ABŞ-da sözü azərbaycan dilində

ABŞ-da

Yazılış

  • ABŞ-da • 99.9840%
  • ABŞ-DA • 0.0160%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ-da QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) - Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir.320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir.Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır.Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. Los-Anceles dairəsində 31.076 nəfər, San-Fransiskoda isə 18.838 nəfər HİV müsbət şəxsin yaşadığı məlumdur. 2007-ci ilin məlumatına əsasən Nyu-York ştatında 119.929 nəfər HİV müsbət şəxs yaşayır ki, bunlardan 92.669 nəfəri Nyu-York şəhərinin payına düşür. Paytaxt Vaşinqton şəhərində də HİV müsbət şəxslərin sayı digər ərazilərə nisbət çoxluq təşkil edir.
ABŞ-da din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-da fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi.Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880 -ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 İyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874 -cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi.1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu. Əsgərlərinin sağlamlığı üçün ehtiya edən federal hökumətin təkidi ilə fahişəxanalar bağlandı. 6 fevral 1911-ci ildə Qərbi Virciniya qadınların fahişəliyə cəlb etmə və fahişəxanaların təşkilatını qadağan etdi.
ABŞ-da idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü xokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Xokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür.ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq). 2017-ci il (2017-ci il) tarixinə olan məlumata əsasən, ABŞ, Yay Olimpiya Oyunlarında digər bütün ölkələrdən daha çox olmaqla 2.522 medal qazanıb və Qış Olimpiya Oyunlarında 305 medal qazanaraq Norveçdən sonra ikincidir.
ABŞ-da immiqrasiya
ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar. == Tarixi == ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı. İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır: === Birinci dövr === I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi.1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-da seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
ABŞ-da təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
ABŞ-da Vətəndaş müharibəsi
ABŞ-da bizonların məhvi
ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədi ilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi. 1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü. 1830-1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı.
ABŞ-da erməni lobbisi
ABŞ–da erməni lobbisi (ing. Armenian American Lobby) — ABŞ-də fəaliyyət göstərən etnik lobbidir, bu lobbi erməni diasporunun, Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maraqlarını qorumaqla məşğuldur. Zbiqnev Bjezinskinin fikrincə erməni lobbisi ABŞ-də ən effektiv etnik lobbilərdən biridir. == Yaranma tarixi == 1820-ci ildə Osmanlı imperiyasına gələn missionerlər özlərinin əsas fəaliyyət icması kimi erməni icmasını seçirlər. Bəzi ermənilər təhsil almaq üçün ABŞ-yə gedirdilər və orada həmişəlik qalırdılar. 1830-cu ildə ABŞ-la Osmanlı imperiyası arasında ilk ticarət müqaviləsi bağlanır, ticari əməliyyatlar zamanı amerikalılar erməniləri vasitəçilər kimi cəlb edirdilər. 1890–1900-cü illər arasında 12 minə yaxın erməni ABŞ-yə köçür, bu dövrdən sonra ABŞ-də erməni partiyaları fəaliyyətlərini aktivləşdirir. İlk vaxtlar erməni diasporu erməni siyasi partiyalarının ətrafında formalaşırdı, onlar isə öz növbəsində ictimai və dini təşkilatların yaradılmasında mühüm rol oynayırdılar. İndi ABŞ-də hər hansı isə partiyanın, təşkilatın və ya assosasiyanın üzvü olmayan erməni çox nadir tapılar. XIX əsrin sonu XX əsrin əvvəllərində, aparıcı erməni siyasi partiyaları formalaşır.
ABŞ-da paytaxtların siyahısı
Amerika Birləşmiş Ştatları (ABŞ, ing.: United States of America (USA), Şimali Amerikada (əsas qitə hissəsi) dövlət. Sərhədlərini şimalda Kanada, cənubda Meksika ilə (Şimali Amerika hissəsində Alyaska təkcə Kanada ilə) bölüşür. ABŞ federativ respublikadır. ABŞ Konstitusiyası 1787-ci ildə qəbul edilmişdir (1789-cu ildən qüvvədədir). Konstitusiyaya bu günə qədər 26 dəyişiklik edilmişdir, onlardan 10-u 1789-cu ildə Hüqüqlar haqqında Bill adı ilə qəbul olunmuşdur. Ali qanunverici hakimiyyət orqanı olan Konqres Senatdan və Nümayəndələr Palatasından ibarətdir. Məhkəmə sistemi federal və yerli məhkəmlərdən təşkil edilib.Dövlət 50 ştat və bir federal mahaldan ibarətdir. Hər bir ştatın öz himni, gerbi və paytaxtı var.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
ABŞ-da COVID-19 pandemiyası
Amerika Birləşmiş Ştatlarında koronavirus infeksiyasının (COVID-19) ilk halları 2020-ci ilin yanvar ayında qeydə alınıb. Sonradan infeksiya halları Amerikanın Samoa və Şimali Marian adalarından başqa bütün 50 ştatında, Kolumbiya bölgəsində, ABŞ-nin bütün məskunlaşmış ərazilərində bildirildi. 26 mart 2020-ci il tarixinə qədər ABŞ, xəstələrin sayına görə Çin və İtaliyanı qabaqlayaraq dünyada birinci oldu. 2 yanvar 2021-ci il tarixinə ABŞ-nin Con Hopkins Universitetinə görə 20 milyondan çox yoluxma, 115,600 ölüm hadisəsi və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə 1,981,000 təsdiqlənmiş hal qeydə alınmışdır. ABŞ-də COVID-19 yoluxmasının ilk hadisəsi 20 yanvar 2020-ci ildə, 5 gün əvvəl Çinin Uhan şəhərindən qayıdan 35 yaşlı bir kişidə təsdiqləndi. 29 yanvar 2020-ci ildə ABŞ prezidenti Donald Tramp, Ağ Evdə koronavirus Task Qüvvələrinin COVID-19 yayılmasını "izləmək, qarşısını almaq, qarşısını almaq və yumşaltmaq" üçün yaradıldığını elan etdi. İki gündən sonra Donald Tramp, səhiyyə vəziyyətində təcili yardım tətbiq olunduğunu elan etdi və Çindən ABŞ-yə gediş məhdudiyyətlərini elan etdi. Fevralın 26-da, Şimali Kaliforniyada, ABŞ-də "naməlum mənşəli" COVID-19 ilk hadisəsi qeydə alındı: bir şəxs "başqa bir yoluxmuş şəxslə səyahət etdikdən və ya yaxın əlaqə qurduqdan sonra virusa məruz qalma riski tapmamışdı". Dava ABŞ-nin Şimali Kaliforniyadakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən təsdiqləndi. ABŞ-də COVID-19 koronavirus infeksiyası üçün testlər yanvar ayında geri başladı, ancaq yavaş oldu: 28 Fevral tarixinə cəmi 4000 test tamamlandı.
ABŞ-da koronavirus pandemiyası 2020
Amerika Birləşmiş Ştatlarında koronavirus infeksiyasının (COVID-19) ilk halları 2020-ci ilin yanvar ayında qeydə alınıb. Sonradan infeksiya halları Amerikanın Samoa və Şimali Marian adalarından başqa bütün 50 ştatında, Kolumbiya bölgəsində, ABŞ-nin bütün məskunlaşmış ərazilərində bildirildi. 26 mart 2020-ci il tarixinə qədər ABŞ, xəstələrin sayına görə Çin və İtaliyanı qabaqlayaraq dünyada birinci oldu. 2 yanvar 2021-ci il tarixinə ABŞ-nin Con Hopkins Universitetinə görə 20 milyondan çox yoluxma, 115,600 ölüm hadisəsi və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə 1,981,000 təsdiqlənmiş hal qeydə alınmışdır. ABŞ-də COVID-19 yoluxmasının ilk hadisəsi 20 yanvar 2020-ci ildə, 5 gün əvvəl Çinin Uhan şəhərindən qayıdan 35 yaşlı bir kişidə təsdiqləndi. 29 yanvar 2020-ci ildə ABŞ prezidenti Donald Tramp, Ağ Evdə koronavirus Task Qüvvələrinin COVID-19 yayılmasını "izləmək, qarşısını almaq, qarşısını almaq və yumşaltmaq" üçün yaradıldığını elan etdi. İki gündən sonra Donald Tramp, səhiyyə vəziyyətində təcili yardım tətbiq olunduğunu elan etdi və Çindən ABŞ-yə gediş məhdudiyyətlərini elan etdi. Fevralın 26-da, Şimali Kaliforniyada, ABŞ-də "naməlum mənşəli" COVID-19 ilk hadisəsi qeydə alındı: bir şəxs "başqa bir yoluxmuş şəxslə səyahət etdikdən və ya yaxın əlaqə qurduqdan sonra virusa məruz qalma riski tapmamışdı". Dava ABŞ-nin Şimali Kaliforniyadakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən təsdiqləndi. ABŞ-də COVID-19 koronavirus infeksiyası üçün testlər yanvar ayında geri başladı, ancaq yavaş oldu: 28 Fevral tarixinə cəmi 4000 test tamamlandı.
ABŞ-da mobil telefon sənayesi
ABŞ-də mobil telefonu sənayesi bu məqalədə yer alır. Mobil telefonlar dedikdə ümumilikdə ağıllı telefon və ya cib telefonu nzərdə tutulur. == Simsiz xidmət təminatçıları == === Milli operatorlar === ABŞ-də ümummilli simsiz xidmətlər təqdim edən üç əsas operator var: Verizon, AT&T və T -Mobile; Hər üçü də 4G üçün LTE standartından istifadə edən şəbəkələri idarə edir və 5G xidmətləri də təklif edir. Verizon Wireless Baş ofisi Basking Ridge, New Jerseydə yerləşən Verizon Wireless, Verizon Communications şirkətinin törəmə şirkətidir.AT&T Mobilliyi AT&T Mobility. Baş ofisi: Dallas, Texas , AT&T Inc -in törəməsi. .T-Mobile ABŞ Baş ofisi Vaşinqtonun Bellevue şəhərində yerləşən T-Mobile US Almaniyanın telekommunikasiya şirkəti T-Mobile International AG- nin bir hissəsidir (əksər pay sahibi Deutsche Telekomdur). === Regional operatorlar === U.S. Cellular C Spire Wireless Claro Puerto Rico Liberty Puerto Rico === Mobil virtual şəbəkə operatorları (MVNOs) === Mobilliyi Gücləndirin Dish Network-un törəməsi olan Boost Mobile, T-Mobile ABŞ-nin CDMA və 4G LTE şəbəkəsindən istifadə edərək əvvəlcədən ödənilmiş simsiz xidmət göstərir. BLU BLU Telecommunication Inc-in xidmət markası. BLU Mobile, AT & T -nin GSM, HSPA+və LTE şəbəkəsindən istifadə edərək xidmətlər göstərir. M2M və statik IP xidmətləri ilə tanınan ABŞ və Meksikada qlobal sim təmin edin.
ABŞ-da seriyalı qatillərin siyahısı
== İstinadlar ==
ABŞ-da spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) - Amerika Birləşmiş Ştatlarında 1920-1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.
ABŞ-da prezident seçkiləri (2020)
2020-ci il ABŞ Prezident seçkiləri — 2020-ci il 3 noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləridir. Bu seçkilərin nəticəsi Amerikanın 46-cı prezidentini bəlli edəcək (əgər Donald Tramp 2-ci dəfə prezident seçilməsə). Praymeriz nəticəsinə uyğun olaraq seçkilərə iki namizəd qatıldı. Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və ona qarşı Demokratlar Partiyasından olan namizəd Co Bayden. == Qaydalar == ABŞ-də mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər. == Nəticələr == Noyabrın 4-nə olan nəticələrə əsasən Co Bayden 70.106.680 seçici səsi, Donald Tramp isə 67.356.298 səs qazanıb. 94 faiz bülletenlərin sayılmasından sonra Bayden səslərin 49,3%, Donald Tramp isə 49,1 faizini toplayıb.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-da lobbiçilik cəhdləri
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri — Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə özünə tərəfdaş toplaması, ABŞ-la yaxınlaşmaq və beynəlxalq ictimamiyyət tərəfindən müstəqil dövlət kimi tanınmaq üçün etdiyi cəhdlərdən biri. Ən mühüm məqsədlərdən biri isə dövlət müstəqilliyinin ABŞ tərəfindən tanınmasına nail olmaq idi. == Arxa fon == Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək, Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə.M.Topçubaşov Azərbaycan və Gürcüstanı ABŞ-də təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü, vəkil Valter Çandler vasitəsi ilə sentyabr ayının 26-da prezident V.Vilsona məktub və bir sıra materiallar göndərmişdi.
ABŞ universitetləri
Amerika Birləşmiş Ştatlarında universitetlər - ABŞ-də bakalavr və magistr təhsilini nəzərdə tutan tədqiqat yönümlü müəssisələr. Tarixi səbəblərə görə, Boston Kolleci, Dartmut Kolleci, Uilliam və Meri Kolleci kimi bəzi universitetlər "kollec" terminini qoruyub saxlayır. "Universitet" terminindən istifadə edən Qərb Universiteti kimi bəzi institutlar bir neçə bakalavr dərəcəsi verir. Məzun proqramları Fəlsəfə doktoru (Ph.D) kimi müxtəlif doktorantura dərəcələrindən əlavə, İncəsənət magistrı (M.A), Dəqiq elmlər üzrə magistr (M.S), Biznesin idarəsi olunması üzrə magistr (M.B.A) kimi müxtəlif magistr dərəcələri verir. Bəzi universitetlərdə elmi təqdiqatçılar əvəzinə, təcrübə aparan şəxslər tərəfindən təşkil olunmuş çoxlu sayda xüsusi məktəblər var. Misal olaraq, jurnalistika, biznes, tibb məktəbləri, hüquq, baytarlıq, stomatologiya kimi məktəblər buraya daxildir. Univeristetlər digər ölkələrdə fakültələrə bölündüyü halda, Amerikada məktəblər və ya kolleclər kimi müxtəlif bölmələrə ayrılır. Liberal kolleclər antropologiya kimi şöbələrə bölünür, daha böyük univesitetlər isə təbiət elmləri kimi müxtəlif şöbələrə ayrılır. Amerika Birləşmiş Ştatlarında federal hökumət xidmət akademiyaları və işçi kollecləri istisna olmaqla, universitetlərə birbaşa nəzrət etmir, buna baxmayaraq, onlara maliyyə yardımı edir. Ştat universitetlərinin bir hissəsi olan dövlət universitetlərinin əksəriyyəti ştatlar və onların əraziləri tərəfindən idarə olunur.
ABŞ uyğurları
ABŞ uyğurları — Uyğurların ABŞ-dəki tarixi 1960-cı illərdən az sayda mühacirin gəlişi ilə başlayır.20-ci əsrin sonlarında, bir sıra Sincan münaqişələrindən sonra, milyonlarla uyğur vətənləri Şərqi Türküstandan (Çin) Qazaxıstan, Türkiyə, Avropa, Kanada, Avstraliya, Yeni Zelandiya və digər ölkələrə və yerlərə qaçdı.2010-cu ildə ABŞ-dəki uyğur əhalisinin sayı 200 000-dən çox olduğu təxmin edilirdi, lakin Uyğur Amerika Assosiasiyası 2009-cu ilin iyulunda Çində repressiyalara görə 2010-cu illərdə daha çox insanın ABŞ-yə köçdüyünü bildirib.2022-ci ilə kimi Uyğur Amerika Assosiasiyası ABŞ-də təxminən 250.000 Uyğur olduğunu təxmin edir, Sürgündəki Şərqi Türkistan Hökuməti isə ABŞ-də 250.000 Uyğur olduğunu təxmin edir. ABŞ-də uyğurların ən çox yaşadığı Vaşinqton bölgəsində 130 mindən çox uyğurun, Virciniyada da daha çox uyğurun yaşadığı bildirilir.Los Anceles, Nyu York, San Fransisko və Hyustonda da azsaylı uyğurlar yaşayır . 2019-cu ilə gəlincə, Çin hökumətinin Birləşmiş Ştatlarda yaşayan uyğur etnik mənsubiyyətindən təxminən 250 000 insanın danışıq və hərəkətlərinə nəzarət etmək cəhdi ilə Birləşmiş Ştatlarda uyğurlara qarşı müntəzəm olaraq təzyiq və təhqirlər həyata keçirdiyi bildirilir. 2020-ci il Uyğur İnsan Haqları Siyasəti Aktının 8-ci bölməsi "Birləşmiş Ştatlarda təqib və ya hədə-qorxu ilə üzləşmiş ABŞ vətəndaşlarını və sakinlərini, o cümlədən ABŞ-də qanuni olaraq təhsil alan və ya müvəqqəti işləyən etnik uyğurlar və Çin vətəndaşlarını qorumaq səyləri haqqında hesabat tələb edir. == Uyğur Amerikalılar == Uyğurların ABŞ-dəki tarixi 1960-cı illərdən az sayda mühacirin gəlişi ilə başlayır.20-ci əsrin sonlarında, bir sıra Sincan münaqişələrindən sonra, milyonlarla uyğur vətənləri Şərqi Türküstandan (Çin) Qazaxıstan, Türkiyə, Avropa, Kanada, Avstraliya, Yeni Zelandiya və digər ölkələrə və yerlərə qaçdı.2010-cu ildə ABŞ-dəki uyğur əhalisinin sayı 200 000-dən çox olduğu təxmin edilirdi, lakin Uyğur Amerika Assosiasiyası 2009-cu ilin iyulunda Çində repressiyalara görə 2010-cu illərdə daha çox insanın ABŞ-yə köçdüyünü bildirib.2022-ci ilə kimi Uyğur Amerika Assosiasiyası ABŞ-də təxminən 250.000 Uyğur olduğunu təxmin edir, Sürgündəki Şərqi Türkistan Hökuməti isə ABŞ-də 250.000 Uyğur olduğunu təxmin edir. ABŞ-də uyğurların ən çox yaşadığı Vaşinqton bölgəsində 130 mindən çox uyğurun, Virciniyada da daha çox uyğurun yaşadığı bildirilir.Los Anceles, Nyu York, San Fransisko və Hyustonda da azsaylı uyğurlar yaşayır . 2019-cu ilə gəlincə, Çin hökumətinin Birləşmiş Ştatlarda yaşayan uyğur etnik mənsubiyyətindən təxminən 250 000 insanın danışıq və hərəkətlərinə nəzarət etmək cəhdi ilə Birləşmiş Ştatlarda uyğurlara qarşı müntəzəm olaraq təzyiq və təhqirlər həyata keçirdiyi bildirilir. 2020-ci il Uyğur İnsan Haqları Siyasəti Aktının 8-ci bölməsi "Birləşmiş Ştatlarda təqib və ya hədə-qorxu ilə üzləşmiş ABŞ vətəndaşlarını və sakinlərini, o cümlədən ABŞ-də qanuni olaraq təhsil alan və ya müvəqqəti işləyən etnik uyğurlar və Çin vətəndaşlarını qorumaq səyləri haqqında hesabat tələb edir.
ABŞ ştatları
Ştat - Amerika Birləşmiş Ştatlarının inzibati ərazi bölgüsündə ən yüksək statusa malik subyekt. Ölkə 50 ştatdan ibarətdir və hər bir ştat ABŞ bayrağında bir ulduzla təmsil olunur. == Haqqında == Amerika Birləşmiş Ştatları 3141 rayondan ibarət 50 ştata (Alabama, Alyaska, Arizona, Arkanzas, Aydaho, Ayova, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Delaver, Florida, Havay, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolorado, Konnektikut, Luiziana, Massaçusets, Men, Merilend, Miçiqan, Minnesota, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu Cersi, Nyu-Hempşir, Nyu Meksiko, Nyu-York, Ohayo, Oklahoma, Oreqon, Pensilvaniya, Qərbi Virciniya, Rod-Aylend, Şimali Dakota, Şimali Karolina, Tennessi, Texas, Vaşinqton, Vayominq, Vermont, Virciniya, Viskonsin və Yuta), Kolumbiya Federal Dairəsinə və asılı ərazilər sayılan 5 Federal Torpağa (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto Riko, Virgin Adaları) bölünür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.29 dəfə / 1 mln.
2011 •••• 13.90
2012 ••••••••• 34.25
2013 •• 6.56
2014 ••••••• 25.23
2015 •••••••••••••••••••• 83.02
2016 ••••• 17.70
2020 •••••• 21.08

Oxşar sözlər

#abş-da nədir? #abş-da sözünün mənası #abş-da nə deməkdir? #abş-da sözünün izahı #abş-da sözünün yazılışı #abş-da necə yazılır? #abş-da sözünün düzgün yazılışı #abş-da leksik mənası #abş-da sözünün sinonimi #abş-da sözünün yaxın mənalı sözlər #abş-da sözünün əks mənası #abş-da sözünün etimologiyası #abş-da sözünün orfoqrafiyası #abş-da rusca #abş-da inglisça #abş-da fransızca #abş-da sözünün istifadəsi #sözlük