Abşeronu sözü azərbaycan dilində

Abşeronu

Yazılış

  • Abşeronu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeronun Müdafiə Sistemi
Abşeronun Müdafiə Sistemi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı 1919-cu ilin yayında Bakı ətrafında həyata keçirilmiş hərbi-istehkam tədbirləridir. Məqsəd ölkənin şimal sərhəddindəki müdafiə xəttini möhkəmləndirmək, düşmənin paytaxta daxil olmasının qarşısını almaq idi. Bunun üçün Bakı ətrafında müdafiə qurğularının yaradılması, Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu zamanı şəhər ətrafında qazılmış səngərlərin bərpası və təkmilləşdirilməsi, tikanlı məftil zolağının düzəldilməsi, Abşeronun müxtəlif məntəqələri arasında telefon rabitəsini qurulması nəzərdə tutulmuşdu.Abşeronun müdafiə sisteminin yaradılmasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə (1919) uyğun olaraq Bakıya gəlmiş gürcü hərbi istehkamçıları da iştirak edirdilər. Abşeronun müdafiə mövqeləri Badamdar-Masazır gölü- Novxanı xətti boyunca yerləşdirməklə 7 dayaq qrupundan ibarət idi: Badamdar qrupu Atəşgah qrupu Aralıq qrupu Şubanıdağ qrupu Xırdalan qrupu Göl qrupu Novxanı qrupu.Bütün bu mövqelərin müdafiə imkanlarının artırılması üçün lazımi qüvvə və vəsait də ayrılmışdı. Bütünlükdə, 64 ədəd pulemyot, 16 ədəd top nəzərdə tutulmuşdu. Bunlardan əlavə, dəniz sahilinin qorunması üçün 6 ədəd top ayrılmışdı. Denikinin hücum təhlükəsi aradan qalxdığı və 1920 ilin yazında Qarabağda erməni təcavüzü başladığı üçün Abşeronun müdafiəsinə xüsusi qüvvələr ayrılmasımümkün olmadı Şimal sərhəddi boyunca və Bakı ətrafındakı qüvvələr Qarabağda erməni qoşunları ilə mübarizəyə səfərbər olunduğundan, Aprel işğalı (1920) zamanı Abşeronun müdafiə sistemini işə salmaq və təcavüzkarlara müqavimət göstərmək mümkün olmamışdır.
Abşeronun daş yolları
Abşeronun daş yolları və ya Abşeronun araba yolları ― Abşeronda, Türkan, Hövsan, Nardaran, Dübəndi, Qala və Suraxanı kəndlərinin ətrafında yerləşir. == Haqqında == Bu daş yolların təyinatı hələ də bütün dünya üçün sirr olaraq qalır. Tədqiqatçılar bununla bağlı müxtəlif versiyalar irəli sürürlər. Beynəlxalq elmi mənbələrdə bu daş yollar "araba yolları" kimi qeyd olunur. Lakin daş yolların bəzi parametrlərinə görə, o cümlədən cığırların sayına, dərinliyinə və enliyinin müxtəlifliyinə görə araba təkərləri üçün uyğun olmadığı ortaya çıxır. Hətta bəzi yerlərdə daş yolların yarım metrə qədər dərinliyi var. Bundan başqa daş yolların hansı tarixdə salınması ilə bağlı da müxtəlif fərziyyələr mövcuddur. == Abşeronun daş yolları == === Tarixdə === Yazılı mənbələrdə Abşeronun daş yolları haqqında ilk məlumatı 1830-cu ildə Bakıda olmuş akademik Lents qeyd edib. Böyük Zirə adasını tədqiq edən o, qayaları yarıb iz salmış araba yollarını təsvir edir. Qeyd edir ki, daş yollar suyun içinədək Şıx kəndi, və ya Bakı buxtasının ən cənub nöqtəsi olan Şıx dilinə tərəf uzanır.
Abşeronun istirahət ocaqları (film, 1975)
Abşeronun istirahət ocaqları filmi rejissor Eldar Eminbəyli tərəfindən 1975-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilm də istehsal edilmişdir. Film Abşeronda Xəzərin sahilində yerləşən istirahət ocaqlarından danışır. == Məzmun == Xəzərin Abşeron sahilləri... Hər cür şəraiti olan sanatoriyalar, müasir istirahət evləri, rahat pansionatlar. Sovetlər İttifaqının hər yerindən adamlar müalicə almağa, istirahət etməyə bu yerlərə gəlirlər, burada dincəlirlər. Buzovnadakı beynəlxalq "Gənclik" düşərgəsi də dəniz sahilində yerləşir...Sənədli televiziya filmi Abşeronda Xəzərin sahilində yerləşən istirahət ocaqlarından danışır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2009 ••••••••••••••••••• 0.32
2011 ••••• 0.09
2012 •••••• 0.09
2013 ••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.34
2019 ••••••••••••••••• 0.28

"abşeronu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abşeronu nədir? #abşeronu sözünün mənası #abşeronu nə deməkdir? #abşeronu sözünün izahı #abşeronu sözünün yazılışı #abşeronu necə yazılır? #abşeronu sözünün düzgün yazılışı #abşeronu leksik mənası #abşeronu sözünün sinonimi #abşeronu sözünün yaxın mənalı sözlər #abşeronu sözünün əks mənası #abşeronu sözünün etimologiyası #abşeronu sözünün orfoqrafiyası #abşeronu rusca #abşeronu inglisça #abşeronu fransızca #abşeronu sözünün istifadəsi #sözlük