abır sözü azərbaycan dilində

abır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • abır • 85.2459%
  • Abır • 11.4754%
  • ABIR • 3.2787%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2003 ••••••• 0.39
2006 •••• 0.23
2008 ••••• 0.24
2009 •••••••• 0.48
2010 ••••••••• 0.54
2011 ••••• 0.26
2012 ••• 0.17
2013 •••••••• 0.44
2014 •••••• 0.34
2015 ••• 0.17
2016 •••••••••••••••••••• 1.21
2018 •••••••• 0.45

abır sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. [Zibeydə:] Axır mənim də özümə görə adım, abrım var! M.F.Axundzadə. [Gövhər:] İndiyədək abır, ismət saxladıb məni… N.Vəzirov. [Birisi:] Məgər mən öz abrımdan keçib camaat malına xəyanət edərdim? Ə.Haqverdiyev. 2. məc. dan. Üst-baş, geyim, qiyafət, zahiri görünüş mənasında. [Qurban:] Ə, bu nə paltardır, balam, heç bir utanıb qızarırsan? Bu abırla elə toya-vaya gedirsən. S.Rəhimov. 3. məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri. ◊ Abır gözləmək – hörmət saxlamaq, ədəb gözləmək; utanmaq, həya etmək. Abır qoymamaq – 1) bax abrını almaq; 2) xarab etmək, bərbad etmək, puç etmək. Abırdan düşmək – rüsvay olmaq, biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, ləyaqətini itirmək. Abırdan salmaq – hörmətsizlik etmək, biabır etmək, rüsvay etmək, bərk danlamaq. Abra düşmək – lazımi şəklə, qaydaya düşmək, ləyaqətli şəklə düşmək. Abra salmaq – səliqəyə salmaq, qaydaya salmaq. [Əlyarov:] Heç olmasa gərək küçələri layiqincə bəzəyib abra salaq. M.Hüseyn. Abrı getmək (tökülmək) – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək. [Yetər:] Ağa, belə söhbətdən mənim abrım töküldü. N.Vəzirov. Abrını almaq – bərk danlamaq, biabır etmək. [Qarabirçəyə] elə gəlirdi ki, hər bir kəs Əbişin etdiyi cinayətə qarşı hiddətlənib onu yaxalayacaq, onun abrını alacaq… S.Rəhimov. Abrını aparmaq – bax abrını almaq. Abrını atmaq – özünü arsızlığa vurmaq, heç bir şeydən utanmamaq, abırsızlıq etmək. Abrını ətəyinə bükmək – bərk danlamaq, məzəmmət etmək, abrını almaq. Abrını götürmək (tökmək) – bax abrını almaq. Abrını vermək – bax abrını almaq.

    Azərbaycan dilinin izahlı lüğəti / abır

abır sözünün etimologiyası

  • 1 (Əsli: abru) fars mənşəlidir, ab “su” deməkdir, ru isə “üz”; və onun 2 yozumu ola bilər: 1. “Üzünün suyunu ətəyinə axıtmaq”.  2. “Elə günə salmaq ki, tumanını qal­dı­rıb üzünü gizlətsin”. Deyimdəki bükmək sözü göstərir ki, 2-ci yozum daha doğ­ru­dur. Birinci doğru olsa idi, bükmək yox, tökmək sözü işlədilərdi. Bizdə ud sözü işlədilib. Ayıblı yerə “ud yeri” deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Azərbaycan dilinin etimologiya lüğəti / abır

abır sözünün sinonimləri (yaxın mənalı sözlər)

abır sözünün rus dilinə tərcüməsi

  • 1 1. приличие; 2. достоинство; 3. стыд; 4. репутация; 5. честь;

    Azərbaycanca-rusca lüğət / abır
  • 2 сущ. 1. наружность, внешний вид. Bu abırda küçəyə çıxmaq olmaz в таком виде нельзя выходить на улицу 2. стыд (чувство сильного смущения) 3. срам (о наружных половых органах человека); abrını almaq kimin срамить, стыдить, пристыдить кого; abrını atmaq терять, потерять совесть, стыд; abrını vermək kimin упрекать, укорять, стыдить, пристыдить кого; abır vermək kimə см. abrını vermək; abır qoymamaq kimdə см. abrını vermək; abıra düşmək принимать, принять приличный вид; abırdan düşmək терять, потерять стыд; abıra qısılmaq молчать, чтобы не ронять достоинства, репутации, бояться скандала, позора; abırdan salmaq kimi срамить, осрамить, позорить, опозорить; abıra minmək см. abıra düşmək; abrını aparmaq: 1. позорить, опозорить кого; 2. надоедать, недоесть, докучать кому; abrını ətəyinə bükmək kimin срамить, осрамить, позорить, опозорить кого, задавать, задать жару кому; ругать, бранить на все корки кого; abrı getmək опозориться; abrını gözləmək соблюдать приличия; abrını əlinə vermək kimin см. abrını ətəyinə bükmək; abrı qalmamaq окончательно опозориться; abıra mindirmək: 1. kimi придать приличный, достойный вид кому; 2. haranı наводить, навести порядок где; abrı tökülmək см. abırdan düşmək; abrını itirmək потерять совесть, честь; abrı olmamaq не иметь ни малейшего стыда, не иметь совести; abır etmək kimdən стыдиться, стесняться кого

    Azərbaycanca-rusca lüğət / abır

abır sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. decency, decorum, proprieties; 2. dignity; 3. shame; 4. honour; abır vermək / abırını almaq to bring* smb. to a sense of shame, to reproch smb.; abır qoymaq to disgrace (d.), to dishonour (d.).; abırdan düşmək to lose honour / dignity; abırdan salmaq 1) to bother (d.), to pester (d.); 2) to disgrace (d.), to dishonour (d.); O hamını abırdan salıb Everyone is sick of him / her; abıra qısılmaq to hold* one’s tongue, not to lose one’s honour / dignity; abırı getmək to be* dishonoured, to disgrace oneself; abrını almaq to put* to shame (d.), abrını gözləmək to observe the proprieties

    Azərbaycanca-ingiliscə lüğət / abır

abır sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) décence f ; convenances f pl (üstbaş, geyim) ; 2) dignité f (əxlaqi keyfiyyət) ; 3) honte f (həya, ar) ; 4) réputation f (adsan) ; 5) honneur m (namus, şərəf) ◊ ~ vermək faire honte à qn ; reprocher vt (à qn qch) ; accuser qn de qch ; réprimander qn ; réprouver qn ; ~ qoymamaq décrier vt ; diffamer vt, déshonorer vt ; faire honte à qn ; baffouer vt ; ~dan düşmək perdre la dignité, déshonorer (se) ; ~dan salmaq embêter vt qn ; ennuyer vt qn ; obséder qn ; tracasser qn ; ~a qısılmaq avoir peur du deshonneur ; ~ına sataşmaq déshonorer vt ; porter atteinte à l’honneur de qn ; faire perdre l’honneur ; ~ını almaq faire honte à qn ; faire rougir qn ; réprimander qn ; sermonner qn ; tancer qn ; ~ını aparmaq importuner vt ; ennuyer vt ; assommer vt ; raser vt fam ; ~ını əlinə vermək faire appel à la conscience de qn ; exhorter qn ; ~ını tökmək arranger qn

    Azərbaycanca-fransızca lüğət / abır

abır sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. абур, гьая, ягь; 2. пер. рах. къецепатан акунар, мешреб; 3. пер. айибар, жендекдин айиб чкаяр.

    Azərbaycanca-ləzgicə lüğəti / abır

abır sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) məc. geyim, paltar. – Adamı abırına görə tanıyıllar

Azərbaycan dilinin dialektoloji lüğəti.

"abır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abır nədir? #abır sözünün mənası #abır nə deməkdir? #abır sözünün izahı #abır sözünün yazılışı #abır necə yazılır? #abır sözünün düzgün yazılışı #abır leksik mənası #abır sözünün sinonimi #abır sözünün yaxın mənalı sözlər #abır sözünün əks mənası #abır sözünün etimologiyası #abır sözünün orfoqrafiyası #abır rusca #abır inglisça #abır fransızca #abır sözünün istifadəsi #sözlük