adapter sözü azərbaycan dilində

adapter

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • adapter • 87.2340%
  • Adapter • 8.5106%
  • ADAPTER • 4.2553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adapter
Adapter (ing. adapter,lat. adapto — uyğunlaşdıran,uyğunlaşdırıcı ) — hər hansı sonuncu qurğunu və ya detalı, başqa birləşmə yolu olmadığından əvvəlki ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş qurğu. Bəziləri güc və ya siqnal atributlarını dəyişdirir, digərləri isə sadəcə bir konnektorun fiziki formasını digərinə uyğunlaşdırır. Avropa ilə əlaqəli bir çox ölkələr müxtəlif dəyişən cərəyan üçün taxıc yuvalarından 230 volt, 50 Hz AC şəbəkə gərginliyindən istifadə edir. == Ümumi məlumat == Hesablama texnikasında – kompyuterin kənar qurğularla (çap qurğusu, displey, skaner və s.) əlaqəsini uzlaşdıran qurğu. Məs., displeyin ekranına simvollarla işarələnən və ya qrafik informasiyanı çıxarmaq üçün işlədilən Adapter rəqəmi siqnalı analoq siqnala çevirir. Elektron sxem və ya mikrosxem şəklində düzəldilir, əməli yaddaşa, ixtisaslaşdırılmış prosessora malikdir. Elektrotexnikada – dəyişən cərəyan (220 V) şəbəkəsinin gərginliyini sabit gərginliyə (1,5–15 V) çevirən qurğu; pleyerlərin, mobil telefonların, rəqəmli ölçmə cihazlarının, daşınan radioqəbuledicilərin və s. akkumulyatorlarının yüklənməsi üçündür.
EGA (Enhanced Graphics Adapter)
EGA (ing. Enhanced Graphics Adapter – Təkmilləşdirilmiş qrafiki adapter) — öz xarakteristikasına görə (rəngli) CGA və VGA arasında yerləşən, IBM PC üçün monitor və videoadapterlərin standartıdır. IBM firması 1984-cü ilin avqustunda IBM PC/AT fərdi kompüterinin yeni modeli üçün EGA standartını buraxıb. EGA videoadapteri 16 rəng və 640×350 keyfiyyətini dəstəkləyir. Videoadapter MC6845 Motorolasının videokontrolleri və BİOS-un qrafiki funksiyalarının genişləndirilməsi üçün 16kB PZU ilə təchiz olunub. EGA adapteri 640×350 keyfiyyətini dəstəkləməsi zamanı mümkün 64 rəngdən (hər biri 2 bit olmaqla qırmızı, yaşıl və göy tərkibli) 16-nı eyni vaxtda istifadə etməyə imkan verir. EGA həmçinin qrafiki dəstəkli, 16 rəng keyfiyyətli CGA-in 640×200 və 320×200 keyfiyyətini dəstəkləyir; bu zaman yalnız CGA palitrasındakı rənglərdən istifadə etmək olar. EGA standartı CGA ilə tam uyğunlaşmasa da, CGA-in ilkin rejimləri EGA tərəfindən dəstəklənir. EGA şəkilləri MDA monitorlarında ekrana çıxara bilər, bu imkan platadakı dəyişdiricilərin köməyilə əldə olunur, bu vaxt yalnız 640×350 keyfiyyət rejimi mümkündür. EGA platası ISA şininə 8 bit variantından başlayaraq qoşulur.

adapter sözünün leksik mənası və izahı

  • 1 [əsli lat.] Qrammofon (patefon) valının səsini reproduktor vasitəsilə vermək üçün elektromaqnitli cihaz.

    Azərbaycan dilinin izahlı lüğəti / adapter
  • 2 is. [ing. adapter "qurğuları birləşdirən alət" < lat. adapto "qurmaq, quraşdırmaq"] infor. tex. 1. Bir qurğudan digərinə elektrik enerjisini təchiz edən elektrik cihazı. □ Elektrik adapteri, qida adapteri. 2. Kompüterdəki interfeyslərin genişləndirilməsi. □ Şəbəkə adapteri. 3. Fotoaparata əlavə kaset olan adapter (onun köməyi ilə işı-ğahəssas materiallardan istifadə etmək mümkündür). 4. □ Keçid adapteri (müxtəlif standartlı birləşdirmə başlığı olan, iki optik cihazı birləşdirmək üçün lazım olan keçid vtulka, halqa və ya flans). Məsələn, fotoaparatı teleskopa və ya mikroskopa birləşdirən adapter və s.

    Yeni sözlər və yeni mənalar lüğəti / adapter

adapter sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. адаптер: 1. связь. звукосниматель (электромагнитный прибор для воспроизведения через громкоговоритель записи граммофонных пластинок) 2. фото. специальная кассета к фотоаппарату для плоских плёнок 3. приспособление, позволяющее пользоваться пластинками и плёнками, не соответствующими по размерам фотокамере II прил. связь. адаптерный. Adapter başlığı адаптерная головка

    Azərbaycanca-rusca lüğət / adapter

adapter sözünün inglis dilinə tərcüməsi

Oxşar sözlər

#adapter nədir? #adapter sözünün mənası #adapter nə deməkdir? #adapter sözünün izahı #adapter sözünün yazılışı #adapter necə yazılır? #adapter sözünün düzgün yazılışı #adapter leksik mənası #adapter sözünün sinonimi #adapter sözünün yaxın mənalı sözlər #adapter sözünün əks mənası #adapter sözünün etimologiyası #adapter sözünün orfoqrafiyası #adapter rusca #adapter inglisça #adapter fransızca #adapter sözünün istifadəsi #sözlük