acımaq sözü azərbaycan dilində

acımaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • acımaq • 91.2088%
  • ACIMAQ • 4.3956%
  • Acımaq • 4.3956%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2009 •••••••• 0.16
2010 ••••• 0.09
2012 •••••••••••••••••••• 0.43
2013 ••••••• 0.15
2015 •••••••• 0.17

acımaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yazığı gəlmək, ürəyi yanmaq, rəhmi gəlmək; mərhəmətə gəlmək. Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. M.S.Ordubadi. Səməd ustaya acıdı və səyini qiymətləndirərək maaşını … artırdı. M.İbrahimov. 2. Təəssüf etmək, heyifsilənmək. İtirdiyim vaxta acıyıram. Səninlə görüşə bilmədiyimə acıyıram. – Bəzən Qədirin nitqinə ehtiyac qalmazdı. O dilxor olar, əməyinə acıyardı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / acımaq
  • 2 f. 1. Acı olmaq, acı dad vermək, acılaşmaq, tündləşmək. 2. Turşumaq, qıcqırmaq, yetişmək. Xəmir acımışdır. 3. dan. Acıqlanmaq, hirslənmək. …Qəssab Şamil ilə barışıb öpüşsə də, sabah, ya biri gün bir yavan ət üstə yenə acıyıb küsəcəkdir. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / acımaq

acımaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

acımaq sözünün antonimləri (əks mənalı sözlər)

acımaq sözünün omonimləri (çox mənalı sözlər)

acımaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. сожалеть, сжалиться, сочувствовать, соболезновать, иметь сострадание; 2. бродить, выбраживать, подходить (о тесте); 3. прогоркнуть;

    Azərbaycanca-rusca lüğət / acımaq
  • 2 1 глаг. kimə 1. жалеть кого, чувствовать жалость к кому, сжалиться над кем 2. сочувствовать кому, чему. Taleyinə acımaq сочувствовать судьбе чьей-л.; halına acımaq kimin сочувствовать чьему положению 2. жалеть, сожалеть о чём. İtirdiyi vaxta acımaq сожалеть о потерянном времени 2 I глаг. 1. горкнуть, прогоркнуть (о масле и т.п.) 2. закваситься, подходить, подойти (о тесте). Xəmir acıyıb тесто подошло 3. киснуть, скиснуть, прокиснуть. Süd acıyıb молоко скисло 4. бродить, перебродить. Şərab acıyıb вино перебродило

    Azərbaycanca-rusca lüğət / acımaq

acımaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. 1. to turn / to become* bitter; 2. (yağ) to turn / to become* rancid; 3. (xəmir) to become* leavened II. f. to sympathize (with), to feel* (for), to feel* sorry (for); to be* sorry (for); to regret

    Azərbaycanca-ingiliscə lüğət / acımaq

acımaq sözünün fransız dilinə tərcüməsi

  • 1 I f. 1) rancir vi ; devenir vi (ê) am||er, -ère ; 2) aigrir vi ; devenir vi (ê) aigre ; tourner vi (süd haqq.) ; piquer (şərab haqq.) II f. 1) avoir pitié de qn ; plaindre qn ; laisser (se) émouvoir par qn ; compatir à ; 2) regretter qch ; itirdiyi vaxta ~ regretter le temps perdu

    Azərbaycanca-fransızca lüğət / acımaq

acımaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. тӀува атун, язух атун, регьимдиз атун, рикӀ ккун; 2. гьайиф чӀугун.

    Azərbaycanca-ləzgicə lüğəti / acımaq
  • 2 гл. 1. туькьуьл хьун; 2. атун, цуру хьун, цур къачун; xəmir acımışdır ттини атанва; 3. рах. хъел атун, инжиклу хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / acımaq

acımaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Acıqlanmaq; hirslənmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#acımaq nədir? #acımaq sözünün mənası #acımaq nə deməkdir? #acımaq sözünün izahı #acımaq sözünün yazılışı #acımaq necə yazılır? #acımaq sözünün düzgün yazılışı #acımaq leksik mənası #acımaq sözünün sinonimi #acımaq sözünün yaxın mənalı sözlər #acımaq sözünün əks mənası #acımaq sözünün etimologiyası #acımaq sözünün orfoqrafiyası #acımaq rusca #acımaq inglisça #acımaq fransızca #acımaq sözünün istifadəsi #sözlük