ABŞ-ön sözü azərbaycan dilində

ABŞ-ön

Yazılış

  • ABŞ-ön • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ön Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. == Müasir siyasi bölgü == Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: == Coğrafi mövqeyi == Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Ön sevişmə
Ön sevişmə — iki və ya daha çox insan arasında baş verən fiziki yaxınlıq və emosional yaxınlıq silsiləsinə verilən addır. Bu, cinsi oyanma və cinsi fəaliyyət üçün istək yaratmaq deməkdir.. Ön sevişmə adətən fiziki cinsi fəaliyyət kimi başa düşülsə də, zehni və ya şifahi hərəkətlər kimi fiziki olmayan fəaliyyətlər də ön sevişmə ola bilərlər. Ön sevişmə fərqli insanlar üçün fərqli şeylər ifadə edə bilər..
Ön söz
Ön söz — ədəbi və ya elmi əsərin əsas mətndən əvvəl olan hissəsi. Ön sözdə müəllifin özünün, redaktorun, naşirin və ya əsərlə bağlı başqa şəxslərin izahatları və şərhləri olur. Ön söz sadəcə ədəbi əsərin bütövündən yox, həmçinin onun ayrıca bir hissəsindən əvvəl də gələr bilər. "Yevgeni Onegin"in son fəsli buna nümunədir.
Ön şəkilçilər
Ön şəkilçi və ya Prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir: == Nümunələr == === Ərəb-fars mənşəli === Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq La- – inkarlıq bildirir. Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik === Avropa mənşəli === a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir.
Ön yarğı
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Meklenburq-Ön Pomeraniya
Meklenburq-Ön Pomeraniya - Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Şverindir. Coğrafi amillərin təsirinə və tarixi inkişafın xüsusiyyətlərinə görə, təxminən iki milyon əhalisiylə bu federativ region müasir Almaniyanın regionlarından ən az əhalisi olanıdır. Uzun müddət bu regionun ərazisində slavyan tayfaları yaşayırdı. Vilayətin iqtisadiyyatı üçün ağır zərbə İkinci dünya müharibəsinin sonu idi, həmin vaxt bura Qırmızı Ordudan qaçan qaçqınların çoxmilyonlu axını yollandı. Almaniya Demokratik Respublikasının mövcud olduğu illərdə burada yeni sənaye müəssisələri yarandı və iş yerləri açıldı, amma Almaniyanın birləşməsindən sonra onlardan bir çoxu ekoloji mənada təhlükəli və texniki olaraq köhnəlmiş olanlar yenidən bağlandılar. Hal-hazırda vilayətdə iqtisadiyyatda və ictimai həyatda ciddi problemlər mövcuddur. == Coğrafiya == Vilayət Almaniyanın şimal-şərqindədir, Baltik dənizinə çıxışa malikdir. Vilayətin ərazisində çoxlu miqdarda göl var onlardan ən böyüyü Müritzdir (ərazisi 117 km²). Meklenburq-Ön Pomeraniyada Almaniyada ən böyük ada öz tabaşirli qayalarıyla məşhur olan Rügen yerləşir.
Ön Asiya bəbiri
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. == Arealı == İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Ön Asiya mabuyası
Ön Asiya mabuyası (lat. Trachylepis septemtaeniatus) — Afrika mabuyaları cinsinə aid növ. == Təsviri == Qulaq dəliyi burun dəliyindən iridir. Qulaq dəliyinin ön kənarında hər birində 2–3 ədəd pulcuq yerləşir. Belin və boyunun ön tərəfindəki pulcuqlarda zəif inkişaf etmiş qabırğacıqlar olur. Belin və boyunun ön hissəsindən başlayaraq alt tərəfin köndələn pulcuqlar sırası ilə örtülmüşdür. Arxa ətrafın dördüncü barmağının alt hissəsində 16–22 barmaqaltı lövhəcik yerləşir. Bədənin üstü boz, qonur-boz, qonur və ya tutqun-qonur rəngdə olub, qızılı çalara malikdir. Boyundan başlayaraq bel tərəf boyunca 4, qonur və yaxud qara-qonur zolaq keçir, bəzən isə bədənin ikinci yarısında bu zolaqlar olmur. Bədənin alt tərəfi bozumtul və ya sarımtıl rəngdə olub, xalsızdır.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.
Ön qamış arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları (kitab)
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları — Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlu tərəfindən yazılmış, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş elmi əsərISBN 978-9952-8099-2-3 == Kitab barədə == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" adlı əsəri Azərbaycan elmində böyük hadisədir. Erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək "Böyük Armeniya" uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu monumental əsərdə alt-üst edilir. Beləki problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan "Armeniya" sözünün mənşəindən danışır. O, toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan "Arme" ilə əlaqələndirir. Müəllif erməni saxtakarlığını açmaq və oxucunu "Böyük Armeniya" mifi ehkamından xilas etmək üçün "Arme" ölkə adının "Armeniya" formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verərək aşağıdakı şəkildə izləyir: Arme\Armeini (Biaini yazılarında), Armina\Harminuia\Ura-aş-tu-ru (Boqıstan qaya mətnlərində), Armini (Ksenefontda), Arminia\Armenia (sonrakı dövrlərdə Yunan və Bizans mınbələrində), Ərməniyyə\Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya(rusdilli nəşrlərdə). Bəs erməni tarix ədəbiyyatında "Böyük Armeniya"nın banisi kimi verilmiş guya milliyyətçə "erməni" olmuş "Artaşes" adlandırdıqları çar əslində kimdir? O, III Antioxun Suriya çarlığının sərhədlərini qonşu torpaqları hesabına genişləndirdiyi illərdə onun tərkibinə daxil edilmiş Arme (Şupria) vilayətinə tə`yin etdiyi canişindir. Artaksi etnik mənsubiyyətinə görə Azərbaycan türklərinin soykökündə iştirak etmiş ilk yerli türk tayfalarından olan Mar əhalisindəndir. O, səltənət varisi olaraq Atarpatın çar nəslindəndir.
ABŞ gerbi
ABŞ gerbi (ing. Great Seal of the United States) — Amerika Birləşmiş Ştatlarının dövlət gerbi.
ABŞ himni
Himnin mətni 1814 cü ildə 35 yaşlı vəkil, həvəskar şair, 1812 ci ildə Baltimorda Makkenri qalasına ingilis gəmiləri tərəfindən topa tutulmasının canlı şahidi, tanınmış yazıçı Frensis Skott Fitsceraldın ulu babası - Frensis Skott Ki tərəfindən yazılmış olan “Fort Makkenri müdafiəsi” poemasından götürülmüşdür. Uzun müddət ingilis masaarxası musiqisi hesab edilən, lakin hələ 1780 ci ildə Smit Con Stafford tərəfindən yazılmış olan bəstə ilə ifa edilən bu marş sonralar Konqressin 3 mart 1931 ci il qətnaməsi ilə rəsmi olaraq ABŞ dövlət himini kimi təsdiq edilmişdir.
ABŞ iqtisadiyyatı
ABŞ iqtisadiyyatı yüksək inkişaf etmiş və qarışıqdır. O, nominal ÜDM və xalis sərvətə görə dünyada ən böyük və alıcılıq qabiliyyəti paritetinə (AQP) görə ikinci ən böyük iqtisadiyyatdır. Həmçinin 2019-cu ildə dünyada adambaşına düşən ÜDM üzrə yeddinci və Adambaşına düşən ÜDM (AQP)-yə görə ölkələrin siyahısıadambaşına düşən AQP üzrə onuncu olmuşdur. ABŞ dünyanın texnoloji baxımdan ən güclü iqtisadiyyatına malikdir və şirkətləri texnoloji inkişafda öndədirlər; xüsusilə kompüterdə, əczaçılıqda və tibbdə, aerokosmik sənayedə və hərbi texnikada. ABŞ dolları beynəlxalq əməliyyatlarda ən çox istifadə olunan valyutadır və iqtisadiyyatı, ordusu, petrodollar sistemi və onunla bağlı avrodollar və ABŞ-nin iri xəzinə bazarı ilə dəstəklənən dünyanın ən önəmli ehtiyat valyutasıdır. Bir neçə ölkə bundan rəsmi valyuta kimi istifadə edir, bir çox ölkələrdə isə bu de-fakto valyutadır. ABŞ-nin ən böyük ticarət tərəfdaşları Çin, Kanada, Meksika, Yaponiya, Almaniya, Cənubi Koreya, Birləşmiş Krallıq, Fransa, Hindistan və Tayvandır. ABŞ dünyanın ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır. NAFTA, Avstraliya, Cənubi Koreya, İsrail və bir sıra digərləri daxil olmaqla bir neçə ölkə ilə qüvvədə olan və ya müzakirələri davam edən azad ticarət sazişlərinə malikdir.Ölkənin iqtisadiyyatı bol təbii ehtiyatlar, inkişaf etmiş infrastruktur və yüksək məhsuldarlıqla qidalanmaqdadır. 2016-cı ildə 45 trilyon dollar dəyərində qiymətləndirilən təbii ehtiyatları ilə təbii ehtiyatların yeddinci ən yüksək ümumi dəyərinə malikdir.
ABŞ kinemotoqrafiyası
ABŞ kinosu — Amerika Birləşmiş Ştatlarında, əsasən Hollivudda ("Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures") olan kino şirkətlərinin istehsal etdiyi filmlər. ABŞ kinematoqrafiyası XX əsrin əvvəllərindən başlayaraq bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etmişdir. == Yaranması == ABŞ-də kinofilmlərin istehsalına 1896-cı ildə Nyu-Yorkda başlanılmışdır. Tomas Alva Edisonun qurduğu "Edison" kinostudiyasında dünyanın ilk süjetli filmi, “Qatarın qarət edilməsi” (1903, rejisor E. Porter) çəkilmişdir. 1910–20-ci illərdə kinorejissorlardan D.U. Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T.X. İns “vestern”in (kovboy filmi), M. Sennett ekssentrik komediya janrının əsasını qoydular. ABŞ kino sənayesinin maliyyə kapitalı ilə əlaqəsi, iri kapital qoyuluşu, həmçinin prokatdan gələn külli miqdarda gəlir kinonu ölkədə sənayenin ən mühüm sahələrindən birinə çevirdi. === Hollivud === Hollivud filmlərini isə ideoloji təbliğatın əsas silahına çevirdi. Hollivud kino istehsalı “vestern”, salon komediyası, “qanqster” filmləri, tarixi, psevdoromantik dram janrları əsasında inkişaf edirdi. Bu filmlərdə R. Valentino, M. Pikford, D. Ferbenks, sonralar Q. Qarbo, K. Qeybl, Q. Kuper və başqa aktyorlar çəkilirdilər. Bir sıra realist rejisorlar (Ç. Çaplin, E. Ştroheym, K. Vidor, C. Ford, F. Kapra, U. Uayler, O. Uelles) öz filmlərində Amerika həyatını əks etdirməyə müvəffəq olmuşlar.
ABŞ musiqisi
ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı.
ABŞ mədəniyyəti
ABŞ mədəniyyəti (ing. Culture of the United States) və ya Amerika mədəniyyəti (ing. Culture of America) — Amerika Birləşmiş Ştatlarında mədəniyyət. ABŞ bir çox mədəniyyətə, müxtəlif etnik qruplara, ənənələrə və dəyərlərin geniş müxtəlifliyinə ev sahibliyi edir. Yerli amerikalılar, havaylılar və alyaskalılardan başqa, demək olar ki, bütün amerikalılar və ya onların əcdadları son beş əsrdə məskunlaşıb və ya immiqrasiya edib. Hakim Amerika mədəniyyəti əsasən Afrikalı kölələrin gətirdiyi ənənələr kimi digər mənbələrin təsirləri ilə Avropalı immiqrantların ənənələrindən törəmiş Qərb mədəniyyətidir. Asiyadan və xüsusilə Latın Amerikasından olan ən son immiqrasiya həm homogen əritmə qazanı, həm də immiqrantlar və onların nəsillərinin fərqli mədəni xüsusiyyətlərini qoruyub saxladığı heterogen salat kasası kimi təsvir edilən mədəni qarışığa əlavə edilmişdi. Əsas Amerika mədəniyyəti protestant Britaniya kolonistləri tərəfindən yaradılıb və əldə edilən xüsusiyyətlərin nəsillərə ötürülməsi və asimilasya ilə immiqrantlara köçürülməsi ilə sərhədyanı yaşayış məntəqəsi prosesi ilə formalaşmışdır. Amerikalılar ənənəvi olaraq güclü iş etikası, rəqabət qabiliyyəti və fərdiyyətçiliyə, habelə azadlığın, bərabərliyin, xüsusi mülkiyyətin, demokratiyanın, qanunun aliliyinin və məhdud hökumətin üstünlüyünü vurğulayan bir "Amerika kredosu"na birləşən inanc ilə xarakterizə olunurlar. Amerikalılar qlobal standartlara görə son dərəcə xeyirxahdırlar.
ABŞ mətbəxi
ABŞ mətbəxi (ing. Cuisine of the United States) və ya amerikan mətbəxi (ing. American cuisine) — ABŞ-də müxtəlif yemək üslublar. Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir. == Bir çox millətlərin mətbəxi == Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif regionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir. == Fəstfud == Şübhəsiz, fəstfud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fastfud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan hot-doq, hamburger yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar.
ABŞ parlamenti
ABŞ Konqresi — Amerika Birləşmiş Ştatlarının ikipalatlı qanunverici dövlət hakimiyyət orqanı, Vaşinqton şəhərində yerləşir (binası Kapitoli adlanır). Senatdan (100 üzv) və Nümayəndələr Məclisindən (435 üzv) ibarətdir. Konqresin Sədri ABŞ vitse-prezidentidir , onun müavini müvəqqəti sədridir. == Tarixi == Birinci Kontinental Konqresdən formalaşmışdır. 1776 il iyulun 4-də İkinci Kontinental Konqres ABŞ İstiqlaliyyət Bəyannaməsi qəbul etdi. Konstitusiyaya görə Konqres xüsusilə müharibə elan etməyə, silahlı güvvələri saxlamağa, ittifaq qanunlarının icra etmək üçün milis çağırmağa, vergiləri təyin etməyə və yığmağa, xarici dövlətlərlə ticarəti tənzim etməyə, pul kəsməyə, ölçü vahidlərini, Ali Məhkəmədən daha aşağı məhkəmələri və poçt xidmətlərini müəyyənləşdriməyə bilər. Hər iki palatı məsələlərin əksəriyyətini səsvermə ilə həll edir, üzvlər "aye" yaxud "no" deməlidir. İldə adətən bir sessiya keçirilir, bəzən əlavə sessiya baş verir. == Səlahiyyəti == Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri maliyyə sahəsinə baxmaq tutur.
ABŞ universitetləri
Amerika Birləşmiş Ştatlarında universitetlər - ABŞ-də bakalavr və magistr təhsilini nəzərdə tutan tədqiqat yönümlü müəssisələr. Tarixi səbəblərə görə, Boston Kolleci, Dartmut Kolleci, Uilliam və Meri Kolleci kimi bəzi universitetlər "kollec" terminini qoruyub saxlayır. "Universitet" terminindən istifadə edən Qərb Universiteti kimi bəzi institutlar bir neçə bakalavr dərəcəsi verir. Məzun proqramları Fəlsəfə doktoru (Ph.D) kimi müxtəlif doktorantura dərəcələrindən əlavə, İncəsənət magistrı (M.A), Dəqiq elmlər üzrə magistr (M.S), Biznesin idarəsi olunması üzrə magistr (M.B.A) kimi müxtəlif magistr dərəcələri verir. Bəzi universitetlərdə elmi təqdiqatçılar əvəzinə, təcrübə aparan şəxslər tərəfindən təşkil olunmuş çoxlu sayda xüsusi məktəblər var. Misal olaraq, jurnalistika, biznes, tibb məktəbləri, hüquq, baytarlıq, stomatologiya kimi məktəblər buraya daxildir. Univeristetlər digər ölkələrdə fakültələrə bölündüyü halda, Amerikada məktəblər və ya kolleclər kimi müxtəlif bölmələrə ayrılır. Liberal kolleclər antropologiya kimi şöbələrə bölünür, daha böyük univesitetlər isə təbiət elmləri kimi müxtəlif şöbələrə ayrılır. Amerika Birləşmiş Ştatlarında federal hökumət xidmət akademiyaları və işçi kollecləri istisna olmaqla, universitetlərə birbaşa nəzrət etmir, buna baxmayaraq, onlara maliyyə yardımı edir. Ştat universitetlərinin bir hissəsi olan dövlət universitetlərinin əksəriyyəti ştatlar və onların əraziləri tərəfindən idarə olunur.
ABŞ uyğurları
ABŞ uyğurları — Uyğurların ABŞ-dəki tarixi 1960-cı illərdən az sayda mühacirin gəlişi ilə başlayır.20-ci əsrin sonlarında, bir sıra Sincan münaqişələrindən sonra, milyonlarla uyğur vətənləri Şərqi Türküstandan (Çin) Qazaxıstan, Türkiyə, Avropa, Kanada, Avstraliya, Yeni Zelandiya və digər ölkələrə və yerlərə qaçdı.2010-cu ildə ABŞ-dəki uyğur əhalisinin sayı 200 000-dən çox olduğu təxmin edilirdi, lakin Uyğur Amerika Assosiasiyası 2009-cu ilin iyulunda Çində repressiyalara görə 2010-cu illərdə daha çox insanın ABŞ-yə köçdüyünü bildirib.2022-ci ilə kimi Uyğur Amerika Assosiasiyası ABŞ-də təxminən 250.000 Uyğur olduğunu təxmin edir, Sürgündəki Şərqi Türkistan Hökuməti isə ABŞ-də 250.000 Uyğur olduğunu təxmin edir. ABŞ-də uyğurların ən çox yaşadığı Vaşinqton bölgəsində 130 mindən çox uyğurun, Virciniyada da daha çox uyğurun yaşadığı bildirilir.Los Anceles, Nyu York, San Fransisko və Hyustonda da azsaylı uyğurlar yaşayır . 2019-cu ilə gəlincə, Çin hökumətinin Birləşmiş Ştatlarda yaşayan uyğur etnik mənsubiyyətindən təxminən 250 000 insanın danışıq və hərəkətlərinə nəzarət etmək cəhdi ilə Birləşmiş Ştatlarda uyğurlara qarşı müntəzəm olaraq təzyiq və təhqirlər həyata keçirdiyi bildirilir. 2020-ci il Uyğur İnsan Haqları Siyasəti Aktının 8-ci bölməsi "Birləşmiş Ştatlarda təqib və ya hədə-qorxu ilə üzləşmiş ABŞ vətəndaşlarını və sakinlərini, o cümlədən ABŞ-də qanuni olaraq təhsil alan və ya müvəqqəti işləyən etnik uyğurlar və Çin vətəndaşlarını qorumaq səyləri haqqında hesabat tələb edir. == Uyğur Amerikalılar == Uyğurların ABŞ-dəki tarixi 1960-cı illərdən az sayda mühacirin gəlişi ilə başlayır.20-ci əsrin sonlarında, bir sıra Sincan münaqişələrindən sonra, milyonlarla uyğur vətənləri Şərqi Türküstandan (Çin) Qazaxıstan, Türkiyə, Avropa, Kanada, Avstraliya, Yeni Zelandiya və digər ölkələrə və yerlərə qaçdı.2010-cu ildə ABŞ-dəki uyğur əhalisinin sayı 200 000-dən çox olduğu təxmin edilirdi, lakin Uyğur Amerika Assosiasiyası 2009-cu ilin iyulunda Çində repressiyalara görə 2010-cu illərdə daha çox insanın ABŞ-yə köçdüyünü bildirib.2022-ci ilə kimi Uyğur Amerika Assosiasiyası ABŞ-də təxminən 250.000 Uyğur olduğunu təxmin edir, Sürgündəki Şərqi Türkistan Hökuməti isə ABŞ-də 250.000 Uyğur olduğunu təxmin edir. ABŞ-də uyğurların ən çox yaşadığı Vaşinqton bölgəsində 130 mindən çox uyğurun, Virciniyada da daha çox uyğurun yaşadığı bildirilir.Los Anceles, Nyu York, San Fransisko və Hyustonda da azsaylı uyğurlar yaşayır . 2019-cu ilə gəlincə, Çin hökumətinin Birləşmiş Ştatlarda yaşayan uyğur etnik mənsubiyyətindən təxminən 250 000 insanın danışıq və hərəkətlərinə nəzarət etmək cəhdi ilə Birləşmiş Ştatlarda uyğurlara qarşı müntəzəm olaraq təzyiq və təhqirlər həyata keçirdiyi bildirilir. 2020-ci il Uyğur İnsan Haqları Siyasəti Aktının 8-ci bölməsi "Birləşmiş Ştatlarda təqib və ya hədə-qorxu ilə üzləşmiş ABŞ vətəndaşlarını və sakinlərini, o cümlədən ABŞ-də qanuni olaraq təhsil alan və ya müvəqqəti işləyən etnik uyğurlar və Çin vətəndaşlarını qorumaq səyləri haqqında hesabat tələb edir.
ABŞ ştatları
Ştat - Amerika Birləşmiş Ştatlarının inzibati ərazi bölgüsündə ən yüksək statusa malik subyekt. Ölkə 50 ştatdan ibarətdir və hər bir ştat ABŞ bayrağında bir ulduzla təmsil olunur. == Haqqında == Amerika Birləşmiş Ştatları 3141 rayondan ibarət 50 ştata (Alabama, Alyaska, Arizona, Arkanzas, Aydaho, Ayova, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Delaver, Florida, Havay, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolorado, Konnektikut, Luiziana, Massaçusets, Men, Merilend, Miçiqan, Minnesota, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu Cersi, Nyu-Hempşir, Nyu Meksiko, Nyu-York, Ohayo, Oklahoma, Oreqon, Pensilvaniya, Qərbi Virciniya, Rod-Aylend, Şimali Dakota, Şimali Karolina, Tennessi, Texas, Vaşinqton, Vayominq, Vermont, Virciniya, Viskonsin və Yuta), Kolumbiya Federal Dairəsinə və asılı ərazilər sayılan 5 Federal Torpağa (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto Riko, Virgin Adaları) bölünür.
ABŞ şəhərləri
ABŞ şəhərlərinin siyahısı.
ABŞ ədəbiyyatı
ABŞ ədəbiyyatı (ing. literature of United States America) — ABŞ-də ədəbiyyat. XVIII əsr və XIX əsrin əvvəllərində Amerika incəsənəti və ədəbiyyatı öz mənşəyini böyük hissəsini Avropadan aldı. Nataniel Hotorn, Edqar Allan Po və Henri Devid Toro kimi yazıçılar XIX əsrin ortalarına qədər səciyyəvi Amerikan ədəbi növünü yaratdılar. Mark Tven və şair Volt Vitmen əsrin ikinci yarısında başlıca simalar idi; həyatı boyu demək olar ki, heç tanınmayan Emili Dikinson indi əsas amerikalı şair kimi tanınır. German Melvillin Mobi Dik (1851-ci il), Tvenin Heklberri Finnin macəraları (1885-ci il), Frensis Skott Fitsceraldın Böyük Getsbi (1925-ci il) və Harper Linin Bülbülü öldürmək (1960-cı il) kimi milli təcrübə və xarakterin əsas aspektlərinin əsası kimi görülən işlər "Böyük Amerika romanı" adlandırıla bilər. On iki ABŞ vətəndaşı Ədəbiyyat üzrə Nobel mükafatı alıb, ən sonuncusunu isə 2016-cı ildə Bob Dilan qazanıb. Vilyam Folkner, Ernest Heminquey və Con Steynbek XX əsrin ən nüfuzlu yazıçıları arasında sayılırlar. ABŞ-də Vestern uydurması və hardboiled cinayət uydurması kimi məşhur ədəbi janrlar inkişaf etmişdir. Con Bart, Tomas Pinçon, Giannina Braschi, David Foster Wallace və Don DeLillo kimi postmodernist yazıçıların daxil olduğu bit cərəyanı yazıçıları yeni ədəbi yanaşmalar açdılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.34

Oxşar sözlər

#abş-ön nədir? #abş-ön sözünün mənası #abş-ön nə deməkdir? #abş-ön sözünün izahı #abş-ön sözünün yazılışı #abş-ön necə yazılır? #abş-ön sözünün düzgün yazılışı #abş-ön leksik mənası #abş-ön sözünün sinonimi #abş-ön sözünün yaxın mənalı sözlər #abş-ön sözünün əks mənası #abş-ön sözünün etimologiyası #abş-ön sözünün orfoqrafiyası #abş-ön rusca #abş-ön inglisça #abş-ön fransızca #abş-ön sözünün istifadəsi #sözlük