abstraksiya sözü azərbaycan dilində

abstraksiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • abstraksiya • 75.0000%
  • Abstraksiya • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abstraksiya
Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə, onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir. Abstraksiyanın öz hüdudları var: necə deyərlər, yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ. Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır. İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir.
Lirik abstraksiya
Lirik abstraksiya müharibədən öncəki modernist üslublu rəssamlıqda iki əlaqəli, lakin fərqli tendensiyalardan biridir. Avropa Lirik Abstraksiyası Paris şəhərində təşəkkül tapmışdır. Bu ad ilk dəfə 1947-ci ildə Jan Joze Merşand tərəfindən işlənmişdir. Abstrakt Ekspresionizm ilə əlaqəli mücərrəd boyama növünü xarakterizə edən təsviri termin 1940-cı ildən bəri istifadə olunur. Arxeil Qorki kimi tanınmış çoxsaylı ekspresyonist rəssamlar kontekstdə göründüyü kimi lirik abstraktlıqdan istifadə etmişdir.

abstraksiya sözünün leksik mənası və izahı

  • 1 is. [lat. abstractio – ayırma, təcridetmə] fəls. 1. bax təcrid. 2. İnsan təfəkkürünün abstraktlaşma fəaliyyəti nəticəsində hasil olan mücərrəd məfhum, yaxud ümumi nəzəri nəticə. Elmi abstraksiya. Abstraksiya obyektiv aləmi dərketmə prosesində zəruri pillədir.

    Azərbaycan dilinin izahlı lüğəti / abstraksiya
  • 2 \ – mücərrədlik. Elmi tədqiqat metodudur. Obyektiv aləmi dərk etməyə istiqamətlən-mişdir.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / abstraksiya
  • 3 is. [lat. abstractio "uzaqlaşdırma, yayın-dırma"] iqt. Əsas qarşılıqlı əlaqə və asılılıqların daha də-qiq təsvirini əldə etmək üçün, bəzi əhəmiyyətsiz və ya az əhəmiyyətli iqtisadi və qeyri-iqtisadi amilləri nəzərə almamaq yolu ilə, iqtisadi təhlilin sadələşdirilməsi.

    Yeni sözlər və yeni mənalar lüğəti / abstraksiya
  • 4 lat. abstraction – mücərrədləşmə, abstractio – ayırma, abstrakctia – fikrən ayrılma, təcridetmə, rus. абстраксия – mücərrəd fikir 1) elmi-tədqiqat metodu; 2) idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi; 3) abstrakt təsəvvür: əşyanın, hadisənin əsas əlamətlərinin aşkar edilməsi, mücərrəd fikir və anlayış, nəzəri, elmi ümumiləşdirmə; 4) təcrid; 5) insan təfəkkürünün abstraktlaşma fəaliyyəti nəticəsində hasil olan mücərrəd məfhum, yaxud ümumi nəzəri nəticə. Məsələn, elmi abstraksiya.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / abstraksiya

abstraksiya sözünün sinonimləri (yaxın mənalı sözlər)

abstraksiya sözünün rus dilinə tərcüməsi

abstraksiya sözünün inglis dilinə tərcüməsi

abstraksiya sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#abstraksiya nədir? #abstraksiya sözünün mənası #abstraksiya nə deməkdir? #abstraksiya sözünün izahı #abstraksiya sözünün yazılışı #abstraksiya necə yazılır? #abstraksiya sözünün düzgün yazılışı #abstraksiya leksik mənası #abstraksiya sözünün sinonimi #abstraksiya sözünün yaxın mənalı sözlər #abstraksiya sözünün əks mənası #abstraksiya sözünün etimologiyası #abstraksiya sözünün orfoqrafiyası #abstraksiya rusca #abstraksiya inglisça #abstraksiya fransızca #abstraksiya sözünün istifadəsi #sözlük