Acalov sözü azərbaycan dilində

Acalov

Yazılış

  • Acalov • 98.5663%
  • ACALOV • 0.7168%
  • acalov • 0.7168%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbas Acalov
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). == Həyatı == Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Aqil Acalov
Emin Ağa Acalov
Emin ağa Acalov, Emin bəy Acalov, Emin Borçalı və ya Emin ağa Borçalı (1868, Kəpənəkçi – 1937, Qazax) — Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Qars Milli İslam Şurası Ümumi Mərkəzinin başçısı, Qars Milli İslam Şurası Hökuməti başçısının müavini. == Həyatı == Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslindən Ağanın ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya imperiyasının tərkibində idi və qəza statusunu almışdı. Emin ağanın uşaqlığı Kəpənəkçi kəndində keçib. Uşaqlıqda 4 il dini təhsil almış, Quranı və ərəb əlifbasını öyrənmişdir. Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq rus dilini öyrənir. Sonra Ağbulaqda Meşə akademiyasını bitirir. Atasını erkən itirən Emin 17 yaşından atasından qalan təsərrüfatı idarə edir. Emin ağa Borçalıda Novruz bayramı zamanı gənclər arasında keçrilən at yarışı zamanı birinci yerə çıxdığına görə gənc Emin ağanı Zaqafqaziya qubernatorunun yanına gətirirlər. Qubernator onu Telavi qəzasına xüsusi tapşırıqlar üzrə məmur təyin edir.
Fərhad Acalov (boksçu)
Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000). == Karyerası == 1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir: 1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi.
İsrafil ağa Acalov
İsrafil ağa Musa ağa oğlu Acalov (Kvemo-Bolnisi) — Borçalı ağası. == Həyatı == Borçalının tarix səhnəsindəki yeri və rolu adətən onun türksoylu qarapapaq kişilərinin şücaətləri ilə daha çox yadda qalmışdır. Osmanlı-Türkiyə tarixinin 1000 il əvvəlinə qayıtsaq, Osmanlı sultanı Baybars haqqında da onun Qarapa­paq Borçalı türkü olduğu barədə müəyyən bəlgələrin tarixdən günümüzə qədər gəlib çatdığını ifadə edən özəl qaynaqlar var. Bu mahalın qədimliyində, adının əbədiyaşar olmasında yetişdirdiyi tarixi şəxsiy-yətlərin rolu əvəzsizdir. Hər bir dövrün, onilliklərin, yüzil-liklərin hamısında demək olar ki, qəhrəmanlıq dastanlarına kimi gedib çıxan ərlərin, ərənlərin olması onu göstərir ki, bu regionun əhalisi, mərd, vətənpərvər və dosta sədaqəti olmaları ilə seçilmişlər. Belə seçilənlərdən birinin də Bolus-Kəpənəkçi elinə bağlı Ağalıq kəndindən olan İsrafil bəy Musa ağa oğlu Acalovdur. Onun haqqında əlimizdə kifayət qədər məlumat vardır. Düşünürəm ki, İsrafil bəy haqqında danışmazdan əvvəl onun soykökünü qısaca anlatmaq da yerinə düşərdi. Gürcüstanın Mərkəzi Tarix Arxivində saxlanılan 1821-ci ilə aid təhrir siyahılarından bəlli olur ki, Ağakişi bəy Mol­la Ağakişi oğlu Bolus-Kəpənəkçi kəndinin starşinası (kəndxudası) olmaqla, onun Qəhrəman, Alı, Nağı və Musa adlı dörd oğlu haqqında da məlumat var. Rus ordusunun Əlahiddə Gürcüstan Korpusunun generalı Velyamino­vun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, Ağakişi bəy 1818-ci ildə üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli qızıl medalla tətif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var.
Acalovlar
Acalovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Gürcüstanın Mərkəzi Tarix Arxivində saxlanılan 1821-ci ilə aid təhrir siyahılarından bəlli olur ki, Ağakişi bəy Mol­la Ağakişi oğlu Bolus- Kəpənəkçi kəndinin başçısı (kəndxudası) olmaqla, onun Qəhrəman, Alı, Nağı və Musa adlı dörd oğlu haqqında da məlumat var. Rus ordusunun Əlahiddə Gürcüstan Korpusunun generalı Velyamino­vun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, Ağakişi bəy 1818-ci ildə üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli qızıl medalla tətif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var. ( F.Valehoğlu, “Qarapapaqlar”dərgisi, 2010, sayı 8.-ci sayında “Bolus-Kəpənəkçi ağaları - Ağakişi bəy və onun oğlu Musa ağa” məqaləsindən) Buradan görünür ki, İsrafil bəyin babası Çar Rusiyasının etibarlı təəbələrindən biri olmuş ki, qızıl medalla təltif edilmişdir. Əsasən İsrafil ağaya həsr olunan bu yazıda isə istinad mənbəyimiz Kəpənəkçinin ağsaqqalları və özəl olaraq İsrafil bəyin oğul nəvəsi indi onun adını daşıyan İsrafil Rəhim oğlu Acalov və İsrafil ağanın qızı Qızxanımın nəvəsi Söhrab Məmmədovun topladıqları materiallar və yaddaşlarında qalan tarixi olaylar olacaqdır. Bəri başdan hər ikisinə də oxucularımız adından minnətdarlığımızı bildiririk. Ağakişi bəyin dörd oğlundan Musa ağa (Borçalıda Musa ağa daha çox “Qaragöz”adı ilə məşhur olub ad-san qazanmışdır.) çox bacarıqlı və istedadlı gənc kimi seçil­ib. Xüsusi məktəbdə təhsil alan “Qaragöz” Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki "Ağalıq" deyilən yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bol­nisi rayonunun bir kəndi olaraq “Ağalıq” adı ilə rəsmiləşmişdir. Əslində “Ağalıq” Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da “Ağalıq” deyə tarixə düşmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.99 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 2.76
2005 ••••• 0.67
2006 ••••••• 0.90
2007 ••••••••••••• 1.69
2008 ••••••••• 1.22
2009 •••••••••• 1.28
2010 •••••• 0.82
2011 ••••••• 0.94
2012 •• 0.26
2013 •••••••••• 1.31
2014 •••••••••••••• 1.89
2015 ••••••••• 1.19
2016 ••••••••• 1.21
2017 ••••••••••••••• 1.95
2018 ••• 0.30
2019 ••••• 0.56
2020 •••• 0.53

Oxşar sözlər

#acalov nədir? #acalov sözünün mənası #acalov nə deməkdir? #acalov sözünün izahı #acalov sözünün yazılışı #acalov necə yazılır? #acalov sözünün düzgün yazılışı #acalov leksik mənası #acalov sözünün sinonimi #acalov sözünün yaxın mənalı sözlər #acalov sözünün əks mənası #acalov sözünün etimologiyası #acalov sözünün orfoqrafiyası #acalov rusca #acalov inglisça #acalov fransızca #acalov sözünün istifadəsi #sözlük