Damansk adasında sərhəd münaqişəsi
Damansk adasında sərhəd münaqişəsi (rus. Пограничный конфликт на острове Даманский, Poqraniçnıy konflikt na ostrove Damanskom) və ya Çin–Sovet sərhəd münaqişəsi (çin. ənən. 中苏边界冲突, pinyin: Zhōng Sū biānjiè chōngtū) — SSRİ ilə Çin arasında 1969-cu ildə baş tutmuş və təxmini olaraq 7 ay davam etmiş olan bir qrup sərhəd döyüşlərinə verilən ad.
== Haqqında ==
SSRİ ilə Çin arasındakı sərhəd ixtilafları 1950-ci illərin sonlarında başlamışdır. 1962-ci ilin mayında təxmini olaraq 60.000 Uyğurun iqtisadi səbəblərlə əlaqədar olaraq SSRİ sərhədindən Çinin Sintszyan-Uyğur Muxtar Rayonuna köçməsi dövrün Çin mediası tərəfindən təbliğat vasitəsinə çevrilmiş və bununla əlaqədar olaraq iki ölkə arasında gərginlik getdikcə artmışdır. Bu hadisədən dərhal sonra Çin ilə SSRİ arasında heç cür həll edilə bilinməyən sərhəd məsələlərinin həlli ilə bağlı görüşlər başlamışdır. Görüşlərdə Çin, Tzin sülaləsi ilə Çar Rusiyası arasındakı XIX əsrdəki sərhədlər daxilinə qayıtmağı təklif etmişdir. Ancaq sovetlərə görə; Çin o dövrdəki torpaqları haqsız olaraq ilhaq etmişdir və bu SSRİ-yə görə bərabərsizlik olmaqla bərabər Moskvanın bunu qəbul etməsi qeyri-mümkün idi. Çin-SSRİ sərhədinin qərbində hadisələr belə olarkən, qərbdə Tacikistanın şərqində təxmini olaraq 52.000 km²-lik bir sahə Çar Rusiyası tərəfindən işğal olunmuşdur.