünyada tanınan subyektlərin səfərdə heç-heçə etməsidir.
Abstraktlaşdırma
Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə,onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir. Abstraksiyanın öz hüdudları var: necə deyərlər,yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ.Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır. İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir.
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Absurdistan (film, 2008)
== Məzmun == Asiya və Avropa arasında olan bir yerdə sehrli "Absurdistan" kəndi yerləşir. Bu kənddə qadınların hələ ki, ən böyük problemi barmaqlarını tərpətmək istəməyən, səhər tezdən çayxanaya qaçan, təkcə gecə qadınların yatağına soxulmaqda mahir olan tənbəl kişilərdir. Amma bundan əlavə kənddə su problemi də var. İllər öncə çəkilmiş boru paslanıb və kəndə çatan yeganə su şırnağı get-gedə nazilir. Filmin baş qəhrəmanları Aya və Temelko bir-birini lap bələkdən tanıyır. Onlar birlikdə böyüyüb və bu gənclərin bir-birini sevməsinə, qovuşacağına kənddə kimsə şübhə etmir. Amma bədbəxtlikdən ulduz falını yaxşı bilən nənə onların ilk gecəsinin yalnız 4 ildən sonra- iyulun 11-də gələcəyni deyir. Bu illər ərzində kəndə gələn su şırnağı lap nazilir. İndi kənddə suyu ancaq içmək üçün istifadə edirlər. Kənd və adamlar isə kirə batıb.
Absurdizm
Absurdizm — XX əsrin 50-ci illərində ekzistensializm ideyalarının əleyhdarı kimi meydana çıxıb, bu ideyalara istehza edən ədəbi cərəyan olmuşdur. "Antiteatr" və "antidram" adları ilə də məlumdur. Absurdizm ən qabarıq ifadəsini E. İoneskonun "Daz xanəndə qadın" (1953) və S. Bekketin "Qodonun intizarında" (1952) pyeslərində tapmışdır. == Mənbə == "Ədəbiyyatşünaslıq terminləri lüğəti", Bakı, Maarif, 1978, səhifə 5.
Artemisia absinthium
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda yaşayır. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.00 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••••••••• 1.01
2006 •••• 0.45
2007 •• 0.21
2008 ••• 0.24
2009 ••••••• 0.80
2010 ••••••• 0.73
2011 •••••• 0.69
2012 •••••••••••••••••••• 2.41
2013 ••••••••••• 1.31
2014 •••••••••• 1.20
2015 ••••• 0.51
2016 ••••••••••• 1.21
2017 ••••••••••• 1.30
2018 •••• 0.45
2019 ••••••• 0.83
2020 ••••••••••••••• 1.72

"abs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abs nədir? #abs sözünün mənası #abs nə deməkdir? #abs sözünün izahı #abs sözünün yazılışı #abs necə yazılır? #abs sözünün düzgün yazılışı #abs leksik mənası #abs sözünün sinonimi #abs sözünün yaxın mənalı sözlər #abs sözünün əks mənası #abs sözünün etimologiyası #abs sözünün orfoqrafiyası #abs rusca #abs inglisça #abs fransızca #abs sözünün istifadəsi #sözlük