Actinidia sözü azərbaycan dilində

Actinidia

Yazılış

  • Actinidia • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

OBASTAN VİKİ
Actinidia
Aktinidiya (lat. Actinidia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinə aid bitki cinsi. Onun iki növünün meyvəsindən istifadə olunur. Bunlardan biri kişmiş, digəri isə kolomikt aktinidadır. Adları çəkilən hər növ aktinida ağaclara sarılan incə budaqlı sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir, meyvələri isə sentyabr – oktyabr aylarında yetişir. Meyvələri şirəlidir, xaşagələn şirin və ətirli dada malikdir. Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir. 1934-cü ildə bu bitkilərdən N. V. Miçurin seleksiya yolu ilə yeni, şaxtaya davamlı və məhsuldar meyvəli çeşidlər əldə etmişdir. Aktinidanın meyvələri tam yetişən zaman toplanır.
Actinidia arguta
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. == Botaniki təsviri == 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
Actinidia kolomikta
Kolomikt aktinidiyası (lat. Actinidia kolomikta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Koreyada, Saxalində meşələrdə, dəniz səviyyəsindən 1300–1400 m hündürlükdə bitən lianadır. == Botaniki təsviri == 15 m hündürlüyə çatan sarmaşan bitkidir. Yarpaqları müxtəlif çalarlı; əvvəl bürüncü, sonra yaşıl, çiçəkləyəndə ağ-alabəzək, payızda narıncı-bənövşəyi, daha sonra qızaran moruğu-qırmızı rəngli iri kürəvari olur. Çiçəkləri ağ və çəhrayı rəngdə, ətirlidir. Zoğ üzərində tək-tək və ya seyrək salxımlarda yerləşir, ikievli bitkidir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri kiçik, 50–60 tozcuqdan ibarət olub, dişicikli çiçəklər isə iridir.
Actinidia polygama
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. == Botaniki təsviri == Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Actinidiaceae
Aktindiyakimilər (lat. Actinidiaceae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
#actinidia nədir? #actinidia sözünün mənası #actinidia nə deməkdir? #actinidia sözünün izahı #actinidia sözünün yazılışı #actinidia necə yazılır? #actinidia sözünün düzgün yazılışı #actinidia leksik mənası #actinidia sözünün sinonimi #actinidia sözünün yaxın mənalı sözlər #actinidia sözünün əks mənası #actinidia sözünün etimologiyası #actinidia sözünün orfoqrafiyası #actinidia rusca #actinidia inglisça #actinidia fransızca #actinidia sözünün istifadəsi #sözlük